Məhkəmə qərarları › İş №2(067)-1946/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1946/2020

30.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1946/2020 30.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X22, İddiaçı və tərcüməçi qismində dəvət edilmiş X12 iştirakları ilə, İddiaçı cavabdehlər Xaçmaz rayon 1 saylı Notariat ofisinə, X18 və X10rşı notariat əməliyyatının, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin və Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum X4 miras qalmış Xaçmaz şəhəri, X32 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,038 ha torpaq sahəsinə münasibətdə Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən aparılmış xx.xx.2019-cu il tarixli, 2V-1232 reyestr saylı notariat əməliyyatının düzgün hesab edilməməsi və X14 adına miras qalmış əmlaka mülkiyyət hüquqların qeydiyyatı haqqında çıxarışın etibarsız sayılması və onların yaratdığı hüquqi nəticələrin ləğv ediməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblini onunla əsaslandırmışdır ki, atası X7 anası X20 1947-ci il tarixdə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından o, xx.xx.1948-ci ildə anadan olmuşdur. Anası vəfat edəndən sonra atası ikinci dəfə ailə qurmuşdur. İkinci nikahdan 1979-cu ildə ögey bacısı X24 anadan olmuşdur. Anası 1970-ci ilin mart ayında, atası isə 2011-ci ildə vafat etmişdir. Atası vəfat etməmişdən əvvəl qızı Marinaya, yəni ögey bacısına vəsiyyətnamə qoymuşdur. Ona görə də atasının ölümü ilə əlaqədar Xaçmaz şəhəri, X32 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,038 ha torpaq sahəsindən ibarət miras qalmış əmlaklara vəsiyyət üzrə vərəsəsi qızı Marina olmuşdur. Atasının qoyduğu vəsiyyətnaməyə əsasən miras əmlak Marinaya keçməli idi. Miras qalmış əmlakdan vərəsə olduğundan onun da məcburi payı var. Yelina Marina miras qalmış əmlakı öz adına rəsmiləşdirmək üçün birinci növbədə Notariat ofisindən vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi almalı idi. Ona görə də ona bildirmişdir ki, birlikdə Notariat ofisinə getməlidirlər və orada göstərilən sənədə imza etməlidir. Bununla da evin yarısı onun olacaq. O, da belə başa düşmüşdür ki, məcburi payı almaqdan ötrü bu hərəkəti etməlidir və ona görə də imza etmişdir. Azərbaycan Republikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X29 tərəfindən verilən arayışdan ona məlum olmuşdur ki, Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən aparılmış xx.xx.2019cu il tarixli, 2V-1232 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi alandan sonra miras qalmış Xaçmaz şəhəri, X32 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evini Marina öz adına rəsmiləşdirib, sonra da həmin yaşayış evini Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx xxxx 2020-ci il tarixli, 4Ə-968 reyestr saylı alqı-satqı müqaviləsinə əsasən X13 adına özgəninkiləşdirib. O, milliyətcə rus olmaqla azərbaycan dilini səlist bilmir, bu barədə notariat orqanında da bildirmişdir, lakin sözünə fikir verən olmamışdır. Belə ki, notariat kontorunda ona tərcüməçi dəvət olunması təklif olunmayıb. Tərcüməçi ilə təmin olunmadığından Notariat ofisi qanun pozuntusuna yol verməklə hüquqlarını pozmuş, nəticədə miras qalmış əmlakdan ona çatası məcburi paydan məhrum olmuşdur. O, hesab edir ki, Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən hüquqlarını pozmaqla apardığı notarial hərəkətlər düzgün deyildir. Natoriat ofisi tərəfindən aparılmış əməliyyatların düzgün hesab edilməməsi üçün məhkəməyə müraciət etmiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbyacan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən aparılmış xx.xx.2019-cu il tarixli, 2V-1232 reyestr saylı notariat əməliyyatının, xx.xx.2019-cu il tarixli, 2V-1232 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2020-ci il tarixdə X23 və X24 arasında bağlanmış alqı-satqı müqaviləsinin və X13 adına ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** saylı xx.xx.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə İddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, bacısı ona ölənədək baxacağını, qulluq göstərəcəyini bildirsə də bu belə olmamışdır. Atası öləndən əvvəl və sonra miras evdə o, yaşasa da, bacısı atalarından miras qalan evi onu aldadaraq, xəbəri olmadan Fateh Soltanova satmış, notariat kontorunda ərizəni bacısına inandığı üçün imzalamış və ərizədə yazılanları oxumamışdır. O, notariat orqanında rus dilini bilən tərcüməçi ilə təmin olunmamış və ona görə də, nəyə imza atdığını bilməmişdir. Milliyətcə rus olmaqla azərbaycan dilində sərbəst yazıb-oxuya bilmədiyini notariat kontorunda bildirərək, tərcüməçi ilə təmin edilməsini və ya imzaladğı ərizənin rus dilində tərtib edilməsini xahiş etsə də, tərcüməçi ilə təmin edilməmiş, o, ərizənin məzmununu və hansı hüquqi nəticələrə səbəb olacağını anlamadan imzalamışdır. Hazırda cavabdeh Fateh Soltanov onu ata evindən çıxarmaq istəyir, onun başqa yaşayış yeri yoxdur, qoca yaşında həyatını küçələrdə keçirmək istəmir. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Xaçmaz rayon 1 saylı Notariat ofisinə, X18 və X19 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Xaçmaz rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi, X23 və X24 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Xaçmaz rayon 1 saylı Notariat Ofisinin nümayəndəsinin, X13 və X14 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh X23 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddianı əsassız sayır. Ona görə ki, iddiaçı onunla Xaçmaz rayon Notariat Ofisinə gedərək, bacısı Marina Yelinanın xeyrinə vərəsəlikdən imtina etməsi barədə ərizə yazmışdır. Bundan sonra Marina Yelina da atasından miras qalan evi ona satmışdır. X30 şəhərində yaşayır. İddiaçı bacısının xeyrinə mirasdan imtina barədə ərizə yazanda bacısı Moskva şəhərində olmuşdur. İddiaçı notariat kontoruna o, aparmış və iddiaçı notariat kontorunda ərizə yazmışdır. Notariat kontorunda İddiaçı tərcüməçi təklif olunmamışdır. Səbəbi də onun azərbaycan dilini bilməsidir. Marina Yelina tanışına verdiyi etibarnamə əsasında evi ona satmışdır. O, da evə dair adına mülkiyyət sənədi almışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli arayışlardan müəyyən olunur ki, X7 X8 birgə nikahlarından xx.xx.1948-ci il təvəllüdlü İddiaçı və xx.xx.1953-cü il təvəllüdlü X5 anadan olmuşlar. İş materiallarında olan AZ-T seriyalı, 000669 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1948-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli çıxarışdan müəyyən olunur ki, X21 ilə X15 xx.xx.1976-cı il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan AZ-İ seriyalı 502411 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X21 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. V-İK 543442 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 xx xxx 2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Republikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2019-cu il tarixli, ********** saylı çıxarışının surətindən müəyyən olunur ki, Xaçmaz şəhəri, X32 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X11 məxsus olmuşdur. İş materiallarında olan xx.xx.2001-ci il tarixli vəsiyyətnamədən müəyyən olunur ki, X3 mxsus olan bütün əmlaklarını, o cümlədən ünvan 2 saylı şəxsi ünvanda yerləşən mənzilini qızı X19 vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, X15 Xaçmaz şəhəri, X32 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0,038 ha torpaq sahəsindən ibarət miras qalmış əmlakları X19 vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Republikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X26 RX seriyalı xx.xx.2019-cu il tarixli çıxarışının müəyyən olunur ki, Xaçmaz şəhəri, X32 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X19 məxsus olmuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ərizədən müəyyən olnur ki, İddiaçı Xaçmaz rayon Notariat Ofisinə gedərək, bacısı Marina Yelinanın xeyrinə vərəsəlikdən imtina etməsi barədə ərizə yazmış və həmin ərizəyə imza etmişdir. Notariat işi aparılan zaman o, tərcüməçi ilə təmin edilməmiş və ərizənin hüquqi nəticələri ona izah edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Xaçmaz şəhəri, X32 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evini X24 xx xxxx 2020-ci il tarixli, 4Ə-968 reyestr saylı alqı- satqı müqaviləsinə əsasən X13 adına özgəninkiləşdirmişdir. İş materiallarında olan Azərbaycan Republikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X26 xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən aparılmış xx.xx.2019-cu il tarixli, 2V-1232 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi alandan sonra miras qalmış Xaçmaz şəhəri, X32 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evini X24 öz adına rəsmiləşdirmiş, sonra da həmin evi Xaçmaz rayon 1 saylı Notariat Ofisində bağlanmış xx xxxx 2020-ci il tarixli, 4Ə-968 reyestr saylı alqı-satqı müqaviləsinə əsasən X13 adına özgəninkiləşdirmişdir. ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Xaçmaz şəhəri, X32 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evi X18 məxsusdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə bağlı 10 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olunur ki, miras qoyan şəxs X15 xx xxx 2011-ci il tarixdə vəfat etmişdir. Onun qanun üzrə vərəsələri İddiaçı və cavabdeh X16. X15 Xaçmaz şəhəri, X32 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,038 ha torpaq sahəsindən ibarət miras qalmış əmlakları xx.xx.2001-ci il tarixli vəsiyyətnamə əsasında qızı X19 vəsiyyət etmişdir. Bundan sonra o, vəsiyyət üzrə vərəsəlik hüququna dair şəhadətnamə almaq üçün Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmişdir. İddiaçı xx.xx.2015-ci il tarixli ərizəyə əsasən Xaçmaz rayon Notariat Ofisinə gedərək, bacısı Marina Yelinanın xeyrinə vərəsəlikdən imtina etməsi barədə ərizə yazmış və həmin ərizəyə imza etmişdir. Notariat işi aparılan zaman o, tərcüməçi ilə təmin edilməmiş və ərizənin hüquqi nəticələri ona izah edilməmişdir. Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etdikdən sonra X19 xx.xx.2019-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında X24 Azərbaycan Republikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X26 RX seriyalı xx.xx.2019cu il tarixli çıxarışa əsasən Xaçmaz şəhəri, X32 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etmiş, xx.xx.2020-ci il tarixli AN-İ ******* saylı alqısatqı müqaviləsinə əsasən o, Xaçmaz şəhəri, X32 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evini digər cavabdeh X1. X2 şəhəri, X32 küçəsi, ev 9 a ünvanında yerləşən fərdi yaşayış evinə ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı xx.xx.2020-ci il tarixli çıxarış almışdır və hazırda ev tam mülkiyyət hüququ ilə X18 məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbəli vərəsələr hesab olunurlar. Mülki Məcəllənin 1193.-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1203.1.-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1203.2.-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Həmin Məcəllənin 1203.3.-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Notariat haqqında Qanunun 9-cu maddəsinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən: 1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; 2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; 3) bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır; Notariat haqqında qanunun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir. İşin hallarından müəyyən olunur ki, iddiaçı miras qoyan X9 vəfatından sonra onun vəsiyyət üzrə vərəsəsi X6 miras qalmış əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İddiaçı xx.xx.2015-ci il tarixli ərizəyə əsasən Xaçmaz rayon Notariat Ofisinə gedərək, bacısı Marina Yelinanın xeyrinə vərəsəlikdən imtina etməsi barədə ərizə versə də, notariat işi aparılan zaman o tərcüməçi ilə təmin edilməmiş və ərizənin hüquqi nəticələri ona izah edilməmişdir. Bununla da iddiaçı mirasda məcburi pay hüququndan məhrum olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Xaçmaz rayon 1 saylı Notariat ofisi tərəfindən aparılmış xx.xx.2019-cu il tarixli, 2V-1232 reyestr saylı notariat əməliyyatının, xx.xx.2019-cu il tarixli, 2V-1232 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissədə təmin edilməli, Xaçmaz rayon 1 saylı Notariat ofisi tərəfindən aparılmış xx.xx.2019-cu il tarixli, 2V-1232 reyestr saylı notariat əməliyyatı və xx.xx.2019-cu il tarixli, 2V-1232 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Xaçmaz rayon 1 saylı Notariat ofisi tərəfindən aparılmış xx.xx.2019-cu il tarixli, 2V- 1232 reyestr saylı notariat əməliyyatının və xx.xx.2019-cu il tarixli, 2V-1232 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi xx.xx.2020-ci il tarixdə X23 və X24 arasında bağlanmış alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız olduğunu deməyə əsas verir. «Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamma yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir». Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Hər bir əqd iradəvi akt kimi bir sıra psixoloci amillərlə bağlıdır. Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş iradə ifadəsidir. Belə məqsədlərə nail olmaq istəyən şəxsdə daxili bir istək, məqsəd yaranır ki, buna daxili iradə deyirlər. Bu iradəni gerçəkləşdirmək üçün onu ətrafdakılara bəyan etmək lazımdır ki, buna iradənin ifadəsi deyilir. Buna görə də iradə və iradə ifadəsi bir birinə tam uyğun olmalı, şəxsin iradəsi olduğu kimi düzgün ifadə edilməlidir. Şəxs arzuladığı məqsədə nail olmaq üçün bağlamaq istədiyi əqdin onun iradəsinə uyğun olub olmamasmı aydmlaşdırmalı, əqdin məzmunu barədə məlumata malik olmalıdır. Mülki hüquqda bu, daxili iradə adlanır. Lakin təkcə daxili iradənin mövcudluğu əqdin bağlanması üçün kifayət deyildir. Bunun üçün həm də daxili iradənin digər şəxslərə bildirilməsi, elan olunması lazımdır. Buna iradə ifadəsi deyilir. Demək, əqd həm subyektiv elementi - iradəni, həm də obyektiv elementi -iradə ifadəsini özündə birləşdirir. Hüquqi nəticələr iradə ifadəsi ilə bağlıdır. Onun sayəsində əqdlərə aydınlıq və dəqiqlik gətirilir. İradə və iradə ifadəsindəki qüsurlar aşağıdakı hallarda özünü göstərir: 1) daxili iradənin deyil, yalnız iradə ifadəsinin mövcudluğu. Bunlara zorakılıq, hədə təsiri altında bağlanan əqdlər, habelə öz hərəkətlərinin mənasmı başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin bağladıqları əqdlər aiddir. 2) iradə ifadəsinin daxili iradənin düzgün əks etdirməməsi. Əqdin əsası həyata keçirilə bilən və qanuni olmalıdır. Əgər bağlanan vaxt əqdin məqsədi həyata keçirilə bilən deyildirsə, onda o, hüquqi əhəmiyyət kəsb etmir. Hüquqi nəticə yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanan əqd etibarsızdır. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. İradə və iradə ifadəsindəki qüsurlar aşağıdakı hallarda özünü göstərir: daxili iradənin deyil, yalnız iradə ifadəsinin mövcudluğu. Bunlara zorakılıq, hədə təsiri altında bağlanan əqdlər, habelə öz hərəkətlərinin mənasmı başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin bağladıqları əqdlər aiddir. iradə ifadəsinin daxili iradənin düzgün əks etdirmərnəsi. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamma yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfın iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfın bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfmdən mübahisələndirilə bilər. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixdə X23 və X24 arasında bağlanmış alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməlidir. Həmin müqavilə etibarsız hesab edildiyi üçün X13 adına ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** saylı xx.xx.2020-ci il tarixli çıxarış da etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə iddianın təmin edilməli olduğunu hesab edir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən aparılmış xx.xx.2019-cu il tarixli, 2V-1232 reyestr saylı notariat əməliyyatı, xx.xx.2019-cu il tarixli, 2V-1232 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2020-ci il tarixdə X23 və X24 arasında bağlanmış alqı-satqı müqaviləsi və X13 adına ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** saylı xx.xx.2020-ci il tarixli çıxarış etibarsız hesab edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu Xaçmaz rayon 1 saylı Notariat ofisi, X23 və X17 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar