Məhkəmə qərarları › İş №2(067)-22/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-22/2024

08.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-22/2024 08.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdeh, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Nümayəndə, mütəxəssis qismində dəvət edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Ərazi İdarəsinin mütəxəssis X5 iştirakı ilə, İddiaçı Nümayəndə, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən payın ayrılması və naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz rayonu Hacılar kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-0041 saylı 30210028 kodlu dövlət aktında göstərilən ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsindən payının müəyyən edilərək naturada ayrılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 11 dekabr 2002-ci il tarixli 05 saylı qərarına əsasən ona və ailə üzvlərinə 11,24 ha torpaq sahəsi ayrılmışdır. Cavabdehlərin adına verimiş birgə mülkiyyədən onun payı müəyyən olunaraq naturada ayrılıb istifadəsinə verilməlidir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Əlavə olaraq bildirmişlər ki, iş üzrə bölgü sxemi var, sxemə uyğun torpaqdan iddiaçının payının ayrılmasını istəyirlər. Torpaqlar iki hissədə yerləşir, hər iki hissədən pay istəyirlər. 2,08 ha şoran torpaqlardır. Cavabdehin meyvə ağacları əkdiyi ərazidən pay istəmirlər. 9,34 ha torpaq sahəsindən payın naturada ayrılmasını istəyir. 11,24 hektardan şəhidin payını çıxsalar 9,34 ha qalır, oradan onların payı bölünməlidir. Şəhidə ayrılmış torpaqdan pay istəmirlər. Məhkəmə iclasında cavabdeh eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Nümayəndə iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçının payının ayrılmasına etiraz etmir, lakin onun payının 2,08 ha-dan ayrılmasını istəyir. Atası ölüb, anası isə sağdır. Abduləli adlı qardaşı şəhiddir, 1993-cü ildə şəhid olub. Dövlət Aktında onun adı qeyd edilməyib. Sonradan ikinci pay kimi verilib. Yalnız 2,08 ha hissədən iddiaçının payının ayrılmasına razıdır. O torpağın içərisində böyümüş, o torpağı yaxşı hala gətirmişdir. Hamı yaxşı yeri istəyir. Bundan başqa Dövlət Aktına əsasən əvvəlcə atanın, ananın, sonra digərlərinin payları bölünür. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər Cavabdeh3 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mütəxəssis qismində dəvət edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Ərazi İdarəsinin mütəxəssis X8 göstərmişdir ki, JN-41 saylı Dövlət Aktına əsasən 5 nəfər mülkiyyətçiyə cəmi 11,24 ha pay torpaq sahəsi verilmişdir. Torpaq sahəsi 3 hissədən ibarətdir. Onun 1,80 ha hissəsi şəhid ailəsinə pay verilən hissədir. O da, onların bazasında olsa da, kitablarda qeydiyyatdan keçməmişdir. Ona görə də həmin hissəsinin bölgüsünün onların tərəfindən aparılması mümkün olmamışdır. Prezidentin xx.xx.2016-cı il tarixli fərmanı ilə elektron uçot xəritələri hazırlanıb, xəritələr hazırlanarkən uçöta uyğun bölgülər aparılmışdır. Elektron uçot xəritələrində 2,08 ha və 7,26 ha torpaq sahələri var. Hər iki hissədə hər 5 nəfər mülkiyyətçinin payı olduğuna görə hər konturdan bölgü aparmışlar. 1,80 ha kitablarda qeydiyyatda olmadığına görə bölməmişlər. 7,26 ha uçot bazada var. Orada cavabdeh tərəfindən müxtəlif meyvə ağacları əkilmişdir. 1,80 ha torpaq sahəsi uçot xəritələrdə 1,74 ha kimi göstərilib. 5 nəfərin payını bölmüşdür, bir nəfərə kənar hissədən düşməlidir, qalanları da birgə pay kimi istifadə etməlidirlər. Şəhidin payı 11,24 ha torpaq sahəsinin içərisindədir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0041 saylı 30210028 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 11 dekabr 2002-ci il tarixli 05 saylı qərarı ilə X1, Cavabdeh2, X2, Nümayəndə və İddiaçı mülkiyyətinə 11,24 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan mədaxil qəbzlərindən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/470 nömrəli ekspert rəyindən müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair JN- 0041 saylı 30210028 kodlu dövlət aktına əsasən X1 və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu Hacılar kəndində yerləşən 11,24 ha torpaq sahəsindən, 9,34 ha torpaq sahəsini İddiaçı1/5 hissədə payının naturada ayrılması mümkündür. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, ekspert və mütəxəssis rəylərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. Torpağa mülkiyyət hüququna dair JN-0041 saylı 30210028 kodlu dövlət aktında göstərilən Xaçmaz rayonunun Hacılar kəndində yerləşən 11,24 ha torpaq sahəsinin, 9,34 ha torpaq sahəsindən İddiaçı 1/5 hissədə payı müəyyən edilsin. İddiaçı birinci cizgi planında göstərilən 7,26 ha torpaq sahəsindən şərti olaraq “A” hərfi ilə işarələnmiş və ikinci cizgi planında göstərilən 2,08 ha torpaq sahəsindən şərti olaraq “A” hərfi ilə işarələnmiş hissələr naturada ayrılaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Nümayəndə, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Nümayəndə, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. İddia qalan hissədə təmin edlməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar