Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2161/2025 18.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı əsassız varlanma nəticəsində əldə edilənlərin geri qaytarılması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X1 1500 manat məbləğində pulun, 500 manat mənəvi ziyanın və ödənilmiş 40 manat dövlət rüsumunun, cəmi 2040 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı göstərmişdir ki, o, Xaçmaz rayonunun Ləcət kəndində qeydiyyatdadır və orada da yaşayır. Cavabdeh isə o bildiyinə görə Xaçmaz rayonunun Əhməd-oba kəndində yaşasa da, Bakı şəhərində qeydiyyatdadır. Cavabdeh Bakı şəhərində qeydiyyatda olsa da, burada yaşayır. Ona görə iddianı Xaçmaz rayon məhkəməsinə vermişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon məhkəməsinə göndərilməlidir. EMİS-dən əldə olunmuş məlumatlardan görünür ki, cavabdeh X3 Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi ev 43 mənzil 26-da qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin qeydiyyatda olduğu yer Bakı şəhəri Nərimanov rayonu olduğundan mülki işin aidiyyatı Bakı şəhəri Nərimanov rayon məhkəməsinə aiddir. Belə olan halda mülki iş aidiyyatı üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 44, 45 və 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh X2 qarşı əsassız varlanma nəticəsində əldə edilənlərin geri qaytarılması tələbinə dair mülki iş aidiyyatı üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2161/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2161/2025
18.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver