Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1982/2022 18.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus Xaçmaz rayonu Keymərəz kəndi əraizində yerləşən 0,33 ha torpaq sahəsinin qanunsuz olaraq istifadə etdiyi 4 il ərzində əldə etdiyi 3500 manat pulunun, eləcə də iddia ərizəsinin tərtibi, şikayət ərizəsinin yazılması, rüsumların ödənilməsi, yol xərclərinə sərf etdiyim 800 manat maddi ziyanın, mənəvi ziyana görə 3000 manat pulun və ödədiyim 93 manat dövlət rüsumunun, cəmi 7393 (yeddi min üç yüz doqsan üç) manat pulumun məcburi qaydada cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh, qonşu kənddə yaşamaqla xeyli vaxtdır ki, tanıyır. Onun RX seriyalı ******* nömrəli, **********05 reyestr nömrəli, xx.xx.2017ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Xaçmaz rayonunun Keymərəz kəndi ərazisində 2 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 78 sot hissəsini cavabdeh tərəfindən zəbt olunaraq qanunsuz istifadə edilir. O, bununla bağlı 2018-ci ildə Xaçmaz rayon məhkəməsində cavabdehə qarşı iddia qaldırmiş və Xaçmaz rayon məhkəməinin xx.xx.2018-ci il tarixli 2(067)- 969)2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Xaçmaz rayonu Keymərəz kəndi ərazisindəki 2,0 ha torpaq sahəsinin şimal-şərq hissəsindən 0,33 ha hissəsi Cavabdeh qanunsuz istifadəsindən alınaraq ona qaytarılması qət edilmişdir. O, Xaçmaz rayon Məhkəməsinin qətnaməsindən narazı qaldığı üçün Apellyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya məhkəməsi, iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası da təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019 cu il tarixli, 20907 saylı rəyi alınmışdır. Həmin rəydə göstərilmişdir ki, “sürüşmələri nəzərə alaraq iddiaçının və cavabdehin sənədlərindəki koordinatları naturaya uyğunlaşdırsaq, onda cavabdeh iddiaçının, torpaq sahəsinin 0,62 ha hissəsindən (sürüşmə nəzərə almarsa 0,33 ha hissəsindən), kənar şəxslər tərəfindən isə 0,09 ha (sürüşmə nəzərə alınarsa 0,10 ha hissəsindən) istifadə etdiyi müşahidə edilir.” Xəritədəki bu cür uyğunsuzluqların aradan qaldırılması AR-sı Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elaktron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal xəritəsinin tərtib olunması Qaydaları” əsasında, torpaqların rəqəmsal xəritələrin hazırlanmasından sonra mümkün olacaqdır.” Ekspert rəyində torpaq sahəsinin cavabdeh tərəfindən 62 sotun və digər şəxslər tərəfindən isə 0,10 sotunun zəbt olunması qeyd edilsə də, Apellyasiya məhkəməsi Xaçmaz rayon məhkəməinin yuxarıda qeyd olunan qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 676)/2019 saylı, xx.xx.2019 saylı qətnaməsindən mən Kassasiya şikayəri verdim və Kassasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-l821/2020 saylı qərarı ilə kassasiya şikayətim təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 676)/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. Xaçmaz rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi qüvvəyə mindikdən sonra, 19 noyabr 2021-ci il tarixdə Xaçmaz Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, DƏDRX- nın Xaçmaz rayon 5 saylı Ərazi Marəsinin mütəxəssisi X4 cavabdeh X3 və hal şahidlərinin iştirakları ilə RX seriyalı seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Xaçmaz rayonu Keymərəz kəndi ərazisindəki 2,0 ha torpaq sahəsinin şimal-şərq hissəsindən 0,33 ha hissəsi borclu Cavabdeh qanunsuz istifadəsindən alınaraq ona qaytarılması təmin edilməsi barədə Akt da tərtib edildi və Aktın doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Torpaq sahəsinə rəsmi mülkiyyət sənədi aldıqdan, yeni 2017-ci ildən də, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnamələrindən sonra da 4 il ərzində cavabdeh istifadə edərək xeyli gəlir əldə etmişdir. Beləki, Xaçmaz rayonu üzrə torpağın hər hektarından, orta hesabla 0,33 sentner taxıl məhsulu götürsək, 4 il ərzində 0,33 ha torpaq sahəsindən 4,4 ton taxıl(buğda) edir ki, bunun da orta bazar qiyməti 3500 manat təşkil edir. O, hüquqlaqrının bərpa olunması üçün yerli, Apellyasiya və Kassasiya məhkəmələrinə müraciət etməyilə bağlı xeyli xərci çıxıb. Belə ki, iddia ərizələrinin tərtibi ilə bağlı vəkil xidmətindən istifadəyə 200 manat, Bakı və Sumqayıt şəhərlərinə məhkəmə proseslərinə gedib-gəlməyə 200 manat, eləcə də məhkəmə rüsumlarının ödənilməsinə də 100 manatdan çox xərci çıxmışdır. Bundan başqa hüquqlarının bərpa olunması ilə bağlı müxtəlif instansiyalara şikayət ərizələri ilə müraciət etməyi də 200 manata yaxın xərci çıxmışdır. Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinin ortasında 100 metr uzunluğunda xəndək qazılmışdır ki, həmin xəndəyin torpaqla doldurulması üçün traktorbuldozer sürücüsü ondan 100 manat istəyib. Onu da qeyd edir ki, qeyd olunan 2 ha torpaq sahəsi faktiki olaraq 2008-ci ildən onun istifadəsində olsa da, maddi imkanı olmadığından həmin torpaq sahəsinə mülkiyyət sənədi olan Çıxarış ala bilməmiş və bu müddət ərzində də ona məxsus torpaq sahəsindən cavabdeh istifadə edib və küllü miqdarda gəlir əldə edib. Torpaq sahəsinin bütün vergi və rüsumlarını da özü vaxtlı-vaxtında ödəyir. Dəfələrlə mülkiyyətinə edilən qəsdlərə son qoymağı cavabdehdən tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh ona mənəvi ziyan da vurub. Stres keçirmişdir. Dolanışığı üçün gəlirləri azalıb. Torpaq vergilərini cavabdeh ödəməyib, o, özü ödəyib. O, cavabdeh tərəfindən 33 sot torpaq sahəsinin qaytarılmasına bir söz deməmiş, 75 sot torpaq sahəsinin qaytarılmaması ilə bağlı şikayətlər vermişdir. Torpaq sahəsindən cavabdeh xeyir götürüb. Onun hüquqları qorunmalıdır. Ziyanın əvəzinin ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddia tələbi ilə razı deyil. İddiaçı artıq 4 ildir ki onu məhkəmələrdə yorur. İddiaçının dedikləri yalandır. İcra şöbəsinin icra məmuru ondan torpağı geri tələb etdikdə, o dəvət olunmuş mütəxəssisin iştirakı ilə torpağı iddiaçıya qaytarmışdır və hal-hazırda iddiaçıya heç bir borcu yoxdur. Ona görə iddianı qəti qəbul etmir və rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-969/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia tələbi qismən qəbul edilməklə, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Keymərəz kəndi ərazisindəki 2 ha torpaq sahəsinin şimal-şərq hissəsindən 0.33 ha hissəsi, Cavabdeh qanunsuz istifadəsindən alınaraq iddiaçıya verilməsi qət olunmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-676\2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-969\2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz rayon məhkəməsinin 2(067)-969\2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli Qərarından müəyyən olunur ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)-676/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəsini almışdır. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən Xaçmaz rayon İcra şöbəsinə müvafiq sorğu verilərək, Xaçmaz rayon məhkəməsinin 2(067)-969/2018 saylı icra vərəqəsi əsasında açılmış 150521/2020-26-3-004 saylı icra işi tələb olunmuş və icra işi məhkəmə araşdırılması zamanı tədqiq olunaraq, müvafq sənədlərin surətləri mülki işə əlavə edilmişdir. Belə ki, iş materiallarında olan sənədlərin surətlərindən görünür ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-969/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsi əsasında icra işi xx.xx.2020-ci il tarixdə başlanmış və xx.xx.2022-ci il tarixdə başa çatmışdır. İş materiallarında olan “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, həmin bildiriş borclu Cavabdeh xx.xx.2020-ci ildə təqdim edilmişdir. İş materiallarında olan 13 avqust 2021-ci il tarixli 150521/03 saylı məktubun surətindən görünür ki, icra sənədinin icrası ilə əlaqədar 20 avqust 2021-ci il tarixə saat 15:00-da icra tədbiri təyin olunmuş. Sözügedən icra tədbiri məhkəməyə məum olmayan səbəbdən baş tutmamışdır (icra işində bununla əlaqədar hər hansı bir məlumat yoxdur). İş materiallarında olan 01 noyabr 2021-ci il tarixli 150521/03 saylı xəbərdarlıq məktubundan görünür ki, icra vərəqəsinin icrası ilə bağlı xx.xx.2021-ci il tarixdə saat 10:00-da icra tədbirləri təyin edilmişdir. İş materiallarında olan 19 noyabr 2021-ci il tarixli Aktın surətindən görünür ki, Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Faqil Adıgözəlovun, tələbkar İddiaçı, DƏDRX-in Xaçmaz rayon 5 saylı Ərazi İdarəsinin mütəxəssisi X2, borclu Cavabdeh və hal şahidlərinin iştirakları ilə Xaçmaz rayonu, Keymərəz kəndi ərazisindəki 2 ha torpaq sahəsinin şimal-şərq hissəsindən 0.33 ha hissəsi borclu Cavabdeh alınaraq, tələbkar İddiaçı təhvil verilmiş və bununla da, icra vərəqəsi icra edilmişdir. Beləliklə də, məhkəmə yuxarıda sadalanan sənədləri məhkəmə araşdırması zamanı təhlil edib, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, hazırki iddia tələbindən göründüyü kimi İddiaçı Cavabdeh faktiki olaraq torpağın geri tələb edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi, yəni 2018-ci ildən 2022-ci ilədək olan müddətdə cavabdehin torpaqdan qanunsuz istifadə etməsi nəticəsində əldə etdiyi pulu və digər xərcləri tələb edir. Lakin, məhkəmə araşdırması zamanı tədqiq olunan və iş materiallarında olan məhkəmə qətnamələri və qərarlarından məlum olur ki, İddiaçı Cavabdeh qanunsuz sahibliyində olan torpağını geri almaq məqsədilə 2018-ci ildə məhkəməyə müraciət edib və məhkəmə qətnaməsi onun xeyirinə çıxarılsa da, qətnamə yalnız xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. Yəni bu hissədə açıq aşkar məlum olur ki, xx.xx.2020-ci ilə qədər cavabdehin 0,33 ha torpaq sahəsindən qərəzli şəkildə qanunsuz istifadə etməsi faktı təsdiqini tapmamışdır. Daha sonra, icra iş məhkəmə tərəfindən araşdırıldıqda da, məlum olmuşdur ki, Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı dərhal qanuni qüvvəsini alsa da, icra işi yalnız xx.xx.2020-ci ildə başlanılmışdır. Məhkəmə onu nəzərə alır ki, borclu Cavabdeh tələbin könüllü icra edilməsi haqqında bildirişi xx.xx.2020-ci ildə alsa da, onu müstəqil şəkildə qaytara bilməzdi. Ona görə ki, daşınmaz əmlakın tələbkara qaytarılması mütləq şəkildə mütəxəssisin iştirakı ilə həyata keçirilməli, daşınmaz əmlakın ölçüsü, koordinatları dəqiq müəyyən edilməlidir. Yəni, borclu Cavabdeh icra tədbirlərin həyata keçirilməsi Cavabdeh iradəsindən asılı olmayan səbəblərdən yubadılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məxsus Xaçmaz rayonu, Keymərəz kəndində yerləşən 0,33 ha torpaq sahəsini qərəzli şəkildə qanunsuz istifadə etməsi sübuta yetirilmədiyindən, iddia ərizəsi təmin edilə bilməz. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərfindən iddia ərizəsinin verilməsi üçün 93 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 93 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1982/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1982/2022
18.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver