Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1762/2025 18.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin rəsmiləşdirilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin rəsmiləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizənin mümkünlüyü araşdırılarkən ərizənin məhkəməd’ baxılmalı olmadığı müəyyən olundu. Belə ki, torpaq sahəsinin rəsmiləşdirilməsi məhkmənin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin rəsmiləşdirilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya iddia tələbi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin rəsmiləşdirilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya iddia tələbi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada alındıqdan sonra 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1762/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1762/2025
18.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver