Məhkəmə qərarları › İş №2(067)-192/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-192/2025

20.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-192/2025 20.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olah torpaq sahələrindən payın naturada ayrılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********60-10301 reyestr nömrəli çıxarışa əsasən ½ hissədə mülkiyyətində olan ünvan 4ində yerləşən 0.20 ha torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 146,8 ha olan yaşayış evinin naturada bölünməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-155/2024 saylı qətnaməsi ilə onun Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və s. tələbinə dair iddiası təmin edilərək ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 2 otaqlı mənzilin və Xaçmaz rayonu Tel kəndində 0.20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 146,8 ha olan yaşayış evinə münasibətdə mirasın vəsiyyət üzrə qəbul edilməsi faktı müəyyən edilmiş Xudat şəhəri, Dəmiryolu, ev 1, mənzil 4 ünvanda yerləşən mənzilin ¼ hissəsinə oun, ¼ hissəsinə Cavabdeh, ¼ hissəsinə qızı X6 və ¼ hissəsinə X3 vərəsəlik hüququ tanınmışdır. Habelə, Xaçmaz rayonu Tel kəndində yerləşən 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən evin 3/8 hissəsinə onun, 3/8 hissəsinə X6, 1/8 hissəsinə Cavabdeh və 1/8 hissəsinə isə X3 vərəsəlik hüququ tanınmışdır. Qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Qızı X1 rayonu Tel kəndində yerləşən 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən evin ona çatan 1/8 hissəsini ona notarial qaydada bağışlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********60-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 4ində yerləşən 0.20 ha torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 146,8 ha olan yaşayış evinin ½ hissəsinə onun payı rəsmiləşdirilmiş, qalan ½ hissə mərhum həyat yoldaşı X5 adına qeydə alınmışdır. Belə ki, cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən olunmuş payına mülkiyyət sənədi almamışdır. Bununla belə həm ünvan 3 ünvanda yerləşən 1 mərtəbəli, 2 otaqlı mənzilə sahiblik edir, həm də ünvan 4ində yerləşən 0.20 ha torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 146,8 ha olan yaşayış evində yaşamaqla faktiki olaraq bütün əmlaka sahiblik edir. ünvan 4ində yerləşən 0.20 ha torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 146,8 ha olan yaşayış evinin bölgüsünün aparılması üçün DƏDKR publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, cavabdehin həmin orqana gəlməməsinə görə mütəxəssis bölgü planı tərtib edə bilməmişdir. Nəticədə onun mülkiyyət hüququ pozulmaqda davam edir. Başqa sözlə xüsusi mülkiyyətində olan əmlakından istifadə edə bilmir. Ona görə də məcburdur ki, məhkəmə müdafiəsindən yararlansın. DƏDKR publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib olunmuş fərdi yaşayış evinin texniki pasportundan da göründüyü kimi ünvan 4ində yerləşən 0.20 ha torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 146,8 ha olan yaşayış evinin naturada bölgüsünü aparmaq mümkündür. Belə ki, küçə istiqamətində mövcud olan darvazanın yanında ikinci darvaza qoymaq mümkündür və darvazalar arasından torpaq sahəsini və yaşayış evini bölmək mümkündür. Yaşayış evi iki mərtəbəli olmaqla, hər mərtəbəsi 48,4 kv.rn böyük eyvandan 10,7 kv.m sahəsi olan mətbəxdən və hər biri 23,8 kv.m və 17,7 kv.m sahələri olan otaqlardan ibarətdir. Hazırda həyətyanı torpaq sahəsinə küçə istiqamətindən darvazası olan ½ hissədə onun payının ayrılması, habelə yaşayış evində həmin istiqamətə düşən ½ hissəsinin ona ayrılmasına real imkan vardır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin naturada bölünməsini xahiş edir. Evin naturada bölgüsü mümkün deyilsə, buna etirazı yoxdur. Cavabdeh vərəsəliyə dair şəhadətnamə almayıb. İki qızı bir oğlu var, qızı Sədaqət öz payını ona, digər qızı Fərqanə isə öz payını cavabdehə bağışlayıb. İş üzrə cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh ekspertiza rəyi ilə tanış olduğunu və rəylə razı olduğunu bildirmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********60-10301 reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, İddiaçı ½ hissə, X5 ½ hissə mülkiyyətlərində olan Xaçmaz rayonu, Tel kəndində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -14 avqust 2024-cü il tarixli texniki pasportdan müəyyən olunur ki, Xaçmaz rayonu Tel kəndi ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına texniki pasport işlənmişdir. -Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-155/2024 saylı qətnaməsindən görünür ki, ünvan 5 ünvanda yerləşən bir mərtəbəli, iki otaqlı mənzilin və Xaçmaz rayonu, Tel kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 146,8 ha olan yaşayış evinin İddiaçı tərəfindən vəsiyyət üzrə qəbul etməsi faktı müəyyən edilmişdir. ünvan 1 ünvanının ¼ hissəsinə İddiaçı, ¼ hissəsinə Cavabdeh, ¼ hissəsinə X6 və ¼ hissəsinə X3 vərəsəlik hüququ tanınmışdır. Xaçmaz rayonu Tel kəndində yerləşən 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən evin 3/8 hissəsinə İddiaçı, 3/8 hissəsinə X6, 1/8 hissəsinə Cavabdeh, 1/8 hissəsinə isə X3 vərəsəlik hüququ tanınmışdır. -“Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2024-cü il tarixli, reyestrdə 2V-300 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X5 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi İddiaçıdır və o miras əmlakdan 3/8 hissədə pay almalıdır. -xx.xx.2024-cü il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, X1 rayonu Tel kəndində yerləşən 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən evin ona çatan 1/8 hissəsini anası İddiaçı notarial qaydada bağışlamışdır. -“Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2024-cü il tarixli, reyestrdə 2V-577 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X5 vərəsəsi X4r və o miras əmlakdan 1/8 hissədə pay almalıdır. -RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********60-10301 reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, X5 mülkiyyətlərində olan Xaçmaz rayonu, Tel kəndində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********60-10301 reyestr nömrəli çıxarışa əsasən X5 ½ hissədə və İddiaçı ½ hissədə mülkiyyətlərində olan Xaçmaz rayonu Tel kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin ayrılması mümkündür, lakin torpaq sahəsində yerləşən 146.80 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən İddiaçı payının naturada ayrılması mümkün olmamışdır. Torpaq sahəsinin hansı hissədə bölgünün olması mütəxəssis rəyinə əlavə edilmiş sxemdə əks olunmuşdur, (bölgü sxemi əlavə olunur. Məhkəmə iclasında müəyyən edildi ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-155/2024 saylı qətnaməsi ilə ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 2 otaqlı mənzilin və Xaçmaz rayonu Tel kəndində 0.20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 146,8 ha olan yaşayış evinə münasibətdə mirasın vəsiyyət üzrə qəbul edilməsi faktı müəyyən edilmiş, Xudat şəhəri, Dəmiryolu, ev 1, mənzil 4 ünvanda yerləşən mənzilin ¼ hissəsinə iddiaçıının, ¼ hissəsinə cavabdehin, ¼ hissəsinə X6 və ¼ hissəsinə X3 vərəsəlik hüququ tanınmışdır. Qeyd olunan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən evin 3/8 hissəsinə iddiaçının, 3/8 hissəsinə X6, 1/8 hissəsinə cavabdehin və 1/8 hissəsinə isə X3 vərəsəlik hüququ tanınmışdır. Qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. X7 torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən evin ona çatan 1/8 hissəsini iddiaçıya notarial qaydada bağışlamışdır. Torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 146,8 ha olan yaşayış evinin ½ hissəsinə iddiaçının payı rəsmiləşdirilmiş, qalan ½ hissə mərhum həyat yoldaşı X5 adına qeydə alınmışdır. Belə ki, cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən olunmuş payına mülkiyyət sənədi almamışdır. Bununla belə həm ünvan 3 ünvanda yerləşən 1 mərtəbəli, 2 otaqlı mənzilə sahiblik edir, həm də ünvan 4ində yerləşən 0.20 ha torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 146,8 ha olan yaşayış evində yaşamaqla faktiki olaraq bütün əmlaka sahiblik edir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qeyd olunan torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 146,8 ha olan yaşayış evinin naturada bölünməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X11 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Mülki qanunvericiliyin mənasına görə, ümumi mülkiyyətin iştirakçısının əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını tələb etmək hüququ vardır. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xaçmaz rayonu, Tel kəndində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********60-10301 reyestr nömrəli çıxarışla ½ hissədə İddiaçı, ½ hissədə X5 mülkiyyətindədir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsində müəyyən edildi ki, X5 ½ hissədə və İddiaçı ½ hissədə mülkiyyətlərində olan Xaçmaz rayonu Tel kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin ayrılması mümkündür, lakin torpaq sahəsində yerləşən 146.80 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən İddiaçı payının naturada ayrılması mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Xaçmaz rayonu Tel kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsindən İddiaçı payı naturada ayrılmalıdır. İddia tələbi torpaq sahəsində yerləşən 146.80 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən iddiaçının payının naturada ayrılması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********60-10301 reyestr nömrəli çıxarışa əsasən X5 ½ hissədə və İddiaçı ½ hissədə mülkiyyətlərində olan Xaçmaz rayonu Tel kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsindən İddiaçı payı naturada ayrılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2024 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********60-10301 reyestr nömrəli çıxarışa əsasən X5 ½ hissədə və İddiaçı ½ hissədə mülkiyyətlərində olan Xaçmaz rayonu Tel kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsindən İddiaçı payı naturada ayrılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq X8, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. . Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar