Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-186/2025 14.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Saləddin oğlunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı1 Kazım oğlunun, Mustafa Kazım (X3) və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 qarşı birgə mülkiyyətdə olan torpaq sahələrindən payın naturada ayrılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 Kazım oğlu, Mustafa Kazım (X3) və İddiaçı3 məhkəmədə iddia qaldıraraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin, 05 aprel 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışa əsasən ailə üzvülərinə məxsus olan Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşən 2,11 ha torpaq sahəsindən onların ümumi payına düşən 0,906 ha torpaq sahəsinin ayrılaraq naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddianı onunla əsaslandırmışlar ki, İddiaçı1 Kazım oğlu və onun oğlu Mustafa Kazımın (X3) etibarnamə ilə nümayəndəsi X12 və İddiaçı3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin, 05 aprel 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışa əsasən ailə üzvülərinə məxsus olub, Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində yerləşən 2,11 ha torpaq sahəsindən iddiaçıların payına düşən 0,90 ha torpaq sahəsinin ayrılaraq naturada bölünməsini xahiş etmişlər. Həmin çıxarışa əsasən Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşən 2,11 ha torpaq sahəsi iddiaçıların və cavabdehlərin mülkiyyətinə verilmişdir. Çıxarışda adı qeyd olunan Dursunova Züleyxa 11 noyabr 2011-ci tarixdə vəfat edib. Ona məxsus 0,302 ha torpaq sahəsindən də cavabdehlər istifadə edirlər. Onlar, Dursunova Züleyxadan miras qalmış həmin torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi barəsində Xaçmaz rayon 1 saylı notariat ofisinə müraciət etmişlər. Oradan aldıqları cavab məktubunda göstərilir ki, digər varislərin öz payına dair münasibətini bildirmədiyi üçün pay bölgüsünün aparılması mümkün deyildir. İş üzrə İddiaçı1 Kazım oğlu və X1 (Mustafa Kazımın) nümayəndəsi X12 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, cavabdehlərdən Cavabdeh2 X13 bacılarıdır. Onlar hal-hazırda Türkiyədə yaşayırlar və özlərinə məxsus torpaq sahələrini də digər Cavabdeh1 veriblər və torpaq sahəsindən də o istifadə edir. Ona görə də, cavabdeh kimi Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində yaşayan Cavabdeh1 tanımağı xahiş edir. İddiaçılardan X3 hal-hazırda Türkiyə vətəndaşıdır və orada aldığı şəxsiyyət vəsiqəsində adı X2 qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikasında aldığı şəxsiyyət vəsiqəsində adı Mustafa, ata adı Saləddin oğlu və soyadı Şahvələdov kimi qeyd edilmişdir. Ona görə də məhkəməyə təqdim olunmuş sənədlərdə, eləcə də ona verilən etibarnamədə X1 və X8 eyni şəxs olmaqla tanınmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 Saləddin oğlunun nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, torpaq sahəsindən iddiaçıların ümumi payına düşən torpaq sahəsinin ayrılaraq naturada bölünməsini xahiş edir. Dursunova Züleyxa ilə əlaqədar vərəsəlik işi açılmayıb, notariusa müraciət olunsa da notarius baxmamışdır. Torpaq sahəsi ayrılaraq çəpərlənmişdir. İş üzrə digər İddiaçı3 və cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 05 aprel 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, Dursunova Züleyxa 0.302 ha, Cavabdeh1 0.302 ha, İddiaçı1 Kazım oğlunun 0.302 ha, X10 0.302 ha, İddiaçı3 0.302 ha, X4 0.302 ha və X1 0.302 ha mülkiyyətlərində olan Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşən 2.114169 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Xaçmaz rayon 1 saylı notariat ofisinin Nümayəndə ünvanladığı xx.xx.2022-ci il trixli 552 nömrəli məktubundan görünür ki, Dursunova Züleyxanın mirasını faktiki qəbul etmiş digər vərəsələri mövcuddur. Mövcud olan varislərin öz payına dair münasibətini bildirmədiyi üçün pay bölgüsünün aparılması mümkün deyildir. Mülki Məcəllənin 1291-ci məddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Bu səbəbdən pay bölgüsünün aparılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunur. -ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Dursunova Züleyxa xx.xx.2011-ci ildə ölmüşdür. -xx.xx.2023-cü il tarixli mediasiya arayışından müəyyən olunur ki, iddiaçı ilkin mediyasiya sessiyasında iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. Mediasiya prosesində iştirakı ilə əlaqədar iddiaçı tərəfindən 55 manat rüsum köçürülmüşdür. -mütəxəssis rəyindən müəyyən olunur ki, 05 aprel 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışa əsasən ailə üzvlərinə məxsus olan Xaçmaz rayonu, Yeni-Həyat qəsəbəsində yerləşən 2.11 ha torpaq sahəsindən İddiaçı1 Kazım oğlunun, İddiaçı3, X1 (Kazım Mustafa) 1/3 hissədə payının naturada ayrılması mümkündür. Payın ayrılması hansı qayda, ölçü və cizgidə bölgünün olması sxemdə əks olunur. İddiaçılara məxsus 0.906 ha torpaq sahəsi hal-hazırda iddiaçıların istifadəsindədir. -ödəniş qəbzindən müəyyən olunur ki, mütəxəssis rəyinın alınmasına görə iddiaçı tərəfindən 100 manat rüsum köçürülmüşdür. -iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, İddiaçı1 Kazım oğlu və X1 nümayəndəsi X12 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, cavabdehlərdən Cavabdeh2 X13 bacılarıdır. Onlar hal-hazırda Türkiyədə yaşayırlar və özlərinə məxsus torpaq sahələrini də digər Cavabdeh1 veriblər və torpaq sahəsindən də o istifadə edir. Ona görə də, cavabdeh kimi Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində yaşayan Cavabdeh1 tanımağı xahiş edir. İddiaçılardan X3 hal-hazırda Türkiyə vətəndaşıdır və orada aldığı şəxsiyyət vəsiqəsində adı X2 qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikasında aldığı şəxsiyyət vəsiqəsində adı Mustafa, ata adı Saləddin oğlu və soyadı Şahvələdov kimi qeyd edilmişdir. Ona görə də məhkəməyə təqdim olunmuş sənədlərdə, eləcə də ona verilən etibarnamədə X1 və X8 eyni şəxs olmaqla tanınmasını xahiş etmişdir. -Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 05 aprel 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışa əsasən Dursunova Züleyxa 0.302 ha, Cavabdeh1 0.302 ha, İddiaçı1 Kazım oğlunun 0.302 ha, X10 0.302 ha İddiaçı3 0.302 ha, X4 0.302 ha və X1 0.302 ha mülkiyyətində olan Xaçmaz rayonu, Yeni-Həyat qəsəbəsində yerləşən 2.11 ha torpaq sahəsindən İddiaçı1 Kazım oğlunun, X8 İddiaçı3 paylarının naturada ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. Payın ayrılması hansı qayda, ölçü və cizgidə bölgünün olması mütəxəssis rəyinə əlavə edilmiş sxemdə əks olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində iddiaçıların və digər mülkiyyətçilərin birgə mülkiyyətlərinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 05 aprel 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışa əsasən Dursunova Züleyxa 0.302 ha, Cavabdeh1 0.302 ha, İddiaçı1 Kazım oğlunun 0.302 ha, X10 0.302 ha, İddiaçı3 0.302 ha, X4 0.302 ha və X1 0.302 ha mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Hazırda iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək qeyd olunan torpaq sahəsindən paylarının naturada bölünməklə onlara aid hissədə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X15 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Mülki qanunvericiliyin mənasına görə, ümumi mülkiyyətin iştirakçısının əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını tələb etmək hüququ vardır. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və ya pul kompensasiyasının (dəyərinin) ödənilməsi ilə həyata keçirilə bilər. tərəflərin paylı mülkiyyətində olan 2.11 ha torpaq sahəsinin naturada ayrılması mümkündür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfin izahatı, mülki işdə olan sənədlər, o cümlədən ekspert rəyi nəzərə alınaraq, iddia təmin edilməli, tərəflərin paylı mülkiyyətində olan 2.11 ha torpaq sahəsindən iddiaçıların payları naturada ayrılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçılar ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb etmədiyindən, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Digər məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 05 aprel 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışa əsasən Dursunova Züleyxa 0.302 ha, Cavabdeh1 0.302 ha, İddiaçı1 Kazım oğlunun 0.302 ha, X10 0.302 ha İddiaçı3 0.302 ha, X4 0.302 ha və X1 0.302 ha mülkiyyətində olan Xaçmaz rayonu, Yeni-Həyat qəsəbəsində yerləşən 2.11 ha torpaq sahəsindən İddiaçı1 Kazım oğlunun, X1 (Mustafa Kazım) və İddiaçı3 payları naturada ayrılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 05 aprel 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışa əsasən Dursunova Züleyxa 0.302 ha, Cavabdeh1 0.302 ha, İddiaçı1 Kazım oğlunun 0.302 ha, X10 0.302 ha İddiaçı3 0.302 ha, X4 0.302 ha və X1 0.302 ha mülkiyyətində olan Xaçmaz rayonu, Yeni-Həyat qəsəbəsində yerləşən 2.11 ha torpaq sahəsindən İddiaçı1 Kazım oğlunun, X1 (Mustafa Kazım) və İddiaçı3 payları naturada ayrılsın. İş üzrə mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 manat məbləğində pul Cavabdeh1, Cavabdeh2 və X5 alınaraq iddiaçılar İddiaçı1 Kazım oğluna, X11 və İddiaçı3 verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 alınaraq X6, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. . Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-186/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-186/2025
14.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver