Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-182/2021 31.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq xx xxxx 2020-ci il tarixdə AN-İns ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Xaçmaz şəhəri Alı Mustafayev küçəsi ev 3 ərazisindən Cavabdeh mülkiyyətində olan 0.0586 ha həyətyanı torpaq sahəsindən satın aldığı 0.03 ha torpaq sahəsinin cavabdehin yaşayış evinin giriş darvazasının sağ tərəfindən bir tərəfdən 2,5 metr eninə, 25 metr uzununa, digər tərəfdən də 2,5 metr eninə 25 metr uzununa, evin arxa tərəfindən isə 21 metr uzununa 12 metr eninə istiqamətdə naturada ayrılaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən ünvan 1 saylı ünvanla yerləşən Cavabdeh mülkiyyətində olan 0.0586 ha həyətyanı torpaq sahəsinin 0.03 ha hissəsini qarşılıqlı razılıq əsasında 5400 manata satın almışdır. Razılaşmalarına əsasən cavabdeh ona satdığı torpaq sahəsini özünə məxsus yaşayış evinin giriş darvazasının sağ tərəfindən bir tərəfdən 2,5 metr eninə, 25 metr uzununa, digər tərəfdən də 2,5 metr eninə 25 metr uzununa, evin arxa tərəfindən isə 21 metr uzununa 12 metr eninə bölgü edərək ona təhvil verməli idi. O, reyestr xidmətinə müraciət edərək cavabdehdən aldığı 0,03 ha həyətyanı torpaq sahəsinə mülkiyyət sənədi almaq istəmiş, lakin cavabdeh bölgü sxeminin imzalamaqdan boyun qaçırmış, ərazidə ölçü işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəbdən reyestr xidməti tərəfindən satın aldığı torpaq sahəsinə dair sənədin verilməsi mümkün olmamışdır. Onun hüquqları pozulur, nəticədə qanuni əsaslarla satın aldığı torpaq sahəsinə cavabdehin təqsiri ucbatından mülkiyyət sənədi ala bilmir. Javabdehin həyətyanı torpaq sahəsinin başqa istiqamətindən 0,03 ha hissədə torpaq sahəsinin başqa istiqamətdən natura şəklində ayrılması qeyri mümkündür. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli, qeydiyyat tarixi xx.xx.2020-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2 ünvanında 0.0586 ha torpaq sahəsində yerləşən 45,3 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 86 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli, xx xxxx 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh DƏDRX-nin ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş **********51-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 nömrəli ünvanda yerləşən 0.0586 ha torpaq sahəsindən 0,03 ha hissəsini İddiaçı satmışdır. Lakin qeyd olunan alqı-satqı müqaviləsinə dair bölgü planı tərtib edilməmişdir. Bundan əlavə iddiaçı tərəfin qeyd olunan müqavilə üzrə mülkiyyət hüquqları da dövldət reyestrində qeydiyyata alınmamışdır. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli 4Ə 477 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş torpaq sahəsinə bölgü sxeminin hazırlanması üçün müayinə işlərinin aparılması üçün şərait yaradılmamıdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. İş materiallarında olan məhkəmə ekspertiza mərkəzinin xx xxxx 2021-ci il tarixli 10/3373 nömrəli məktubundan müəyyən olunur ki, mübahisəli torpaq sahəsində müvafiq ölçü işlərinin aparılmasına cavabdeh tərəfindən şərait yaradılmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1.-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-182/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-182/2021
31.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver