Məhkəmə qərarları › İş №2(067)-1701/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1701/2021

07.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1701/2021 07.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nisyə satılmış qızıl-zinət əşyaların qiymətinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə nisyə satdığı qızılzinyət əşyalarının ödənilməmiş 1050 (bir min əlli) manat məbləğində pulun, 200 manat məbləğində faizlərin, 100 manat məbləğində zərərin və rüsum kimi ödədiyi 30 manat məbləğində pulun, cəmi 1380 (bir min üç yüz səksən) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin iyul ayının əvvəllərində Cavabdeh xahişi ilə ona cəmi 1400 manat dəyərinddə Rusiya Federasiyasının istehsalı, 583 əyarlı 24 qram çəkisi olan qızıl-zinət “gəlin qarniturunun komplekt” (ağ qaşlı qızıl sırğa, qaşlı qızıl üzük, qızıl sep və qızıl qolbaq) nisyə satmışam. Aramızda olan razılığa görə cavabdeh həmin qızıl-zinət əşyaların dəyəri olan 1400 manat məbləğində pulu 2018ci ilin iyul ayının sonunda öz oğlunun toyundan sonra dərhal qaytarmalı idi. Lakin cavabdeh vədinə əməl etməyərək həmin pulu qaytarmaqdan yayınmışdır. Ona görə də 2019-cu ilin yayında bu məsələ ilə əlaqədar ərizə ilə Xaçmaz RPŞ-yə müraciət etdim. Həmin ərizəni sahə müvəkkili zabit rütbəli Əli müəllim adlı şəxs araşdırmışdır. Bu müraciətindən sonra cavabdeh hazıra kimi bir neçə dəfəyə 350 manat qaytarmışdır. Son üç ay ərzində 2 gün bundan qabaq cavabdeh kartına borcdan 10 manat yükləməklə borc qaytardığını bildirmişdir. Cavabdeh polis şöbəsində borclu olduğunu etiraf edərək hər ay 100 manat qaytaracağına söz versə də bunu etməmiş və bir il ərzində cəmi 350 manat qaytarmaqla öz vəzifəsini bitmiş hesab etmişdir. Beləliklə cavabdeh 1050 manat məbləğində borclu qalmışdır. Mən dəfələrlə cavabdehə xəbərdarlıq edərək pulunu tələb etmişdir. Lakin o, müxtəlif bəhanələrlə qaytarmaq istəmir. O, həmin qızılları qohumu Xaçmaz şəhərində yaşayan Rəfiqə Habil qızından alıb ona vermişdir. Cavabdeh qızılların pulunu qaytarmadığı üçün özü və ailə üzvləri fərdi işlərdə işləməklə qazandığıqları cüzi gəlirlər hesabına ödəmişdir. Cavadeh isə hər vasitə ilə çalışır ki, pulunu qaytarmasın. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlə ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin məcəllənin 449.1 -ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsu; saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildi gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və onun onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Cavabdeh pulunu vaxtında qaytarmadığına görə, qanuna əsasən, faizlər ödəməlidir. Cavabdeh 1050 manat məbləğində pulu vaxtında qaytarmamaqla ona xeyli zayan vurmuşdur ki, həmin ziyanı da cavabdeh ödəməlidir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək, iddia tələbinin 1000 manat həcmində təmin olunmasına etiraz etməmiş və bununla bağlı yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. İddiaçı iddia tələbinin 1000 manat həcmində təmin olunmasına etiraz etməmiş və bununla bağlı yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarıını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmağa görə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3.-cü maddəsinə əsasən cavabdeh iddianı etiraf etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı 1000 manat pul borclu olduğunu etiraf etyindən, iddiaçı isə iddia tələbinin qeyd olunan həcmdə təmin olunmasına etiraz etmədiyindən iddia ərizəsi qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1000 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 30 manat dövlət rusumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar