Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1943/2020 20.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 qarşı «Əqdin etibarlı hesab edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1i ərazisində yerləşən 0,16 ha torpaq sahəsinin alqı-satqısına dair cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 ilə aralarında xx xxxx 2003-cü il tarixdə bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 məlum olan axırıncı yaşayış yeri üzrə ünvan 1i ünvanına poçt vasitəsilə məhkəmə bildirişləri göndərilmiş, məhkəməyə qaytarılmış poçt zərflərinin üzərində olan qeydlərdən görünür ki, cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 ünvan 1i ünvanında yaşamırlar. Azərbaycan Respublikası MPM-nin 36-cı maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iddiaçının fikrini dinləyib, yuxarıdakılara əsasən cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək göstərdi ki, iş üzrə cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 ünvan 1i ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış evini xx xxxx 2003-cü il tarixdə ********* köhnə Azərbaycan manatına satın almışdır. Alqı-satqını notarial qaydada xx xxxx 2003-cü il tarixdə rəsmiləşdirmişlər. Alqısatqı müqaviləsini rəsmiləşdirdikdən sonra o, xx xxxx 2003-cü il tarixdə satın aldığı evə dair adına qeydiyyat vəsiqəsi və texniki pasport almışdır. xx xxxxxx 2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9 müraciət edərək evə dair reyestrdən çıxarış sənədi almaq istəyərkən məlum olmuşdur ki, satın aldığı əmlaklardan torpaq sahəsi alqı-satqı müqaviləsində alqısatqı predmeti kimi göstərilməmiş və torpağa dair cavabdehlərin adına mülkiyyət şəhadətnaməsi mövcuddur. Bundan sonra o, cavabdehlərin harada olmasını müəyyən edərək yenidən onlarla alqı-satqı müqaviləsi bağlamağı cəhd etmişdir. Lakin cavabdehlər 2003-cü ildə evlərini ona satdıqdan sonra köçüb getdiklərindən onların harada yaşamasını müəyyən edə bilməmişdir. Hal-hazırda da cavadehlərin harada yaşaması məlum deyildir. Javabdehlər 2003-cü ildən yaşayış yerini dəyişmişlər və ərazidə onların harada yaşaması barədə dəqiq məlumat yoxdur. Yaranmış vəziyyətdə o, 2003-cü ildə satın aldığı torpaq sahəsini evlə birlikdə adına rəsmiləşdirə bilmir. O, torpaq sahəsini evlə birlikdə almışdır. Hazırda torpaq sahəsini digər qaydada adına rəsmiləşdirə bilmədiyindən cavabdehlərin məlum olan axırıncı yaşayış ünvanına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Satın aldığı yaşayış evi və həyətyanı torpaq sahəsi 2003-cü ildən onun istifadəsindədir. Həmin əmlaklara dair heç bir mübahisə yoxdur. O, müqavilə üzrə alıcı kimi üzərinə düşən bütün vəzifələrini yerinə yetirmiş, yəni cavabdehlərə razılaşdıqları məbləği verərək satın aldığı əmlakları faktiki olaraq qəbul etmişdir. Lakin cavabdeh tərəfin üzərinə düşən öhdəlikləri yerinə yetirməmələri nəticəsində faktiki olaraq aralarında baş tutmuş əqd rəsmiləşdirilmədən qalmışdır. Ona görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını, ünvan 1i ərazisində yerləşən 0,16 ha torpaq sahəsinin alqı-satqısına dair cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 ilə aralarında xx xxxx 2003-cü il tarixdə bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 göstərdi ki, iş üzrə tərəfləri tanıyır. X1 onun qohumudur. Həqiqətən iddiaçı X8 iş üzrə cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 ünvan 1i ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış evini xx xxxx 2003-cü il tarixdə ********* köhnə Azərbaycan manatına satın almışdır. Alqı-satqını notarial qaydada xx xxxx 2003-cü il tarixdə rəsmiləşdirmişlər. Bu proseslərdə bir qohum kimi bilavasitə o da yaxından iştirak etmişdir. Alqı-satqı müqaviləsini rəsmiləşdirdikdən sonra iddiaçı xx xxxx 2003-cü il tarixdə satın aldığı evə dair adına qeydiyyat vəsiqəsi və texniki pasport almışdır. xx xxxxxx 2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9 müraciət edərək evə dair reyestrdən çıxarış sənədi almaq istəyərkən məlum olmuşdur ki, satın aldığı əmlaklardan torpaq sahəsi alqısatqı müqaviləsində alqı-satqı predmeti kimi göstərilməmiş və torpağa dair cavabdehlərin adına mülkiyyət şəhadətnaməsi mövcuddur. Bundan sonra iddiaçı cavabdehlərin harada olmasını müəyyən edərək yenidən onlarla alqı-satqı müqaviləsi bağlamağa cəhd etmişdir. Lakin cavabdehlər 2003-cü ildə evlərini ona satdıqdan sonra köçüb getdiklərindən onların harada yaşamasını müəyyən edə bilməmişdir. Hal-hazırda da cavadehlərin harada yaşaması iddiaçıya məlum deyildir. Javabdehlər 2003-cü ildən yaşayış yerini dəyişmişlər və ərazidə onların harada yaşaması barədə dəqiq məlumat yoxdur. Yaranmış vəziyyətdə iddiaçı 2003-cü ildə satın aldığı torpaq sahəsini evlə birlikdə adına rəsmiləşdirə bilmir. İddiaçı torpaq sahəsini evlə birlikdə almışdır. Hazırda torpaq sahəsini digər qaydada adına rəsmiləşdirə bilmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Satın aldığı yaşayış evi və həyətyanı torpaq sahəsi 2003-cü ildən iddiaçının istifadəsindədir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 o, İddiaçı mübahisəli torpaq sahəsini satın alarkən keçmiş Azərbaycan Respublikası Dövlət İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində mühəndis işləmişdir. İddiaçı ünvan 1i ərazisində yerləşən evi və mübahisə predmeti olan torpaq sahəsini cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 satın alarkən sənədləşmə işini bilavasitə o, özü aparmışdır. Tərəflər arasında olan razılığa gəsasən cavabdeh xx xxxx 2003-cü il tarixdə özlərinə məxsus ünvan 1i ərazisində yerləşən həyətyanı torpaq sahələrini və yaşayış evlərini 25.000.000 köhnə Azərbaycan manatına iddiaçıya satmışlar. Lakin alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən müəyyən səbəblərdən torpaq sahəsi müqavilədə alqı-satqı predmeti kimi göstərilməmişdir. Bu hal ona da məlum olmamışdır. Yaxın vaxtlarda iddiaçı ona bu barədə dedikdən sonra məlumatı olmuşdur ki, müqavilədə torpaq sahəsi göstərilməmişdir. Javabdehlər torpaq sahəsini iddiaçıya satdıqdan sonra yaşayış yerini dəyişmişlər və onların harada olması barədə məlumat yoxdur. Bu səbəbdən iddiaçı torpaq sahəsinin alqı-satqısını notarial qaydada adına rəsmiləşdirə bilmir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmin qənaətə aşağıdakı sübutların məcmusuna əsasən gəlir; Belə ki, mülki işə əlavə olunmuş Xaçmaz rayon 1 saylı Dövlət Notariat kontorunda təsdiq edilmiş xx xxxx 2003-cü il tarixli, 4-ə393 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 ünvan 1i ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış evini xx xxxx 2003-cü il tarixdə ********* köhnə Azərbaycan manatına İddiaçı satmışlar. Mülki işə əlavə olunmuş 25 iyul 203-cü il tarixli, 4-185a reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Xaçmaz rayon 1 saylı Dövlət Notariat kontorunqt xx xxxx 2003-cü il tarixli, 4-ə393 reyestr nömrəli reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1i Kaspi küçəsində yerləşən 46 saylı fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Mülki işə əlavə olunmuş iyul 2003-cü il tarixli, 327 inventar nömrəli fərdi yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, İddiaçı adına olan ünvan 1i Kaspi küçəsi 46 saylı ünvanda yerləşən fərdi yaşayış evi 1 mərtəbədən, 2 otaqdan, 78,3 kv.m ümumi sahədən, 42,7 kv.m köməkçi sahədən və 35,6 kv.m köməkçi sahədən ibarət olmaqla sənəd üzrə 1700,0 kv.m, faktiki 1701,5 kv.m torpaq sahəsində yerləşir. Mülki işə əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-120F seriyalı, 30216018 kodlu şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayon X3 xx xxxxxx 1998-ci il tarixli, 14 nömrəli qərarına əsasən cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 paylı olaraq mülkiyyətlərinə ünvan 1i ərazisindən 0,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçının izahatı, şahidlərin ifadələri və iş materialları ilə müəyyən olunmuşdur ki, həqiqətən İddiaçı iş üzrə cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 ünvan 1i ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış evini xx xxxx 2003-cü il tarixdə ********* köhnə Azərbaycan manatına satın almışdır. Tərəflər alqı-satqını notarial qaydada xx xxxx 2003cü il tarixdə rəsmiləşdirmişlər. Alqı-satqı müqaviləsini rəsmiləşdirdikdən sonra iddiaçı xx xxxx 2003-cü il tarixdə satın aldığı evə dair adına qeydiyyat vəsiqəsi və texniki pasport almışdır. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9 müraciət edərək evə dair reyestrdən çıxarış sənədi almaq istəyərkən məlum olmuşdur ki, satın aldığı əmlaklardan torpaq sahəsi alqı-satqı müqaviləsində alqı-satqı predmeti kimi göstərilməmiş və torpağa dair cavabdehlərin adına mülkiyyət şəhadətnaməsi mövcuddur. Bundan sonra iddiaçı cavabdehlərin harada olmasını müəyyən edərək yenidən onlarla alqı-satqı müqaviləsi bağlamağı cəhd etmişdir. Lakin cavabdehlər 2003-cü ildə evlərini ona satdıqdan sonra köçüb getdiklərindən onların harada yaşamasını müəyyən edə bilməmişdir. Hal-hazırda da cavadehlərin harada yaşaması məlum deyildir. Javabdehlər 2003-cü ildən yaşayış yerini dəyişmişlər və ərazidə onların harada yaşaması barədə dəqiq məlumat yoxdur. Yaranmış vəziyyətdə iddiaçı 2003-cü ildə satın aldığı torpaq sahəsini evlə birlikdə adına rəsmiləşdirə bilmir. İddiaçı torpaq sahəsini evlə birlikdə almışdır. Hazırda torpaq sahəsini digər qaydada adına rəsmiləşdirə bilmədiyindən iddiaçı cavabdehlərin məlum olan axırıncı yaşayış ünvanına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Satın aldığı yaşayış evi və həyətyanı torpaq sahəsi 2003-cü ildən iddiaçının istifadəsindədir. Həmin əmlaklara dair heç bir mübahisə yoxdur. İddiaçı müqavilə üzrə alıcı kimi üzərinə düşən bütün vəzifələrini yerinə yetirmiş, yəni cavabdehlərə razılaşdıqları məbləği verərək satın aldığı əmlakları faktiki olaraq qəbul etmişdir. Lakin cavabdeh tərəfin üzərinə düşən öhdəlikləri yerinə yetirməmələri nəticəsində faktiki olaraq aralarında baş tutmuş əqd rəsmiləşdirilmədən qalmışdır. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İ.K.Rəcəbovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin tələblərinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur. - əqdin notarial təsdiqlənməsi qaydasına riyaət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunverciliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun F.Hüseynovun və A.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2004-cü il tarixli qərarında izah edilir ki,daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsepsual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna blər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Məhkəmə şərh olunanlara əsasən və konkret işin hallarını tədqiq edərək hesab edir ki, tərəflər arasındakı alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması mübahisəli torpaq sahəsinə alqısatqı müqaviləsinin etibarlı hesab edilməməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmn Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 özlərinə məxsus ünvan 1i ərazisində yerləşən 0,16 həyətyanı torpaq sahəsini ev ilə birlikdə xx xxxx 2003-cü il tarixdə İddiaçı satmaları və cavabdehlərin həmin mübahisəli torpaq sahəsini ev ilə birlikdə elə həmin vaxtdan faktiki olaraq iddiaçının istifadəsinə və sahibliyinə vermələri iddiaçının izahatı, şahidlərin ifadələri və iş materialları ilə tamamilə sübuta yetir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında hüquq münasibətləri baş verən vaxt qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmə əqdi etibarlı saya bilər. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 ilə sonunculara məxsus ünvan 1i ərazisində yerləşən 0,16 həyətyanı torpaq sahəsini ev ilə birlikdə satın almaq barədə razılığa gəldikdən sonra notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etdiyindən, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdehlərin təqsiri ucbatından baş verdiyindən, cavabdehlər əqdin notariat qaydasında təsdiqlənməsindən yayındıqlarından, tərəflər arasında baş tutmuş əqd özlüyündə qanuna zidd olmadığından həmin əqd Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2-ci maddəsinə əsasən iddiaçının tələbi ilə etibarlı hesab edilə bilər. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə, JN-120F seriyalı, 30216018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə nəzərdə tutulmuş, ünvan 1i ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair İddiaçı ilə cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 arasında xx xxxx 2003-cü il tarixdə bağlanmış əqd etibarlı hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. JN-120F seriyalı, 30216018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə nəzərdə tutulmuş, ünvan 1i ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair İddiaçı ilə cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 arasında xx xxxx 2003-cü il tarixdə bağlanmış əqd etibarlı hesab edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-1943/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1943/2020
20.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver