Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-169/2020 28.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «Paylı mülkiyyətdə olan əmlakdan payın naturada ayrılması tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək RX seriyalı, ******* nömrəli, xx xxxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,36 ha həyətyanı torpaq sahəsinin cavabdehlə aralarında bərabər olaraq hər birinə ½ hissədə payın ayrılması nəzərə alınmaqla onun payına düşən ½ hissənin qonşusu Vaqif Məmmədovla həmsərhəd nöqtəsindən başlayaraq 34 metr enində, qurtaracaq nöqtədən həyətindəki su kranı olan yerə kimi düz xətlə, oradan isə istənilən istiqamətdə cəmi sahəsi 0,18 ha olan hissəsinin naturada ayrılması barədəqətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(067)-1637/2018 saylı qətnaməsi ilə RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində yerləşən 0,36 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin və həmin hissənin üzərində yerləşən bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 81 kv.m, yaşayış sahəsi 37,5 kv.m olan fərdi yaşayış evinin Cavabdeh verilməsi, cavabdehin həmin torpaq sahəsi və yaşayış evinə mülkiyyət hüququnun tanınması, Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində yerləşən 0,36 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin və həmin hissədə yerləşən yeni tikilmiş yaşayış evinin ona verilməsi, onun həmin torpaq sahəsi və yeni tikilmiş yaşayış evinə mülkiyyət hüququnun tanınması qət edilmişdir. Həmin qətnamə əsasında o, 0,36 ha həyətyanı torpaq sahəsinin payına düşən 0,18 ha torpaq sahəsinə və orada yerləşən yeni yaşayış evinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4 müraciət etmişdir. Həmin İdarədən ona şifahi olaraq bildirmişlər ki, 0,36 ha həyətyanı torpaq sahəsi Cavabdehla aralarında naturada bölünmədiyi üçün hər ikisinə çıxarış ümumi şəkildə verilə bilər. O, buna etiraz edərək daşınmaz əmlakın ona aid hissəyə ayrıca çıxarışın verilməsini xahiş etmişdir. Lakin reyestr xidmətində müraciətinin həlli mümkün olmamışdır. Oradan ona məhkəmədə payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə müraciət etməsi tövsiyyə olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, cavabdehin müraciəti əsasında DƏDRX-nin 5 saylı X5 tərəfindən onun adına xx xxxx 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyavt nömrəli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışda Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində yerləşən 0,36 ha torpaq sahəsinin ½ hissəsi və orada yerləşən Liter A işarələnmiş fərdi yaşayış evi cavabdehin, 0,36 ha torpaq sahəsinin ½ hissəsi və orada yerləşən Liter A 1 ilə işarələnmiş fərdi yaşayış evi onun mülkiyyəti kimi göstərilmişdir. Hazırda o, istəyir ki, cavabdehlə birgə mülkiyyətləri olan Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində yerləşən 0,36 ha həyətyanı torpaq sahəsinin payına düşən ½ hissəsi naturada ayrılsın. İlkin sənədlərə əsasən mübahisəli torpaq sahəsinin ümumi küçə tərəfdən eni 50 metr təşkil edir. Qətnaməyə əsasən onun mülkiyytinə verilmiş yeni yaşayış evi həmin torpaq sahəsinin küçəyə tərəf baxdıqda qərb tərəfində yerləşir. Cavabdehin mülkiyyətinə verilmiş köhnə yaşayış evi torpaq sahəsinin şərq tərəfində yerləşirdi. Cavabdeh həmin yaşayış evinin bir hissəsini sökmüş, yerdə qalan iki otağında da qapıpəncərəsi çıxarılmış, yaşayış üçün yararsızdır. Torpaq sahəsinin ona məxsus yaşayış evi yerləşən hissəsində küçə tərəfdən talvar tikmişdir. Bu hissədə həmçinin hamam və su kranı yerləşir. Bütün bunlara əsaslanaraq istəyir ki, cavabdehlə paylı mülkiyyətləri olan 0,36 ha torpaq sahəsinin mülkiyyətinə verilmiş yaşayış evi və talvar olan hissədən qonşusu Vaqif Məmmədovla həmsərhəd nöqtəsindən eni 34 metr olmaqla su kranı olan nöqtəsinə kimi düz xətlə, bundan sonra istənilən xətlə ümumi sahəsi 0,18 ha hissəsi naturada ayrılaraq onun mülkiyyətinə, yerdə qalan 0,18 ha hissəsi isə cavabdehə verilsin. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini, RX seriyalı, ******* nömrəli, xx xxxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,36 ha həyətyanı torpaq sahəsinin cavabdehlə aralarında bərabər olaraq hər birinə ½ hissədə payın ayrılması nəzərə alınmaqla onun payına düşən ½ hissənin qonşusu Vaqif Məmmədovla həmsərhəd nöqtəsindən başlayaraq 34 metr enində, qurtaracaq nöqtədən həyətindəki su kranı olan yerə kimi düz xətlə, oradan isə istənilən istiqamətdə cəmi sahəsi 0,18 ha olan hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(067)-1637/2018 saylı qətnaməsi ilə RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində yerləşən 0,36 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin və həmin hissənin üzərində yerləşən bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 81 kv.m, yaşayış sahəsi 37,5 kv.m olan fərdi yaşayış evinin ona verilməsi, onun həmin torpaq sahəsi və yaşayış evinə mülkiyyət hüququnun tanınması, Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində yerləşən 0,36 ha həytyanı torpaq sahəsinin ½ hissəsinin və həmin hissədə yerləşən yeni tikilmiş yaşayış evinin İddiaçı verilməsi, iddiaçının həmin torpaq sahəsi və yeni tikilmiş yaşayış evinə mülkiyyət hüququnun tanınması qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra o, müəyyən olunmuş hissəyə dair adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi almışdır. Hazırda İddiaçı məhkəmədə ona qarşı paylı mülkiyyətdən payın naturada ayrılması tələbinə dair iddia qaldıraraq payına düşən ½ hissənin qonşu Vaqif Məmmədovla həmsərhəd nöqtəsindən başlayaraq 34 metr enində, qurtaracaq nöqtədən həyətindəki su kranı olan yerə kimi düz xətlə, oradan isə istənilən istiqamətdə cəmi sahəsi 0,18 ha olan hissəsinin naturada ayrılmasını xahiş edir. O, bu şəkildə bölgüyə razı deyildir. İddiaçının iddia tələbində əmlakın naturada ayrılmasına dair qoyduğu qayda qanunsuzdur. Bu hal onun hüquqlarına ziddir. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Xaçmaz rayonunun Sərkərli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Xaçmaz rayonunun Sərkərli kəndində qeydiyyatdadır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(067)-1637/2018 saylı qətnaməsindən görünür ki, məhkəmənin qeyd olunan qətnaməsi ilə RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində yerləşən 0,36 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin və həmin hissənin üzərində yerləşən bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 81 kv.m, yaşayış sahəsi 37,5 kv.m olan fərdi yaşayış evinin Cavabdeh verilməsi, sonuncunun həmin torpaq sahəsi və yaşayış evinə mülkiyyət hüququnun tanınması, Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində yerləşən 0,36 ha həytyanı torpaq sahəsinin ½ hissəsinin və həmin hissədə yerləşən yeni tikilmiş yaşayış evinin İddiaçı verilməsi, iddiaçının həmin torpaq sahəsi və yeni tikilmiş yaşayış evinə mülkiyyət hüququmun tanınması qət edilmişdir. İş materiallarənda olan RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxx 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində ümumi sahəsi 158,0 kv.m olan fərdi yaşayış evinin liter A nömrə ilə qeyd edilmiş hissəsi tam, evin yerləşdiyi 0.36 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsi Cavabdeh, həmin fərdi yaşayış evinin liter A1 nömrə ilə qeyd edilmiş hissəsi tam, 0.36 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi İddiaçı adına xüsusi mülkiyyət hüququq əsasında daşınmaz əmılakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, 927 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində ümumi sahəsi 158,0 kv.m olan fərdi yaşayış evinin liter A nömrə ilə qeyd edilmiş hissəsi tam, evin yerləşdiyi 0.36 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsi Cavabdeh, həmin fərdi yaşayış evinin liter A1 nömrə ilə qeyd edilmiş hissəsi tam, 0.36 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi İddiaçı adına rəsmiləşdirilmişdir. Texniki pasportun surətindən müəyyən olunur ki, fərdi yaşayış evində liter A nömrə ilə qeyd edilmiş tikili 1950-ci ildə tikilmiş, həmin tikili 1 mərtəbədən, 2 otaqdan, 81,0 kv.m ümumi sahədən, 37,5 kv.m yaşayış sahəsindən, 43,5 kv.m köməkçi sahədən, A1 literlə qeyd edilmiş tikili 2013cü ildə tikilmiş, həmin tikili 1 mərtəbədən, 3 otaqdan, 77,0 kv.m ümumi sahədən, 60,2 kv.m yaşayış sahəsindən, 16,8 kv.m kəməkçi sahədən ibarətdir. Yaşayış sahələri ümumilikdə 0.36 ha torpaq sahəsində yerləşir. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həmin qərardada əsasən «xxxxxxxx» MMC-nin mütəxəssis rəyindən görünür ki, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxx 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində 0.36 ha torpaq sahəsi üzərində İddiaçı payının ½ hissədə (0,18 ha ölçüdə) iddia tələbində göstərdiyi qaydada naturada ayrılması mümkündür. Mütəxəssis rəyində torpaq sahəsinin natura şəklində bölgüsünün xəritəsi müəyyən edilmişdir. (Xəritə 1,2,3) Məhkəmənin müvafiq qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Xəyyam İsgəndərovun xx xxxxxx 2020-ci il tarixli, 30580 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, «xxxxxxxx» MMC-nin mütəxəssis rəyinə əsasən, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxx 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində yerləşən 0.36 ha torpaq sahəsi üzərində İddiaçı payının ½ hissədə (0,18 ha ölçüdə) iddia tələbində göstərdiyi qaydada naturada ayrılması mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcələnin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcələnin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşma əsasında onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxx 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində ümumi sahəsi 158,0 kv.m olan fərdi yaşayış evinin liter A nömrə ilə qeyd edilmiş hissəsi tam, evin yerləşdiyi 0.36 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsi Cavabdeh, həmin fərdi yaşayış evinin liter A1 nömrə ilə qeyd edilmiş hissəsi tam, 0.36 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmılakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin iddiaçı paylı mülkiyyət olan 0.36 ha torpaq sahəsinin payına düşən 0.18 ha hissəsindən istifadə edə bilmir və Cavabdeh ilə aralarında qarşılıqlı razılığa gələ bilmədiklərindən torpaq sahəsini natura şəklində böldürməklə özünə aid hissəyə mülkiyyət sənədi ala bilmir. Torpaq payının ayrılıb ona verilməsi ilə bağlı cavabdehlə aralarında ümumi razılığa gələ bilmədiklərindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, torpaq payının ayrılıb verilməsi ilə bağlı tərəflər arasında ümumi razılıq əldə olunmamışdır. Bunun nəticəsində isə iddiaçının özünə məxsus əmlaka öz mülahizəsinə əsasən sahiblik etmək, onun barəsində sərəncam vermək və ondan istifadə etmək hüquqları pozulur. Yuxarıda sadalananlardan və iş materiallarından göründüyü kimi İddiaçı ümumi mülkiyyətdən tələb etdiyi 0,18 ha torpaq sahəsi üzərində istifadə və sərəncam vermək, həmçinin mülkiyyət hüququ qanunidir və onun həmin hüquqları dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə RX seriyalı, ******* nömrəli, xx xxxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,36 ha həyətyanı torpaq sahəsindən İddiaçı payına düşən ½ hissəsi olan 0,18 ha torpaq sahəsi qonşu torpaq istifadəçisi Vaqif Məmmədovla həmsərhəd nöqtəsindən başlayaraq 34 metr enində, qurtaracaq nöqtədən həyətdəki su kranı olan yerə kimi düz xətlə, oradan isə istənilən istiqamətdə naturada ayrılaraq İddiaçı verilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab «AZ34CTRE ******************** nömrəli hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. RX seriyalı, ******* nömrəli, xx xxxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,36 ha həyətyanı torpaq sahəsindən İddiaçı payına düşən ½ hissəsi olan 0,18 ha torpaq sahəsi qonşu torpaq istifadəçisi Vaqif Məmmədovla həmsərhəd nöqtəsindən başlayaraq 34 metr enində, qurtaracaq nöqtədən həyətdəki su kranı olan yerə kimi düz xətlə, oradan isə istənilən istiqamətdə naturada ayrılaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul Cavabdeh tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFTBİKCTREAZ 22, hesab «AZ34CTRE ******************** nömrəli hesabına keçirilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-169/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-169/2020
28.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver