Məhkəmə qərarları › İş №2(067)-1783/2020

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1783/2020

28.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1783/2020 28.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh3 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh3 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəməyə gəlməmiş və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, İddiaçı məhkəməyə poçt vasitəsilə ərizəsini göndərərək cavabdehlərlə aralarında mübahisənin həllinə dair qarşılıqlı razılığa gəldiklərini bildirməklə iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər işə mahiyyəti üzrə baxılmasına təkid etməmişlər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdehlər işə mahiyyəti üzrə baxılmasına təkid etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh3 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar