Məhkəmə qərarları › İş №2(067)-172/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-172/2024

29.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-172/2024 29.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı torpaq sahəsindən qanunsuz çəkilmiş qaz xəttinin çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh Xaçmaz X12 İdarəsi tərəfindən Xaçmaz şəhəri X11 yerləşən, xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan 0,05 ha torpaq sahəsindən qanunsuz olaraq çəkilmiş qaz xəttinin çıxarılması və kənar ərazidə tikinti norma və qaydalarına uyğun yeni qaz xəttinin çəkilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, “kənar ərazidə tikinti norma və qaydalarına uyğun yeni qaz xəttinin çəkilməsi barədə” iddiasından imtina etmiş və yalnız xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan 0,05 ha torpaq sahəsindən qanunsuz olaraq çəkilmiş qaz xəttinin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz şəhəri X11 yerləşən 0.05 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmalakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli Çıxarışla adına rəsmiləşdirilmişdir. X3 Xaçmaz X12ı İdarəsi (Xaçmaz X12ı İdarəsi hüquqi şəxs deyil) vətəndaş Rizvan Zeynalovun sifarişi əsasında Xaçmaz Rayonu Qobuqırağı Kənd Bələdiyyəsi ilə razılaşdıraraq Xaçmaz şəhəri X11 yerləşən, onun xüsusi mülkiyyətində olan 0,05 ha torpaq sahəsindən, mülkiyyətçi ilə razılaşdırılmadan qaz xətti inşa etməklə istismara vermişdir. Xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsindən qanunsuz qaz xəttinin tikintisinə narazılığını bildirərək 05 dekabr 2022-ci il tarixdə X3 rəhbərliyinə, Xaçmaz X12ı idarəsinə dəfələrlə rəsmi və şifahi müraciətlər etməyinə baxmayaraq, qanunsuz olaraq çəkilmiş qaz xətti hal-hazıra qədər ona məxsus torpaq sahəsindən çıxarılmamışdır. X8 Birliyinə, X2 yazılı müraciət edərək qaz xəttinin ona məxsus torpaq sahəsindən çıxarımasını tələb etsə də, cavabdeh X3 Xaçmaz X12ı idarəsi cavab məktublarında bildirmişdir ki, mübahisəli qaz xətti vətəndaş Rizvan Zeynalovun sifarişi əsasında hazırlanmış, Qobuqırağı kənd Bədədiyyəsi ilə razılaşdırılmış X-5249-22-KOK nömrəli layihə-smeta sənədləri əsasında tikinti norma və qaydalarına uyğun çəkilmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən onun xüsusi mülkiyyətinə edilən müdaxiləyə son qoyulmaqla xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsindən qanunsuz olaraq çəkilmiş qaz xətti həmin ərazidən çıxarılmalıdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mən 2014-cü ildə torpaq sahəsini almışdır. 2022-ci ilin avqust ayınadək əraziyə gedib gəlmiş, orada heç bir qaz xətti olmamışdır. O, qaz xəttinin çəkilişini aşkar edəndə Azəriqaz İB-nə müraciət etmiş və onların cavab məktubu da var. Qaz xətti 2022-ci ildə çəkilib. Özü də onun torpaq sahəsi Xaçmaz rayon Qobuqıraq bələdiyyəsinin ərazisində deyil, Xaçmaz bələdiyyəsinin ərazisində yerləşir. Mülkiyyət sənədi alandan sonra qaz xətti çəkilib və onun mülkiyyətçi kimi hüquqları pozulub. Ona görə iddia qaldırmışdır. Xahiş edir iddia təmin edilsin. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə4 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində müstəqil tələb irəli sürməyən üçün şəxslər Xaçmaz şəhər bələdiyyəsinə və Xaçmaz rayon Qobuqıraq bələdiyyəsinə məhkəmə bildirişləri çatdırılsa da, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhərində yerləşən 0.05 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 119 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat npmrəli, **********53 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daçınmaz əmlakın dövlət reyestrindın çıxarışa əsasən Xaçmaz şəhərində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.05 ha olan torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat npmrəli, **********53 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daçınmaz əmlakın dövlət reyestrindın çıxarışa əsasən Xaçmaz şəhərində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.05 ha olan torpaq sahəsinin şimal istiqamətindən iddiaçiya məxsus olan torpaq sahəsindən 8 (səkkiz) ədəd dəmir dirək üstündən keçən qaz xətti çəkilmişdir. Tikinti norma və qaydalarına uyğun çəkilməsi müəyyən etmək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. İş materiallarında olan Azəriqaz İB-nin Xaçmaz RQİİ tərəfindən İddiaçı ünvanlandığı 14-2-2-8/2-B-4xx-xx/2023-195 saylı 07 iyun 2023-cü il tarixli məktubda qeyd olunur ki, “Sizə məxsus torpaq sahəsinin yaxınlığından keçən qaz xətti vətəndaş Rizvan Zeynalovun sifarişi əsasında hazırlanmış, Qobuqırağı kənd Bələdiyyəsi ilə razılaşdırılmış X-5249-22- KOK nömrəli layihə-smeta sənədləri əsasında tikinti norma və qaydalarına uyğun çəkilmişdir.” İş materiallarında olan X-5249-22-KOK nömrəli layihə-smeta sənədlərindən müəyyən olunur ki, Xaçmaz rayon sakini X1 rayonu, Kərim Kərimov küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı 2022-ci ildə Qaz idarəsinə müraciət etmiş və onun müraciəti müsbət təmin olunmuşdur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Belə ki, mülki işin araşdırılması zamanı toplanmış sübutlar müqayisəli şəkildə tədqiq olunduqdan sonra müəyyən edilir ki, vətəndaş İddiaçı İbarhim qızının 2014-cü ildən etibarən onun xüsusi mülkiyyətində olan torpaq sahəsi var və 2022-ci ildə Azəriqaz İB Xaçmaz RQİİ tərəfindən ona məxsus torpaq sahəsindən qaz xətti çəkilmişdir. Qeyd olunan fakt Azəriqaz İB-nin Xaçmaz RQİİ tərəfindən İddiaçı ünvanlandığı 14-2-2-8/2-B-4xxxx/2023-195 saylı 07 iyun 2023-cü il tarixli məktubu, X-5249-22-KOK nömrəli layihə-smeta sənədləri və məhkəmə mühəndis-tikinti ekspertinin 09 iyul 2024-cü il tarixli 3-16-16/2- 10/3834 saylı rəyi ilə tam təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X9 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5 ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən 95 manat rüsum köçürülmüşdür. İş materiallarında olan ekspert rəyindən görünür ki, ekspertiza xərci 100 manat təşkil edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Cavabdeh Xaçmaz X12 İdarəsi tərəfindən Xaçmaz şəhəri X11 yerləşən, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan 0,05 ha torpaq sahəsindən qanunsuz olaraq çəkilmiş qaz xətti “Azəriqaz İB”-nin hesabına çıxarılsın. İş üzrə mütəxəssis rəyinın alınmasına görə ödənilmiş 95 manat məbləğində pul Cavabdehndən alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Cavabdehndən alınaraq X4, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar