Məhkəmə qərarları › İş №2(067)-188/2020

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-188/2020

27.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-188/2020 27.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iсlas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «Paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması tələbi»nə dair mülki iş üzrə Cavabdeh Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-188/2020 saylı qərardadından şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-сi il tarixli, 2(067)-188/2020 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması tələbi»nə dair iddiası təmin edilmişdir. Cavabdeh Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-188/2020 saylı qətnaməsindən apellyasiya şikayəti xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-188/2020 saylıqərardadına əsasən apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)- 188/2020 saylı qərardadından şikayəti xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh şikayət ərizəsini onunla əsaslandır ki, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-188/2020 saylı qərardadına əsasən onun Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-188/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, o, qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Aşagıda göstərilənlərə əsasən Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)- 188/2020 saylı qərardadını qanunsuz və əsassız hesab edir. Belə ki, qətnamə xx xxxx 2020-ci il tarixdə çıxarılsa da o, qətnaməni xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada məhkəmədən almışdır. Belə olan halda onun qətnamədən apellyasiya şikayəti vermək üçün son günü xx xxxxxxxx 2020-ci il tarix olmuşdur. O, apellyasiya şikayətini xx xxxxxxxx 2020-ci il tarixdə saat 10:07-də Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 1 saylı poçt vasitəsilə Xaçmaz rayon məhkəməsinə göndərmişdir. Yəni qətnamədən şikayət müddətini ötürməmişdir. Xaçmaz rayon məhkəməsinin qərardadında isə onun qətnaməni guya xx xxxxxx 2020-ci il tarixdə aldığı qeyd olunmuşdur. Bu hal isə həqiqətə uyğun deyildir, qeyd edilən tarixdə o, Sumqayıt şəhərində olmuşdur. Yuxarıda qeyd etdiyi kimi o, həqiqətən məhkəmənin qətnaməsini xx xxxxxx 2020-ci il tarixdə almış, tərəfindən apellyasiya şikayəti xx xxxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş, xx xxxxxxxx 2020-ci il tarixdə isə dövlət rüsumunu ödəmişdir. Çünki onun xx xxxxxxxx 2020-ci il tarixə kimi qətnamədən şikayət vermək hüququ olmuşdur. O, qanunun tələblərinə riayət etməklə apellyasiya şikayəti vermiş və qeyd olunanlara əsasən hesab edir ki, xx xxxxxxxx 2020-ci il tarixli qərardad ləğv olunmalı və qətnamədən verdiyi apellyasiya şikayəti baxılması üçün Sumqayıt Apellyasiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-188/2020 saylı qərardadının ləğv edilərək mülki iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş edir. Məhkəmə şikayət ərizəsini, ərizəyə əlavə olunmuş sənədləri və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-188/2020 saylı qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsini xx xxxxxx 2020-ci il tarixdə məhkəmədən almış, apellyasiya şikayətini xx xxxxxxxx 2020-ci il tarixdə tərtib etmiş, xx xxxxxxxx 2020-ci il tarixdə dövlət rüsumunu ödəməklə apellyasiya şikayətini həmin gün saat 10:07-də Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 1 saylı poçt vasitəsilə Xaçmaz rayon məhkəməsinə göndərmişdir. Beləliklə də Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddət buraxılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Belə olan halda nəhkəmə hesab edir ki, hesab edir ki, şikayət əsaslı olduöundan təmin edilməklə Xaçmaz rayon məhkəməsinin apellyasiya şikayətinin geri qaytarılması barədə xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-188/2020 saylı qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlər yarinə yetirilməlidir. Yuxardakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Cavabdeh qarşı «Paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması tələbi»nə dair mülki iş üzrə Cavabdeh Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-188/2020 saylı qərardadından verdiyi şikayət təmin edilsin. Xaçmaz rayon məhkəməsinin apellyasiya şikayətinin geri qaytarılması barədə xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-188/2020 saylı qərardadı ləğv edilsin və apellyasiya şikayəti qəbul edilməklə mülki iş şikayətə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar