Məhkəmə qərarları › İş №2(067)-1729/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1729/2020

19.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1729/2020 19.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə İddiaçı1 və vəkili X23, Cavabdeh və vəkili X15 iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu notariusu X16 tərəfindən verilmiş reyestrdə 2V-859 nömrə ilə qeyd edilmiş xx xxxxxxx 2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən verilmiş RX seriyalı ******* nömrəli, **********19 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi;Xaçmaz rayon notariusu X16 tərəfindən verilmiş reyestrdə 2V-861 nömrə ilə qeyd edilmiş xx xxxxxxx 2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən verilmiş RX seriyalı ******* nömrəli, **********64 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi;Xaçmaz rayon notariusu X16 tərəfindən verilmiş reyestrdə qeyd edilmiş 2V-860 nömrə ilə xx xxxxxxx 2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən verilmiş RX seriyalı ******* nömrəli, **********25 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi; hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən verilmiş RX seriyalı ******* nömrəli, **********19 reyestr nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən 1,20 ha kənd təsərrüfatlı torpaq sahəsindən mərhum qaynanası X12 düşən hissəsindən ibarət miras əmlakın vərəsəlik üzrə onun oğlu X4 düşən hissəsindən ibarət miras əmlakdan və həmin çıxarışla X4 düşən hissəsindən ibarət miras əmlakdan vərəsəlik üzrə miras paylarının müəyyən edilməsi; hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən verilmiş RX seriyalı ******* nömrəli, **********54 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1ində yerləşən 1,0753 ha kənd təsərrüfatlı torpaq sahəsindən mərhum qaynanası X20ma düşən hissəsindən ibarət miras əmlakın vərəsəlik üzrə onun oğlu X4 düşən hissəsindən ibarət miras əmlakdan və həmin çıxarışla X4 düşən hissəsindən ibarət miras əmlakdan vərəsəlik üzrə miras paylarının müəyyən edilməsi; torpağın mülkiyyətəverilməsinə dair JN-056B KOD 30204018 şəhadətnaməyə əsasən ünvan 1ində yerləşən 0,69 ha həyətyanı torpaq sahəsindən mərhum qaynanası X20ma düşən hissəsindən ibarət miras əmlakın vərəsəlik üzrə onun oğlu X4 düşən hissəsindən ibarət miras əmlakdan və həmin çıxarışla X4 düşən hissəsindən ibarət miras əmlakdan miras paylarının müəyyən edilməsi;Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən verilmiş RX seriyalı ******* nömrəli, **********48-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən üzərində fərdi yaşayış evinin də olduğu 0,34 ha həyətyanı torpaq sahəsindən mərhum qaynanası X20ma düşən hissəsindən ibarət miras əmlakdan vərəsəlik üzrə onun oğlu X4 düşən hissəsindən ibarət miras əmlakdan və həmin çıxarışla X4 düşən hissəsindən ibarət miras əmlakdan miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, xx xxxxx 2008-ci il tarixdə X5 ilə ailə qurmuş, birgə nikahdan xx xxxxxx 2008-ci ildə İmam adlı, xx xxxxxx 2010-cu ildə Nəsimi adlı uşaqları anadan olmuşdur. X2 xx xxxx 2013-cü il tarixdə vəfat etmişdir. Məhrum əri Nəsimi Şixməmmədova ailə üzvləri atası Cavabdeh, anası X18, bacısı X10, qardaşı arvadı X11, qardaşı oğlu X17 adına kənd təsərrüfatlı təyinatlı 1,20 ha (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən RX seriyalı ******* nömrəli, **********19 reyestr nömrəli çıxarış əvvələr dövlət aktı olmuş, sonradan vərəsəlik üçünçıxarış çıxarılmışdır,) 1,0753 ha pay torpaq sahəsi (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən RX seriyalı ******* nömrəli, **********54 reyestr nömrəli çıxarış əvvələr dövlət aktı olmuş, sonradan vərəsəlik üçünçıxarış çıxarılmışdır,) yenə məhrum əri Nəsimi Şixməmmədova ailə üzvləri olan eyni şəxslərə 0,69 ha (torpağın mülkiyyətə verilməsinə dair JN-056B KOD 30204018 nömrəli şəhadətnamə) və 0,34 ha (hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən RX seriyalı ******* nömrəli, **********48- 10301 reyestr nömrəli çıxarış əvvələr torpağın mülkiyyətə verilməsinə dair JN-056A KOD 30204018 nömrəli şəhadətnamə olmuş, sonradan vərəsəlik üçünçıxarış çıxarılmışdır) fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi verilmişdir. Yuxarıda qeyd etdiyim kimi məhrum əri Nəsimi Şixməmmədovun anası X18 xx.xx.2003-cü ildə ölmüş, məhrum əri Nəsimi Şixməmmədov anası və atası ilə birlikdə yaşadığı üçün, ondan qalan miras əmlakı birlikdə idarə etdiyi üçün anasından qalmış miras əmlakı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən şəxsin ölümü ilə ondan qalmış miras əmlaka vərəsəlik açıldığına görə mərhum qaynanası X8 qalmış 1,20 ha və 1,0753 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,69 ha və 0,34 ha həyatyanı torpaq sahəsindən ona pay düşmüşdür. Qaynanası miras qoyan X18 öləndən sonra mərhum əri Nəsimi Şixməmmədov anasından qalmış mirası qəbul etmiş və onunla nikah bağlamış, həmin nikahdan iki uşaqları olmuşdur. Ərinin vəfatından sonra Cavabdeh qaynanası Şixməmmədöva Asiya Tayıb qızından qalmış 1,20 ha və 1,0753 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,69 ha torpaq sahələrindən ona düşən hissəsindan qalmış miras əmlakla bağlı tək özünün qəbul etməsi ilə bağlı xx xxxxxxx 2017-ci il tarixdə reyestrdə 2V-859 nömrəli, 2V-861 nömrəli, 2V-860 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Halbuki, qaynanası miras qoyan Şixməmmədöva Asiya Tayıb qızından qalmış miras əmlakı oğlu Nəsimi Şixməmmədov qəbul etmiş, o vəfat etdiyindən ondan qalmış miras əmlakı onlar qəbul etdiyindən, notariat kontorunda vərəsəlik açılarkən Şixməmmədöva Asiya Tayıb qızından qalmış miras əmlakdan da onlara pay verilməli idi. Onlar notariat kontorunda Şixməmmədöva Asiya Tayıb qızından qalmış miras əmlakdan imtina ilə bağlı imza etməmişlər. Belə olan halda həmin vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarız hesab edilməli, X8 qalmış miras əmlakdan mərhum əri mirası faktiki olaraq qəbul etmiş X4 düşən hissəsindən onlar da pay düşməlidir. Bundan başqa miras qoyanlar X8 və X1 digər bir hazırda onların və cavabdehin yaşadığı üzərində fərdi yaşayış evinin olduğu ünvan 1iridə yerləşən 0,34 ha torpaq sahəsindən onlara düşən hissədə miras əmlak qalmışdır (hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən RX seriyalı ******* nömrəli, **********48-10301 reyestr nömrəli çıxarış əvvələr torpağın mülkiyyətə verilməsinə dair JN- 056A KOD 30204018 nömrəli şəhadətnamə olmuşdur). hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən RX seriyalı ******* nömrəli, **********48- 10301 reyestr nömrəli çıxarışa əsasən miras qoyanlar mərhum qaynanası Şixməmmədöva Asiya Tayıb qızına və mərhum X2na düşən miras əmlakdan onların da payılar müəyyən olunmalıdır. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X18 xx.xx.2003-cü ildə, X5 xx.xx.2013-cü ildə vəfat etmişlər. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 ilə Əzizova (Şixməmmədova) Günəş Şirinbala qızı arasında nikah xx.xx.2008-ci ildə bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X21 xx.xx.2008-ci ildə, İddiaçı2 xx.xx.2010-cu ildə anadan olmuşlar. İş materiallarında olan xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1ində yerləşən 1,0763 ha torpaq sahəsinin 9/24 hissədə Cavabdeh, 1/6 hissədə X11, 1/6 hissədə X19, 1/6 hissədə X7, 1\24 hissədə İddiaçı2, 1/24 hissədə X13, 1/24 hissədə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 206 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1ində yerləşən 0,69 ha torpaq sahəsinin 9/24 hissədə Cavabdeh, 1/6 hissədə X9, 1/6 hissədə X17, 1/6 hissədə X7, 1\24 hissədə İddiaçı2, 1/24 hissədə X13, 1/24 hissədə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 209 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1ində yerləşən 1,0753 ha torpaq sahəsinin 9/24 hissədə Cavabdeh, 1/6 hissədə X9, 1/6 hissədə X17, 1/6 hissədə X7, 1/24 hissədə İddiaçı1, 1\24 hissədə İddiaçı2, 1/24 hissədə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 206 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi tam, 0,34 ha torpaq sahəsi ümumi birgə Cavabdeh, torpaq sahəsi X9, X17, X3, İddiaçı2 Tayib qızının və X6 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxxx 2017-ci il tarixli 2V-863 reyestr nömrəli 761 nömrəli şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 1ində yaşayan Cavabdeh, İddiaçı1, X21 və İddiaçı2dır. Şəhadətnamə verilən miras əmlak ünvan 1i ünvanında yerləşən 0,20 ha torpaq sahəsini hər birinə bərabər hissələrlə. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxxx 2017-ci il tarixli 2V-864 reyestr nömrəli 761 nömrəli şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 1ində yaşayan Cavabdeh, İddiaçı1, X21 və İddiaçı2dır. Şəhadətnamə verilən miras əmlak ünvan 1i ünvanında yerləşən 0,179216 ha torpaq sahəsini hər birinə bərabər hissələrlə. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxxx 2017-ci il tarixli 2V-862 reyestr nömrəli 761 nömrəli şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 1ində yaşayan Cavabdeh, İddiaçı1, X21 və İddiaçı2dır. Şəhadətnamə verilən miras əmlak ünvan 1i ünvanında yerləşən 0,115 ha torpaq sahəsini hər birinə bərabər hissələrlə. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin recimi onların əmlakının qanuni recimi hesab olunur. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. İşin yuxarıda sadalanan hüquqi və faktiki hallarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Beləliklə iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və miras əmlakdan paylarının müəyyən edilməsini xahiş etmişdir. Lakin iddiaçı mirasın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbini hazırki iddia ərizəsində irəli sürməmişdir. Bundan əlavə iddiaçı mübahisə predmeti olan əmlaka dair çıxarışların etibarsız hesab edilməsini tələb etsə də, həmin əmlaka dair Daşınmaz Əmlakın «Dövlət reyestrlərində aparılmış qeydiyyatın» ləğvi ilə bağlı iddia tələbi irəli sürməmişdir. Qeyd olunanlara əsasən məhkmə hesab edir ki, iddia təmin oluna bilməz. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 147-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı1 Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və sair tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar