Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1632/2023 28.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı cavabdehlər Daşınmaz Əmlkaın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz ərazi İdarəsi və Xaçmaz rayonu İcra Hakimiyyətinə qarşı mülkiyyət hüquqlarının tanınması barədə iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Daşınmaz Əmlkaın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz ərazi İdarəsi və Xaçmaz rayonu İcra Hakimiyyətinə qarşı mülkiyyət hüquqlarının tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaya əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı mülkiyyət hüquqlarının tanınması barədə iddia ərizəsinə işin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6.-cı maddəsinə əsasən iddia ərizəsi Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən öncə daşınmaz əmlakına mülkiyyət hüququnun əldə edilməsi üçün ilk öncə Xaçmaz rayon İcra hakimiyyətinə müraciət etmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı cavabdehlər Daşınmaz Əmlkaın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz ərazi İdarəsi və Xaçmaz rayonu İcra Hakimiyyətinə qarşı mülkiyyət hüquqlarının tanınması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, göstərilən nöqsanları aradan qaldırmaqla ərizə ilə aidiyyatı məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1632/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1632/2023
28.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver