Məhkəmə qərarları › İş №2(067)-1747/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1747/2021

01.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1747/2021 01.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Səbail rayon məhkəməsinin 2(009)- 1084/2013 saylı 19.06.2013-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin "xxxx" ASC-yə və ona qarşı iddia tələbi qismən təmin edilərək, ümumilikdə 3.708.260,85 manat pulun tutulması, tutmanın ona məxsus Xaçmaz rayon, Dalğalı qəsəbəsində yerləşən 0,23 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinı yönəldilməsi qət edilmişdir. Almaniyada yaşadığından məhkəmə qərarının olması barədə 2021-ci ildə icra şöbəsi tərəfindən xəbər tutmuş və dərhal qətnaməni əldə edərək Səbail rayon məhkəməsinin 2(009)-1084/2013 saylı, 19.06.2013-cü il tarixli qətnaməsindən tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti üzrə məhkəmə baxışı 07 iyun 2021-ci il saat 14:50-yə təyin edilmişdir.Apelyasiya icraatının mövcudluğu ilə əlaqədar icra işinin dayandırılması üçün Cavabdeh1nə müraciət olunmasına və İcra şöbəsi tərəfindən ərizənin rəsmi qəbul edilməsinə baxmayaraq icra işi dayandırılmamış və ona məxsus Xaçmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması üçün "xxxx" MMC-yə müraciət edilmiş və hərrac təşkil edilmişdir. Xaçmaz rayonu, Dalğalı qəsəbəsində 0,23 ha torpaq sahəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evilə bağlı "xxxx" MMC tərəfindən keçirilmiş hərrac nəticələri etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin iddiaçının vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Cavabdeh1nə ünvanladığı 08 may 2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, Səbail rayon məhkəməsinin 2(009)-1084/2013 saylı 19.06.2013-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verilmiş və apelyasiya şikayəti üzrə məhkəmə baxışı 07 iyun 2021-ci il saat 14:50-yə təyin edilmişdir. Apelyasiya məhkəməsinin baxışı ilə əlaqədar icraatda olan barəsindəki işin dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan “Zaman Ekspress” kuryer xidmətinin qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1nə göndərilmiş məktub 17.05.2021-ci il tarixdə alıcı tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin hakimi Vahid Sadıqovun Cavabdeh1nə ünvanlandığı 04.06.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayon məhkəməsinin 19.06.2013-cü il tarixli 2(009)-1084/2013 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti icraata qəbul edilmiş və işə baxılması 07.06.2021-ci il tarixə təyin edilmişdir. Apelyasiya şikayətinin verilməsi ilə əlaqədar icra vərəqəsi üzrə başlanmış icra hərəkətinin dayandırılması xahiş olunur. Qeyd olunan məktub 04.06.2021-ci il tarixdə alıcı tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası İcra haqqında Qanununun 17.1.7-ci maddəsinə əsasən İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə görə Bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Göründüyü kimi, iddiaçı Orucov X2 rayon məhkəməsinin 19.06.2013-cü il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti apelyasiya məhkəməsi tərəfindən icraata qəbul edilməsinə və icra vərəqəsi üzrə başlanmış icra hərəkətlərinin dayandırılması Cavabdeh1ndən tələb olunsa da, icra hərəkətləri dayandırılmamış və hərracın keçirilməsi təşkil edilmişdir. Belə olan halda, "xxxx" MMC tərəfindən təşkil olunaraq keçirilmiş hərracın nəticələri etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Xaçmaz rayonu, Dalğalı qəsəbəsində 0,23 ha torpaq sahəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evilə bağlı "xxxx" MMC tərəfindən keçirilmiş hərrac nəticələri etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar