Məhkəmə qərarları › İş №2(067)-1972/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1972/2021

02.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1972/2021 02.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X2 iştirakı ilə iddiaçı İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi və qiymətləndirilən daşınar əmlakın bazar qiymətinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünə açıq məhkəmə hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi və qiymətləndirilən daşınar əmlakın bazar qiymətinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim ki, mübahisə İddiaçı MMC-nin "xxxx" MMC ilə kommersiya mübahisəsindən yaranmış mübahisədir və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10.05.2019-cu il tarixli, 2-2(085)- 101/2019 saylı qətnaməsinə əsasən "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 783.730 (yeddi yüz səksən üç manat, yeddi yüz otuz qəpik) manat məbləğində borcun tutulmasının icrası çərçivəsində yaranmışdır. Mübahisə iki hüquqi şəxs arasında mövcud olan məhkəmə qətnaməsinin icrası ilə əlaqədar, kommersiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən hakim mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəmələrə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 44, 45 və 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi və qiymətləndirilən daşınar əmlakın bazar qiymətinin müəyyən edilməsi tələbinə dair "xxxx" ASC-nin cavabdehlər X1 və "xxxx" MMC-yə qarşı zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və qətnamə üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar