Məhkəmə qərarları › İş №2(067)-1739/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1739/2020

30.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1739/2020 30.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı «Avtomobilin qanunsuz sahiblikdən geri alınması, yaxud nəqliyyat vasitəsinin dəyərinin, dəymiş zərərin əvəzinin, əldən çıxmış faydanın ödənilməsi və məhkəmə xərcləri tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «RENAULT MEGANE SCENİC» markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı minik avtomobili üzərində mülkiyyət hüququ tanınmaqla həmin avtomobilin işlək və texniki saz vəziyyətdə Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması və ya avtomobilin əvəzi olaraq onun dəyəri olan 12.000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək «RENAULT MEGANE SCENİC» markalı, 2006-cı il buraxılışlı, ** UZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin işlək və texniki saz vəziyyətdə Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması, həmin avtomobilin naturada qaytarılması mümkün olmadığı halda onun bazar dəyəri olan 8000 manat pulun cavabdehən alınaraq ona ödənilməsi, qeyd olunan nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu zaman «ferodo fasonnı çaşkası» adlanan hissəsinin sıradan çıxması ilə əlaqədar ona vurulmuş zərərin əvəzi kimi 620 manat pulun, həmçinin əldən çıxmış fayda kimi xx xxxxxx 2020-ci il tarixdən etibarən avtomobilin ona qaytarılması icra olunduğu günə qədər zərərin əvəzi kimi hər gün üçün icarə dəyəri 25 manat pulun, nəqliyyat vasitəsinin bazar və icarə dəyərinin müəyyən edilməsi üçün X6 ödədiyi 50 manatın və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını hazırki həcmdə müdafiə edərək izahatında göstərdi ki, mülkiyyətində olan «RENAULT MEGANE SCENİC» markalı, 2006cı il buraxılışlı, ** UZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilini xx xxxxxx 2019-cu il tarixdə 4 saylı Bakı ASAN Xidmət Mərkəzi Notiariat ofisində iş üzrə Cavabdeh etibarnamə əsasında idarə etməyə vermişdir. Həmin etibarnamə onun adından X5 tərəfindən imzalanmışdır. O, Müşfiq Rzayevə avtomobilinin üzərində sərəncam verməsinə dair etibarnamə vermişdir. Cavabdeh avtomobili idarə etməyə qəbul edərək vəd vermişdir ki, avtomobil onda olduğu müddətdə gündəlik icarə haqqı kimi 25 manat hesabı ilə nümayəndəsi Müşfiq Rzayevin bank hesabına pul ödəyəcəkdir. Odur ki, avtomobili tam saz vəziyyətdə cavabdehə idarə etmək üçün vermişdir. Avtomobil cavabdehin istifadəsində olduğu zaman cavabdeh zəng edərək avtomobilin ferodo fasonnı çaşkasının sıradan çıxdığını, «Koronavirus» pandemiyası dövründə xüsusi karantin reciminin tətbiq olunması ilə əlaqədar ehtiyat hissə almaq üçün Bakı şəhərinə gələ bilmədiyini əsas gətirib ödəyəcəyini vəd edərək 620 manata avtomobilin ehtiyat hissəsini də ona aldırmışdır. Bu ehtiyat hissəsini nümayəndəsi Müşfiq Rzayev tez bir zamanda cavabdehə çatdırmışdır. Cavabdeh 3 ay ərzində ona cəmi 2200 manat ödəmə apardıqdan sonra vədinə əməl etməmiş, icarə haqqını ödəməkdən və avtomobilini qaytarmaqdan imtina etməklə avtomobili ələ keçirmişdir. Əslində avtomobilin ehtiyat hissəsi 620 manata onun tərəfindən alındığı nəzərə alınarsa cavabdeh ona cəmi 1580 manat ödəmişdir. Cavabdeh avtomobilin icarə haqqını ödəmədiyinə görə ona verdiyi xx xxxxxx 2019-cu il tarixli etibarnaməni ləğv etdirmiş və ona bu barədə şifahi və rəsmi xəbərdarlıq edərək avtomobili qaytarmasını tələb etmişdir. Cavabdeh isə ona hədə-qorxu gəlməklə, müxtəlif bəhanələr gətirərək məsuliyyətdən yayınmışdır. O, X6 müraciət edərək mübahisəli nəqliyyat vasitəsinin dəyərinin qiymətləndirilməsini və icarə haqqının hesablanmasını xahiş etmişdir. X7 tərəfindən mübahisəli nəqliyyat vasitəsinin dəyəri hazırki orta bazar qiymətinə uyğun olaraq 7000-8000 manat, avtomobilin icarə dəyəri gündəlik 25 manat olmaqla xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində cəmi 5075 manat olması müəyyən edilmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən etibarən gündəlik icarə haqqını ödəmir. Cavabdeh in ona hazırki gündə icarə haqqı kimi ödəməli olan məbləğ 5075 manat təşkil edir. Cavabdeh avtomobilin ona qaytarılması icra olunduğu günə qədər hər gün üçün əldən çıxmış fayda kimi ona 25 manat pul ödəməlidir. Nəqliyyat vasitəsi istifadəsində olduğu dövr ərzində cavabdeh dəfələrlə inzibati xətalar törətmiş və cərimələri ödəməmişdir. Cavabdeh in hərəkətləri nəticəsində o, mənəvi sarsıntılar keçirmişdir. Cavabdeh nəqliyyat vasitəsini ondan texniki saz vəziyyətdə qəbul etmiş, həmin vəziyyətdə də avtomobili ona geri qaytarılmalı və ya nəqliyyat vasitəsinin dəyərini ona ödəməlidir. Hazırda nəqliyyat vasitəsinin bazar qiyməti 8000 manat təşkil edir. Cavabdeh in hazırda ona məxsus nəqliyyat vasitəsini qanunsuz olaraq özündə saxlaması və nəqliyyat vasitəsinə qanunsuz sahiblik etməsi onun hüquqlarını pozur və onu əmlakdan məhrum edir. Cavabdeh istifadəsində olan həmin avtomobili hər an yararsız hala salmaqla ona külli miqdarda ziyan vura bilər. Hesab edir ki, nəqliyyat vasitəsinin cavabdehdə qalması qanunsuzdur. Göstərilənlərə əsasən iddiasının hazırki həcmdə təmin edilməsini, «RENAULT MEGANE SCENİC» markalı, 2006-cı il buraxılışlı, ** UZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin işlək və texniki saz vəziyyətdə Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması, həmin avtomobilin naturada qaytarılması mümkün olmadığı halda onun bazar dəyəri olan 8000 manat pulun cavabdehən alınaraq ona ödənilməsi, qeyd olunan nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu zaman «ferodo fasonnı çaşkası» adlanan hissəsinin sıradan çıxması ilə əlaqədar ona vurulmuş zərərin əvəzi kimi 620 manat pulun, həmçinin əldən çıxmış fayda kimi xx xxxxxx 2020-ci il tarixdən etibarən avtomobilin ona qaytarılması icra olunduğu günə qədər zərərin əvəzi kimi hər gün üçün icarə dəyəri 25 manat pulun, nəqliyyat vasitəsinin bazar və icarə dəyərinin müəyyən edilməsi üçün X6 ödədiyi 50 manatın və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, 2019cu ilin noyabr ayında internetdə avtomobil satışı və icarəsi elanlarında Bakı şəhərində «RENAULT MEGANE SCENİC» markalı, 2006-cı il buraxılışlı, ** UZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin icarəyə verildiyini görmüş və bununla əlaqədar mobil telefon vasitəsilə Bakı şəhər sakini Müşfiq Rzayev adlı şəxslə danışmışdır. Bundan sonra Bakı şəhərinə gedərək həmin şəxslə görüşmüş, onunla birlikdə avtomobilə baxmışdır. Söhbət əsnasında Müşfiq ona bildirmişdir ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı ona baş etibarnamə verərək həmin nəqliyyat vasitəsinin üzərində sərəncam hüququnu ona həvalə etmişdir, nəqliyyat vasitəsini o satır. Nəqliyyat vasitəsini almaq istəyirsə ilk ödəniş kimi 1500 manat, sonradan isə hər ay 25 manat olmaqla avtomobilin pulunu ödəməlidir. O, Müşfiqlə qarşılıqlı razılığa gəlmiş, razılıqları belə olmuşdur ki, əgər hər hansı gözlənilməz vəziyyət baş verərsə nəqliyyat vasitəsini sahibinə qaytarıb pulu geri alacaqdır. Bundan sonra o, razılaşmalarına uyğun olaraq ilkin ödəniş kimi Müşfiqə 1500 manat ödəniş etmiş, Müşfiq ona nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. O, həmin avtomobili alaraq Xaçmaz şəhərinə gətirmiş, Xaçmaz şəhərində həmin avtomobillə taksi xidməti göstərməklə fəaliyyətə başlayaraq Xaçmaz-Bakı istiqamətində sərnişin daşıma işi ilə məşğul olmuşdur. 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar-fevral ayları ərzində işləmiş, gündə 25 manat olmaqla avtomobilə görə 2375 manat pul ödəmişdir. Sonradan mart ayından avqust ayının axırınadək olan dövr ərzində pandemiya ilə əlaqədar xüsusi karantin recimi tətbiq edildiyindən Bakı şəhərinə və digər ətraf rayonlara gediş-gəliş məhdudlaşdırıldığından işləyə bilməmiş və ödənişi apara bilməmişdir. Lakin Müşfiq hər gün ona zəng edərək ondan pul tələb etmiş, ona vəziyyəti izah etsə də o, öz tələbində qalmışdır. Sonradan 2020-ci ilin iyun ayında avtomobilin mülkiyyətçisi İddiaçı tərəfindən ona verilmiş etibarnamə ləğv edilmişdir. Bundan sonra o, Müşfiqə və İddiaçı bildirmişdir ki, onun ödəniş etdiyi pulu geri qaytarsınlar və sonra gəlib avtomobili aparsınlar. Lakin onlar daha da artıq qazanc əldə etmək məqsədilə müxtəlif bəhanələrə əl atmışlar. Avtomobil bu günə kimi onun həyətində saxlanılır. Avtomobili idarə etdiyi müddət ərzində həmin avtomobilin təmirinə 1100 manat pul xərcləmişdir. Həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı olsa da o, etibarnamə verilmiş şəxs Müşfiq Rzayevlə alış-veriş etmişdir. O, ümumilikdə Müşfiqlə Anara ilkin olaraq 1500 manat, 3 ay ərzində gündə 25 manat olmaqla 2375 manat nəğd ödəniş etmiş, 1100 manatı isə avtomobilin təmirinə sərf etmişdir. Ümumilikdə iddiaçı tərəf ona 4975 manat pul ödəməlidir. İddiaçının ona qarşı tələbi tamamilə əsassızdır, o, qanunsuz yolla varlanmaq məqsədilə ona qarşı belə bir iddia qaldırmışdır. Ona görə də İddiaçı ona qarşı iddia tələbinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək Cavabdeh izahatı ilə eyni məzmunlu izahat verməklə iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iddiaçı tərəfin təqdim etdiyi şahid X5 göstərdi ki, tanışı İddiaçı mülkiyyətində olan «RENAULT MEGANE SCENİC» markalı, 2006-cı il buraxılışlı, ** UZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə sərəncam hüququna dair onun adına baş etibarnamə vermişdir. O, da mülkiyyətçi İddiaçı razılığı əsasında həmin nəqliyyat vasitəsini xx xxxxxx 2019-cu il tarixdə 4 saylı Bakı ASAN Xidmət Mərkəzi Notiariat ofisində iş üzrə Cavabdeh etibarnamə əsasında idarə etməyə vermişdir. Cavabdeh avtomobili idarə etməyə qəbul edərək vəd vermişdir ki, avtomobil onda olduğu müddətdə gündəlik icarə haqqı kimi 25 manat hesabı ilə onun bank hesabına pul ödəyəcəkdir. Odur ki, avtomobili tam saz vəziyyətdə cavabdehə idarə etmək üçün vermişdir. Avtomobil cavabdehin istifadəsində olduğu zaman cavabdeh zəng edərək avtomobilin ferodo fasonnı çaşkasının sıradan çıxdığını, «Koronavirus» pandemiyası dövründə xüsusi karantin reciminin tətbiq olunması ilə əlaqədar ehtiyat hissə almaq üçün Bakı şəhərinə gələ bilmədiyini əsas gətirib ödəyəcəyini vəd edərək 620 manata avtomobilin ehtiyat hissəsini də İddiaçı aldırmışdır. Bu ehtiyat hissəsini o, tez bir zamanda cavabdehə çatdırmışdır. Cavabdeh 3 ay ərzində iddiaçıya cəmi 2200 manat ödəmə apardıqdan sonra vədinə əməl etməmiş, icarə haqqını ödəməkdən və avtomobilini qaytarmaqdan imtina etməklə avtomobili ələ keçirmişdir. Əslində avtomobilin ehtiyat hissəsi 620 manata iddiaçı tərəfindən alındığı nəzərə alınarsa cavabdeh iddiaçıya cəmi 1580 manat ödəmişdir. Cavabdeh avtomobilin icarə haqqını ödəmədiyinə görə iddiaçı verdiyi xx xxxxxx 2019-cu il tarixli etibarnaməni ləğv etdirmiş və cavabdehə bu barədə şifahi və rəsmi xəbərdarlıq edərək avtomobili qaytarmasını tələb etmişlər. Cavabdeh isə müxtəlif bəhanələr gətirərək məsuliyyətdən yayınmışdır. İddiaçı X6 müraciət edərək mübahisəli nəqliyyat vasitəsinin dəyərinin qiymətləndirilməsini və icarə haqqının hesablanmasını xahiş etmişdir. X7 tərəfindən mübahisəli nəqliyyat vasitəsinin dəyəri hazırki orta bazar qiymətinə uyğun olaraq 7000-8000 manat, avtomobilin icarə dəyəri gündəlik 25 manat olmaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində cəmi 5075 manat olması müəyyən edilmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən etibarən gündəlik icarə haqqını ödəmir. Cavabdeh in iddiaçıya hazırki gündə icarə haqqı kimi ödəməli olan məbləğ 5075 manat təşkil edir. Cavabdeh avtomobilin iddiaçıya qaytarılması icra olunduğu günə qədər ona hər gün üçün əldən çıxmış fayda kimi 25 manat pul ödəməlidir. Cavabdeh nəqliyyat vasitəsini iddiaçıdan və ondan texniki saz vəziyyətdə qəbul etmiş, həmin vəziyyətdə də avtomobil iddiaçıya geri qaytarılmalı və ya nəqliyyat vasitəsinin dəyərini iddiaçıya ödəməlidir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməliidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iş üzrə Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AD seriyalı, 639607 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “RENAULT MEGANE SCENİC” markalı, 2006-cı il buraxılışlı, ** UZ *** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı adına qeydiyyatdadır. İş mateariallarında olan xx xxxxxx 2019-cu il tarixli ƏN-Vİİ seriyalı, 006448 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı özünə məxsus “RENAULT MEGANE SCENİC” markalı, 2006-cı il buraxılışlı, ** UZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etməyi və həmin nəqliyyat vasitəsi üzərindən sərəncam verməyi X2 etibar etmişdir. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X5 Cavabdeh “RENAULT MEGANE SCENİC” markalı, 2006-cı il buraxılışlı, ** UZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin pulunu ödəmədən qanunsuz saxlaması barədə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə şikayət etmiş, onun şikayəti əsasında araşdırma aparılmış, Cavabdeh əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və X2 mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmçinin həmin qərardan müəyyən olunur ki, X5 xx.xx.2019-cu il tarixdə 4 saylı Bakı «Asan» Xidmət Mərkəzindəki Notariat ofisində «RENAULT MEGANE SCENİC» markalı, 2006-cı il buraxılışlı, ** UZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmək üçün Cavabdeh adına 7E25188 reyestr nömrəli etibarnamə vermişdir. İş materiallarında olan İddiaçı nümayəndəsi olaraq X5 tərəfindən Cavabdeh adına ünvanlanmış xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Müşfiq Rzayev İddiaçı məxsus “RENAULT MEGANE SCENİC” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin idarə edilməsinə dair xx.xx.2019-cu il tarixdə 4 saylı Bakı «Asan» Xidmət Mərkəzindəki Notariat ofisində verilmiş etibarnaməni ləğv etdirdiklərini bildirməklə nəqliyyat vasitəsinin qaytarılmasını və ödəməli olduğu pul məbləğlərinin ödənilməsini tələb etmiş, əks halda İddiaçı məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan X4 xx xxxxxxxx 2020-ci il tarixli, 02-424/20 nömrəli nəqliyyat vasitəsinin bazar və icarə dəyərinin müəyyən edilməsi barədə arayışdan görünür ki, «RENAULT MEGANE SCENİC» markalı, 2006-cı il buraxılışlı, ** UZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hazırki orta bazar dəyəri sazlcğından, komplektasiyasından, vuruğundan asılı olaraq 7000-8000 manat təşkil edir, həmin avtomobilin xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək olan dövr ərzində gündəlik 25 manat olmaqla icarə haqqı ümumilikdə 5075 manat təşkil edir. Azərbaycan Respublikasının Mülkim Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı verdiyi baş etibarnamə əsasında nümayəndəsi X5 çıxış etməklə Cavabdeh ilə iddiaçıya məxsus «RENAULT MEGANE SCENİC» markalı, 2006-cı il buraxılışlı, ** UZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin icarəyə verilməsinə dair xx xxxxxx 2019-cu il tarixdə qarşılıqlı razılığa gəlmişlər, qarşılıqlı razılaşmaya əsasən Cavabdeh İddiaçı nümayəndəsi X2 ilkin ödəniş olaraq 1500 manat pul ödəmiş və gündəlik 25 manat ödəniş aparmaq şərtilə Müşfiq Rzayev nəqliyyat vasitəsini Cavabdeh idarə etmək məqsədi üçün yazılmış xx xxxxxx 2019-cu il tarixli etibarnamə əsasında istifadə etməyə vermişdir. Lakin tərəflər arasında nəqliyyat vasitəsinin icarəsinə dair icarə müqaviləsi bağlanmamış və rəsmiləşdirilməmişdir. Həmin vaxtdan cavabdeh qeyd olunan nəqliyyat vasitəsi ilə taksi xidməti göstərmiş, Xaçmaz-Bakı istiqamətində sərnişin daşıma ilə məşğul olmuşdur. Cavabdeh nəqliyyat vasitəsindən istifadəyə görə 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar və fevral ayları üçün gündə 25 manat olmaqla iddiaçının nümayəndəsi Müşfiq Rzayevə ödəniş etmiş, lakin sonradan 2020-ci ilin mart ayında «Covid-19» pandemiyası ilə əlaqədar Respublikanın ərazisində xüsusi karantin recimi tətbiq edildiyindən Bakı şəhərinə və digər rayonlara gediş-gəliş məhdudlaşdırıldığından cavabdeh həmin nəqliyyat vasitəsindən taksi kimi istifadə edə bilməmiş və nəqliyyat vasitəsi cavabdehin həyətində istifadəsiz qalmışdır. Bu səbəbdən cavabdeh iddiaçının nümayəndəsinə ödəniş edə bilməmiş, cavabdeh ödənişi apara bilmədiyindən iddiaçı və onun nümayəndəsi cavabdehə verdikləri etibarnaməni ləğv etdirərək cavabdehdən nəqliyyat vasitəsini və istifadəyə görə pulu tələb etmişlər. Lakin cavabdeh iddiaçıdan ödədiyi ilk ödənişi, nəqliyyat vasitəsindən istifadə etdiyi 3 ay ərzində apardığı ödənişləri və nəqliyyat vasitəsinin təmirinə sərf etdiyi vəsaiti qaytardıqdan sonra avtomobili ona qaytaracağını bildirmişdir. Tərəflər arasında qarşılıqlı razılaşma baş tutmadığından iddiaçı cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Beləliklə məhkəmə tədqiqatı zamanı mübahisəli nəqliyyat vasitəsinin iddiaçı tərəfindən cavabdehə icarəyə verilməsinə dair tərəflər arasında rəsmi icarə müqaviləsi olmadığı, tərəflər arasında olan qeyri-rəsmi razılıq əsasında cavabdeh iddiaçıya ilkin ödəniş olaraq olaraq 1500 manat pul ödəməklə nəqliyyat vasitəsini gündə 25 manat pul ödəmək şərtilə icarəyə götürdüyü, cavabdehin nəqliyyat vasitəsindən istifadə etdiyi 3 ay ərzində iddiaçının nümayəndəsinə hər gün üçün 25 manat ödənişlər apardığı, lakin sonradan Respublikanın ərazisində «Covid-19» pandemiyası ilə əlaqədar xüsusi karantin recimi tətbiq edilməklə Bakı şəhərinə və digər rayonlara gediş-gəliş məhdudlaşdırıldığından cavabdeh həmin nəqliyyat vasitəsindən taksi kimi istifadə edə bilməməsi, bu səbəbdən cavabdehin iddiaçının nümayəndəsinə icarə haqqını ödəyə bilmədiyi və nəqliyyat vasitəsinin cavabdehin həyətində istifadəsiz qaldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı mübahisəli nəqliyyat vasitəsinin iddiaçı tərəfindən cavabdehə icarəyə verilməsinə dair tərəflər arasında rəsmi icarə müqaviləsi olmadığı, tərəflər arasında olan qeyri-rəsmi razılıq əsasında cavabdeh iddiaçıya ilkin ödəniş etməklə götürdüyü nəqliyyat vasitəsinə görə istifadə etdiyi 3 ay ərzində ödənişlər apardığı, lakin sonradan Respublikanın ərazisində «Covid-19» pandemiyası ilə əlaqədar xüsusi karantin recimi tətbiq edilməklə Bakı şəhərinə və digər rayonlara gediş-gəliş məhdudlaşdırılması səbəbindən həmin nəqliyyat vasitəsindən taksi kimi istifadə edə bilmədiyi, bu səbəbdən cavabdehin iddiaçının nümayəndəsinə ödənişlər aparmadığı, nəqliyyat vasitəsinın həmin vaxtdan cavabdehin həyətində istifadəsiz qaldığı müəyyən edildiyindən iddiaçının cavabdehdən qeyd olunan nəqliyyat vasitəsinin istifadəsində olduğu zaman «ferodo fasonnı çaşkası» adlanan hissəsinin sıradan çıxması ilə əlaqədar ona vurulmuş zərərin əvəzi kimi 620 manat pulun, həmçinin əldən çıxmış fayda kimi xx xxxxxx 2020-ci il tarixdən etibarən avtomobilin ona qaytarılması icra olunduğu günə qədər zərərin əvəzi kimi hər gün üçün icarə dəyəri 25 manat pulun, nəqliyyat vasitəsinin bazar və icarə dəyərinin müəyyən edilməsi üçün X6 ödədiyi 50 manat pulu tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı məxsus «RENAULT MEGANE SCENİC» markalı, 2006-cı il buraxılışlı, ** UZ *** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılmalı, həmin avtomobilin naturada qaytarılması mümkün olmadığı halda onun bazar dəyəri olan 8000 manat pul, həmçinin iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat cavabdehən alınaraq iddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus «RENAULT MEGANE SCENİC» markalı, 2006-cı il buraxılışlı, ** UZ *** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılsın. Həmin avtomobilin naturada qaytarılması mümkün olmadığı halda onun bazar dəyəri olan 8000 (səkkiz min) manat pul, həmçinin iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar