Məhkəmə qərarları › İş №2(067)-1829/2020

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1829/2020

31.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1829/2020 31.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçılar İddiaçı1 Tofiq oğlunun, X1, İddiaçı3 və Nümayəndə Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və ümumi suvarma arxının açılması tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 Tofiq oğlu, X3, İddiaçı3 və Nümayəndə Cavabdeh qarşı X2 cavabdeh X4 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və ümumi suvarma arxının açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim ki, iddia ərizəsini iddiaçı Nümayəndə əvəzinə iddia ərizəsində özünü iddiaçının nümayəndəsi kimi göstərən Nümayəndə imzalamışdır. Lakin, həmin şəxsə verilən etibarnamə notarial qaydada təsdiq edilməmiş, həmçinin, həmin etibarnamədə məhkəmədə iddiaçını təmsil etmək, iddia ərizəsini imzalamaq səlahiyyətləri göstərilməmişdir. Bununla yanaşı iddiaçılar tərəfindən dövlət rüsumu təyinatına uyğun qaydada ödənilməmişdir. Belə ki, ödəniş qəbzlərindən müəyyən olunur ki, rüsum iddia ərizəsinin verilməsi ilə bağlı deyil, İİİ şəxslərin işə qoşulması – hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi ilə əlaqədar ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərlə yanaşı iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamış, iddia ərizəsinə ərizəni imzalayan şəxsin şəxsiyyətini təsdiq edən sənədin lazımi qaydada təsdiq edilmiş surəti əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının MPM-nin 108.3.-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsi ilə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 152.1.5.-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçılara göstərilən nöqsanları aradan qaldırmaqla yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. İddia ərizəsi geri qaytarıldığına görə iddiaçıların xx.xx.2020-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə ödədikləri hər biri 10 (on) manat olan dövlət rüsumları özlərinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 Tofiq oğlunun, X1, İddiaçı3 və Nümayəndə Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və ümumi suvarma arxının açılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara göstərilən nöqsanları aradan qaldırmaqla yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İddia ərizəsi geri qaytarıldığına görə iddiaçıların xx.xx.2020-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə ödədikləri hər biri 10 (on) manat olan dövlət rüsumları geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar