Məhkəmə qərarları › İş №2(067)-2109/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2109/2021

18.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2109/2021 18.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində 18 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən, cavabdehə məxsus evdə qalmış siyahıda göstərilən cəmi 48 adda cehiz əmlakının cavabdehin evindən çıxarılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o, Xaçmaz şəhər sakini X4 ilə 20 oktyabr 2013cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından 03.07.2018-ci ildə X1 anadan olmuşdur. Aralarındakı münasibətlərdə soyuqluq yarandığından hazırda uşağı ilə birlikdə valideynlərinin evinə qayıtmışdır. 2021-ci ilin əvvəllərindən əri həbsdədir. Gəlin köçdüyü zaman apardığı cehiz əmlakı isə ərinin evində qalmışdır. Cehiz əmlakı aşağıdakılardan ibarətdir: Künc divan və curnal masası, kamod, qorka, yataq dəsti (taxt, şkaf, 2 tumboçka, termo), uşaq krovatı, 2 kalyaska, itimat peç, vedrə, salat aparatı, televizor padstavka ilə, ütü, böyük çaynik, təzə tava, balaca çaynik, qara vaza güllü, 2 ədəd meyvə qabı, 2 ədəd qənd qabı, 2 ədəd konfet qabı, 2 ədəd mürəbbə qabı, 2 ədəd külqabı, qrafinka, 6 stəkan, boşqab dəsti 24 ədəd, taxta qaşıqlar, 2 dəst stəkan nəlbəki, padnos, plasmas qablar, veşelkalar 10 ədəd, 2 ədəd xalça, 2 ədəd balaca dorocka, tozsoran, puf stol, gecə işığı, 5 ədəd yataq dəsti, 2 ədəd yay yorğanı, 1 ədəd taxt döşəyi, 1 ədəd dəvə tükündən yorğan, yastıqlar 4 ədəd, 1 ədəd lüstür, 1 ədəd ramka, 1 ədəd divar saatı, 2 ədəd pakrıval 4 ədəd yastıq ilə, 2 cüt tül pərdə, yay paltarları, manec, bıçaq dəsti, zibil vedrəsi, süzək və qara güzgü. Qeyd olunan əmlaklar cavabehin evindədir. Məhkəmə iclasında iddiacı iddia tələbini müdafiə etməklə iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddia ərizəsindəki siyahıda 7, 29 və 43-cü sırada göstərilən əşyalar istisna olmaqla digər əmlakları iddiaçıya qaytarmağa etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Münasibətlər yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırki, mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının istifadəsində olan fərdi yaşayış evində qanuni əsas olmadan əmlaklarının saxlanılması iddiaçının öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Beləliklə, hazırki, mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının istifadəsində olan fərdi yaşayış evində qanuni əsas olmadan əmlaklarının saxlanılması iddiaçının öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-242, 252-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin olunsun. ünvan 1 ünvanında yerləşən Əkpərova (Hüseynova) Tahirə Nüsrəddin qızına məxsus fərdi yaşayış evindən İddiaçı məxsus əmlaklar-künc divan və curnal masası, kamod, qorka, yataq dəsti (taxt, şkaf, 2 tumboçka, termo), uşaq krovatı, 2 kalyaska, vedrə, salat aparatı, televizor padstavka ilə, ütü, böyük çaynik, təzə tava, balaca çaynik, qara vaza güllü, 2 ədəd meyvə qabı, 2 ədəd qənd qabı, 2 ədəd konfet qabı, 2 ədəd mürəbbə qabı, 2 ədəd külqabı, qrafinka, 6 stəkan, boşqab dəsti 24 ədəd, taxta qaşıqlar, 2 dəst stəkan nəlbəki, padnos, plasmas qablar, veşelkalar 10 ədəd, 2 ədəd xalça, tozsoran, puf stol, gecə işığı, 5 ədəd yataq dəsti, 2 ədəd yay yorğanı, 1 ədəd taxt döşəyi, 1 ədəd dəvə tükündən yorğan, yastıqlar 4 ədəd, 1 ədəd lüstür, 1 ədəd ramka, 1 ədəd divar saatı, 2 ədəd pakrıval 4 ədəd yastıq ilə, 2 cüt tül pərdə, manej, bıçaq dəsti, zibil vedrəsi, süzək və qara güzgü çıxarılaraq iddiaçıya verilsin. Ödənilmiş 15 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin, 5 manat isə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar