Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2038/2020 19.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı və iddiaçının vəkili X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ********** qeydiyyat nömrəli **********16-10301 reyestr nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyətində Xaçmaz rayonunun Nərəcan kəndində 0,24 ha həyətyanı torpaq sahəsi və 199,70 ha ümumi sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evindən istifadədə cavabdehlərin törətdikləri maneələrin aradan qaldırılması–qıfılladıqları otaqların açılaraq istifadəsinə verilməsi və həyətyanı torpaq sahəsinə hasarın düzəldilməsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki,********** qeydiyyat nömrəli **********16- 10301 reyestr nömrəli Çıxarışa əsasən onun xüsusi mülkiyyətində Xaçmaz rayonunun Nərəcan kəndində 0,24 ha həyətyanı torpaq sahəsi və 199,70 ha ümumi sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evi var. Həmin evdə ailəsi və 2 uşağı ilə birgə yaşayır. Lakin cavabdehlər onları yaşamağa qoymurlar. Cavabdehlər əmisi uşaqlarıdır. Onların Nərəcan kəndində özlərinə məxsus evləri var və öz ailələri ilə birlikdə öz evlərində yaşayırlar. Bununla belə onlar onun həyətyanı torpaq səhəsindən və evindən təyinatı üzrə istifadə etməyinə imkan vermirlər. Onlar bildirirlər ki, əvvəllər həmin evdə onların valideynləri də yaşadıqlarına görə onların da evdə hüquqları var. Halbuki, həmin ev əvvəllər onun mərhum anası X2 məxsus olmuşdur. X11 və anası Güləsmər Aydəmirova vəfat edəndən sonra həmin əmlakı o, vərəsəliklə öz adına keçirmişdir. Cavabdehlərin ona məxsus mülkə heç bir hüquqları ola bilməz. Buna baxmayaraq onlar həyətyanı sahəsinə hasar çəkməyinə imkan vermirlər, habelə evinin bir neçə otağının qapısını qıfıllayıblar. O, cavabdehlərdən əmlakına qəsd edən hərəkətlərə son qoymalarını dəfələrlə tələb etsə də, onlar öz bildiklərini edirlər. Bununla əlaqədar o, məhkəmədə hazırkı iddianı qaldırmağa məcbur olmuş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, evə və torpağa dair xx.xx.2020-ci il tarixdə adına mülkiyyət sənədi almışdır. Məhkəmə iclasında İddiaçı vəkili X5 iddianı müdafiə etmiş və iddianı tamamilə əsaslı saymışdır. Cavabdehlər iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozurlar. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, iddiaçı Nərəcan kəndindəki evə və torpaq sahəsinə dair mülkiyyət sənədini qanunsuz yolla əldə etmişdir. Həmin evdə və həyətyanı torpaq sahəsində onun da payı var. Onlar iddiaçıya həyətyanı sahəsinə hasar çəkməyə imkan vermirlər, həmçinin, iddiaçının evinin otaqlarının qapısını da qıfıllamışlar. Onların öz evləri var, amma hesab edirlər ki, iddiaçının adına qeydə alınan evdə və torpaq sahəsində onların da payı var. İddiaya qarşı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Göstərilənlərə əsasən iddianı əsasız hesab edir və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 bildirmişdir ki,iddiaçı Nərəcan kəndindəki evə və torpaq sahəsinə dair mülkiyyət sənədini qanunsuz yolla əldə etmişdir. Həmin evdə və həyətyanı torpaq sahəsində onun da payı var. Onlar iddiaçıya həyətyanı sahəsinə hasar çəkməyə imkan vermirlər, həmçinin, iddiaçının evinin otaqlarının qapısını da qıfıllamışlar. Onların öz evləri var, amma hesab edirlər ki, iddiaçının adına qeydə alınan evdə və torpaq sahəsində onların da payı var. Ona görə iddianı əsasız hesab edir və iddianın rədd edilməsini xahiş edir. İddiaya qarşı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Göstərilənlərə əsasən iddianı əsasız hesab edir və iddianın rədd edilməsini xahiş edir. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki,iş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Xaçmaz rayonunun Nərəcan kəndində yaşayır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********16-10301 saylı çıxarışından müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətində Xaçmaz rayonunun Nərəcan kəndində 0,24 ha həyətyanı torpaq sahəsi və 199,70 ha ümumi sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evi vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən 10 (on) manat dövlət rüsumu köçürülmüdür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə araşdırması zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ********** qeydiyyat nömrəli **********16-10301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsi və 199,70 ha ümumi sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evindən iddiaçının istifadə etməsinə maneə yaratdıqlarını etiraf edərək, həmin evdə və torpaq sahəsində onların da paylarının olduğunu bildirmişlər. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddiası təmin edilsin. ********** qeydiyyat nömrəli **********16-10301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsi və 199,70 ha ümumi sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evindən istifadəyə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən törətdilən maneələr aradan qaldırılmaqla, cavabdehlərin qıfılladıqları otaqlar açılaraq iddiaçının istifadəsinə verilsin və həyətyanı torpaq sahəsinə hasarın düzəldilməsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılsın. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2038/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2038/2020
19.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver