Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-222/2025 14.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili Vəkil iştirakları ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı «birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi və payın naturada ayrılması» tələbinə və ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı «birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi və payın naturada ayrılması» tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 28 fevral 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********80 reyestr nömrəli çıxarışa əsasən birgə (paylı) mülkiyyətdə olan ünvan 1i ərazisində yerləşən 2.1140 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus 0.05 ha hissəsinin mütəxəssis tərəfindən tərtib edilmiş bölgü planına uyğun olaraq naturada ayrılması, 5 saylı Ərazi İdarəsinin hesabına ödədiyi 236 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 28 fevral 2024 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********80 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, kəndində onun və cavabdehlərin birgə mülkiyyətlərində 2.1140 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsində onun payı 0.05 ha təşkil edir. Torpaq sahəsindən onun payı olan 0.05 ha torpaq sahəsinin naturada ayırmaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Torpaq sahəsinin bölgü planının hazırlanması və adına mülkiyyət sənədi tərtib edilməsi üçün Ərazi İdarəsinin hesabına 06 mart 2024-cü il tarixli, ********** saylı mədaxil qəbzi ilə 111 manat, həmin tarixli, ********** saylı mədaxil qəbzi ilə 75 manat və həmin tarixli, ********** saylı mədaxil qəbzi ilə 50 manat pul köçürmüşdür. Mütəxəssis əraziyə baxaraq bölgü planı hazırlasa da, cavabdeh tərəf bölgü planına imza etməkdən imtina etmişdir. O, öz payını ayırmaq qərarına gəlmiş və bununla əlaqədar 26 iyul 2024- cü il tarixdə cavabdehlərə poçt vasitəsilə rəsmi müraciət etmişdir. Müraciətdə göstərmişdir ki, bütövlükdə 2.1140 ha torpaq sahəsindən onlar istifadə edir. Torpaq sahəsindən onun payı olan 0.05 ha hissəsini ayıraraq onun istifadəsinə vermələrini xahiş etmişdir. Cavabdeh tərəf (Cavabdeh1) sənədi imza etməklə alsa da, müraciətinə heç bir cavab verməmiş və torpaq sahəsindən istifadəni davam etdirir. Bölgü planından da göründüyü kimi ona məxsus 0.05 ha torpaq sahəsinin naturada ayrılması bölgü planına uyğun olaraq mümkündür. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində ona məxsus torpaq sahəsinin həcmi səhvən 0.05 ha göstərilmişdir. Halbuki ona məxsus torpaq sahəsi 0.5 ha təşkil edir. Ona görə də iddia ərizəsinə dəqiqləşdirmə apararaq xahiş edir ki, Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 28 fevral 2024 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********80 reyestr nömrəli çıxarışa əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə birgə (paylı) mülkiyyətdə olan ünvan 1i ərazisində yerləşən 2.1140 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus 0.5 ha hissəsinin mütəxəssis tərəfindən tərtib edilmiş bölgü planına uyğun olaraq naturada ayrılması, 5 saylı Ərazi İdarəsinin hesabına ödədiyi 236 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə cavabbdeh İddiaçı ilə onaların aralarında ünvan 1i ünvanında yerləşən 0,5 ha torpaq sahəsinə görə bağlanmış 04 oktyabr 2020-ci il tarixli, AN-1 №8996637 saylı alqı-satqı müqaviləsinin və bu müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışlar ki, ünvan 1i ünvanında yerləşən xüsusi mülkiyyətlərində olan ümumi sahəsi 2,114 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0,5 ha torpaq sahəsini ayıraraq ümumi razılıq əsasında qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 04 oktyabr 2020-ci il tarixli AN-1 N»8996637 saylı alqı-satqı müqaviləsi əsasında satmışlar. Qeyd etdiyi kimi, satılan 0,5 ha torpaq sahəsinin ərazisi qarşılıqlı razılaşma əsasında müəyyən olunmuşdur. Bundan başqa məlumat üçün bildirirlər ki, cavabdeh onun qardaşı oğludur. Ailə vəziyyətləri ağır olduğu üçün mülkiyyətində olan torpaq sahəsini gələn gəlirdən ailəsini dolandırması üçün ona istifadə etməyə vermişdir. 16 ildən yuxarıdır ki, Vidadi ona məxsus torpaq sahəsini istifadə edərək yüksək gəlir götürmüşdür. Təxminən 2020-ci ilin əvvəllərində onun yaşadığı Bakı şəhərinə gedərək, torpaq sahəsi ilə bağlı, yəni suvarma və başqa nəsələlərlə bağlı daima problemlər olduğunu bildirmiş və ondan torpağa aid hər hansı bir sənədinin göstərilməsini tələb etdiklərini bildirmişdir. O, ondan necə kömək edə biləcəyini soruşan zaman Vidadi ona həmin torpağın 0,05 ha hissəsini formal da olsa öz adına alqı-satqı etməsini demişdir. O, da onun niyyətini başa düşmədiyi üçün razılaşmış və torpaq sahəsinə gedərək, satılacaq 0,05 ha torpaq sahəsinin ərazisini ona təqdim etmişdir. Vidadi torpaq sahəsini qəbul etdikdən sonra bütün çirkin niyyətlərini həyata keçirməyə başlamış və ona məxsus olan ağacları kəsərək, torpaq sahəsinə yaxın olan meşə sahəsini yandırmışdır. Bundan sonra o həmin torpaq sahəsinə çıxarış almışdır. Həmin tekniki pasportda 0,05 ha torpaq sahəsinin yeri müəyyən olunmamışdır. Ona görə də o, əvvəlcədən razılaşma əsasında satılan torpaq sahəsinin ərazisini cavabdehə göstərmiş, lakin o bununla razılaşmayaraq məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında izahat verən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək, qarşlıqlı iddianı isə qəbul etməyərək, izahatında göstərmişdir ki, əvvəl həmin torpaq sahəsindən o, istifadə etmiş, sonradan şəhid ailəsində olduğuna görə onları qəyyumluğa götürmək istəyirdilər, lakin o, razılıq verməmişdir. Cavabdehlər onlar şəhid ailəsi olduğuna görə əlavə yardımlar edildiyi üçün bu hərəkəti eləmişlər. O, torpaq sahəsini yandırmamışdır. Torpaq sahəsini 9000 manata satın almışdır. 2020-ci ildə alqı-satqı müqaviləsi bağlamışlar. Qeyd olunanlara əsasən iddiasının təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən ilk iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə edərək, qarşlıqlı iddianı isə qəbul etməyərək, bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Həsanağa qızı ilə birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi və payın naturada ayrılmasını istəyir. Hesab edir ki, həmin torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğu üçün və torpaq sahəsi faktiki olaraq cavabdehlərin istifadəsində olduğuna görə iddiaçının hüququ bərpa olunmalı və payın 50 sot torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. Ona görədə ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri çatdırılmasına baxmayaraq, onlar məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə üzrə ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 05 noyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında izahat verən Cavabdeh1 ilkin dinləmələr zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ondan icazəsiz torpaq sahəsinə dair çıxarış alıb və torpaq sahəsinə ziyan vurub. 05 noyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında izahat verən Cavabdeh2 ilkin dinləmələr zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı onun qaynının oğludur. Ona əri ilə birlikdə torpaq sahəsi verilib. O, öz payına düşən torpaq sahəsini iddiaçıya satmışdır. Lakin iddiaçı bütün torpaq sahəsindən istifadə edir. İddiaçı ona satılay torpaq payını ayırmayıb, onun ərazisinə, torpağına ziyan vurub, ağacları kəsərək yandırıb. 0,50 ha torpaq sahəsi iddiaçının, 1,50 ha torpaq sahəsi isə onların torpaqğıdır. İddiaçı onların öz torpaq sahələrinə girişinə mane olur. Satılan torpaq sahəsinə görə verilən pulu iddiaçıya qaytarmağa razıdır və alqı-satqı müqaviləsinin ləğv edilməsini istəyir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və təqdim olunan sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin olunmalı, qarşılıqlı iddia isə əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 oktyabr 2020-ci il tarixli AN-İ ******* seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh2 25 dekabr 2017-ci il tarixli, **********80 saylı, ********** qeydiyyat nömrəli reyestr nömrəli Dövlət Reyestri Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən paylı mülkiyyətində olan ünvan 1ində yerləşən 0,5 ha torpaq sahəsini İddiaçı 2000 manata satmışdır. 25 dekabr 2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Bostançı kəndində yerləşən, sahəsi 2.114 ha olan torpaq sahəsi 1.46 ha hissədə Cavabdeh1 və 0,654 ha hissədə Cavabdeh2 paylı mülkiyyəti kimi qeydə alınmışdır. 28 fevral 2024-cü il qeydiyyat tarixli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Bostançı kəndində yerləşən, sahəsi 2.1140 ha olan torpaq sahəsi 1.46 ha hissədə Cavabdeh1, 0.5 ha hissədə İddiaçı və 0.154 ha hissədə Cavabdeh2 paylı mülkiyyəti kimi qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 08 iyul 2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, 28 fevral 2024-cü il qeydiyyat tarixli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Xaçmaz rayonunun Bostançı kəndində yerləşən, ümumi paylı mülkiyyətdə olan 2,114 ha torpaq sahəsindən ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 0,50 ha torpaq sahəsinin naturada ayrılması daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 5 sayl Xaçmaz ərazi idarəsinin mühəndisi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş bölgü sxeminə uyğun bölünməsi mümkündür. Torpaq sahəsinin hansı ölçüdə və cizgilərdə olması sxemdə əks olunur Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31 iyul 2025-ci il tarixli, 10/5168 saylı ekspert rəyindən müəyyən edilir ki, 28 fevral 2024-cü il qeydiyyat tarixli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Xaçmaz rayonunun Bostançı kəndində yerləşən, ümumi paylı mülkiyyətdə olan 2,114 ha torpaq sahəsindən ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 0,50 ha torpaq sahəsinin naturada ayrılması daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 5 sayl Xaçmaz ərazi idarəsinin mühəndisi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş bölgü sxeminə uyğun bölünməsi mümkündür. Torpaq sahəsinin hansı ölçüdə və cizgilərdə olması mütəxəssis rəyinə əlavə edilmiş sxemdə əks olunur. 09 sentyabr 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən müəyyən olunur ki, ilk iddia İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 11 oktyabr 2024-cü il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 06 mart 2024-cü il tarixli, **********, ********** və ********* nömrəli mədaxil qəbzlərindən müəyyən olunur ki, ilk iddia İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin hesabına ümumilikdə 236 manat məbləğində ödəniş etmişdir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və X2 haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin Həmin Məcəllənin 220.2-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 327-ci maddəsinə əsasən birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmin Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmənin müəyyən etdiyi hallar və gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, 25 dekabr 2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Xaçmaz rayonunun Bostançı kəndində yerləşən, sahəsi 2.114 ha olan torpaq sahəsi 1.46 ha hissədə Cavabdeh1 və 0,654 ha hissədə Cavabdeh2 paylı mülkiyyətində olmuş, 04 oktyabr 2020-ci il tarixli AN-İ ******* seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh2 25 dekabr 2017-ci il tarixli, **********80 saylı, ********** qeydiyyat nömrəli reyestr nömrəli Dövlət Reyestri Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən paylı mülkiyyətində olan ünvan 1ində yerləşən 0,5 ha torpaq sahəsini İddiaçı 2000 manata satmışdır. Hal-hazırda 28 fevral 2024-cü il qeydiyyat tarixli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Xaçmaz rayonunun Bostançı kəndində yerləşən, sahəsi 2.1140 ha olan torpaq sahəsi 1.46 ha hissədə Cavabdeh1, 0.5 ha hissədə İddiaçı və 0.154 ha hissədə Cavabdeh2 paylı mülkiyyəti kimi qeydə alınmışdır. İlk iddia üzrə İddiaçı satın aldığı torpaq sahəsindəki payının naturada ayrılması xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı və 0.154 ha hissədə Cavabdeh2 isə qeyd olunan torpaq sahəsinin alqı-satqısına dair 04 oktyabr 2020-ci il tarixli AN-İ ******* seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsini xahiş edirlər. Məhkəmə ilkin olaraq tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə hüquqi qiymət verilməsini məqsədə müvafiq sayır. Bununla bağlı məhkəmə qeyd edir ki, 04 oktyabr 2020-ci il tarixli AN-İ ******* seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsi Cavabdeh2 ilə İddiaçı arasında bağlanmışdır. Ona görə də həmin əqdin etibarsızlığı ilə bağlı iddia tələbi irəli sürmək hüququna qarşılıqlı iddiaçılardan yalnız Cavabdeh2 malikdir. Digər qarşılıqlı iddiaçı Cavabdeh1 isə belə bir subyektiv hüquqa malik deyil (MM 218.3-cü maddə). Qarşılıqlı iddiaçılar qarşılıqlı iddia ərizəsində göstərirlər ki, 16 ildən yuxarıdır ki, Vidadi onlara məxsus torpaq sahəsini istifadə edərək yüksək gəlir götürmüş, təxminən 2020-ci ilin əvvəllərində yaşadığı Bakı şəhərinə gedərək, torpaq sahəsi ilə bağlı, yəni suvarma və başqa nəsələlərlə bağlı daima problemlər olduğunu bildirmiş və ondan torpağa aid hər hansı bir sənədinin göstərilməsini tələb etdiklərini bildirmişdir. Ondan necə kömək edə biləcəyini soruşan zaman Vidadi həmin torpağın 0,05 ha hissəsini formal da olsa öz adına alqı-satqı etməsini demişdir. Onun niyyətini başa düşmədikləri üçün razılaşmışlar və torpaq sahəsinə gedərək, satılacaq 0,05 ha torpaq sahəsinin ərazisini ona təqdim etmişlər. Vidadi torpaq sahəsini qəbul etdikdən sonra onlara məxsus olan ağacları kəsərək, torpaq sahəsinə yaxın olan meşə sahəsini yandırmışdır. Bundan sonra o həmin torpaq sahəsinə çıxarış almışdır. Lakin qeyd olunan hallarla bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin uydurma əqd olması, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanması sübuta yetirilmir. Ona görə də, alqı-satqı müqaviləsinin etibarsızlığına dair hər hansı bir əsas mövcud deyil. Belə olan halda qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilə bilməz (MM 337 və 340-cı maddələri). Həmçinin işin halları ilə müəyyən olunur ki, İddiaçı 04 oktyabr 2020-ci il tarixli AN-İ ******* seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satın aldığı ünvan 1ində yerləşən 0,5 ha torpaq sahəsini qəbul etmiş və hazırkı vaxtadək həmin torpaq sahəsindən istifadə edir, ona sahiblik edir, həmin torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 28 fevral 2024 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********80 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Belə olan halda onun 28 fevral 2024-cü il qeydiyyat tarixli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən paylı mülkiyyətində olan Xaçmaz rayonunun Bostançı kəndində yerləşən 0.5 ha torpaq sahəsini digər paylı mülkiyyətçilər olan Cavabdeh1 (1.46 ha hissədə) və Cavabdeh2 (0.154 ha hissədə) paylı mülkiyyətində olan torpaq sahələrindən naturada ayrılmasını tələb etmək hüququ vardır (MM 202-ci maddə). İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31 iyul 2025-ci il tarixli, 10/5168 saylı ekspert rəyindən müəyyən edilir ki, 28 fevral 2024-cü il qeydiyyat tarixli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Xaçmaz rayonunun Bostançı kəndində yerləşən, ümumi paylı mülkiyyətdə olan 2,114 ha torpaq sahəsindən Cavabdeh1 0,50 ha torpaq sahəsinin naturada ayrılması daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 5 sayl Xaçmaz ərazi idarəsinin mühəndisi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş bölgü sxeminə uyğun bölünməsi mümkündür. Torpaq sahəsinin hansı ölçüdə və cizgilərdə olması mütəxəssis rəyinə əlavə edilmiş sxemdə əks olunur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 28 fevral 2024 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********80 reyestr nömrəli çıxarışa əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə birgə (paylı) mülkiyyətdə olan ünvan 1i ərazisində yerləşən 2.1140 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 məxsus 0.5 ha hissəsinin mütəxəssis tərəfindən tərtib edilmiş bölgü planına uyğun olaraq naturada ayrılması tələbi əsaslıdır və qeyd olunan torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə əks olunan qaydada naturada ayrılması məqsədəmüvafiqdir. İlk iddia tələbi təmin olunduğuna görə və ilk iddia üzrə iddiaçı 5 saylı Ərazi İdarəsinin hesabına ödədiyi 236 manat pulu və ödənilmiş 100 manat dövlət rüsumunu ilk iddia üzrə cavabdehlərdən tələb etdiyinə görə, məhkəmə hesab edir ki, qeyd olunan məbləğdə pul vəsaitləri ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 alınaraq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməlidir. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı «birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi və payın naturada ayrılması» tələbinə dair iddiası təmin edilsin. 28 fevral 2024-cü il qeydiyyat tarixli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən 1.46 ha hissədə Cavabdeh1, 0.5 ha hissədə İddiaçı və 0.154 ha hissədə Cavabdeh2 paylı mülkiyyətində olan Xaçmaz rayonunun Bostançı kəndində yerləşən cəmi 2.1140 ha olan torpaq sahəsindən İddiaçı məxsus 0.5 ha hissədə torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 08 iyul 2025-ci il tarixli mütəxəssis rəyinə əlavə olunan sxemdə göstərilən qaydada naturada ayrılsın. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən 5 saylı Ərazi İdarəsinin hesabına ödənilmiş 236 manat məbləğində xidmət haqqı və məhkəmənin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 alınaraq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-222/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-222/2025
14.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver