Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2225/2020 05.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Ərizəçi, Maraqlı şəxs səlahiyyətli nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X7 ilə anası X5 arasında olan nikaha dair xx xxxxxxxx 1963-cü il tarixli, 352277 nömrəli evlənmə haqqında şəhadətnamədə və onun adına yazılmış xx xxxxxx 1969-cu il tarixli, ******* nömrəli doğum haqqında şəhadətnamədə atasının adının Qeydiyyat orqanı tərəfindən «Yusif» yazılmalı olduğu halda düzgün olmayaraq «İsif» kimi yazılmaqla vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxxx 1969-cu il tarixdə anadan olmuşdur. Onun atası X7 olmuşdur. X1r. X18 xx xxxxxxxx 2005-ci il tarixdə vəfat etmişdir. Valideynləri xx xxxxxxx 1963-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Lakin valideynlərinin nikahı rəsmiləşdirilərkən evlənmək haqqında şəhadətnamədə Qeydiyyat orqanı tərəfndən atasının adı «Yusif» yazılmalı olduğu halda düzgün olmayaraq «İsif» kimi qeyd olunmuşdur. Bu səbəbdən də onun adına Qeydiyyat orqanı tərəfindən doğum haqqında şəhadətnamə yazılarkən həmin doğum haqqında şəhadətnamədə ata adı «Yusif» yazılmalı olduğu halda düzgün olmayaraq «İsif» kimi yazılmışdır. Lakin rəsmiyyətdə onun atasının adı Yusifdir. Onun adına verilmiş doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi verilərkən həmin şəxsiyyət vəsiqəsində də atasının adı doğum şəhadətnaməsinə uyğun olaraq düzgün olmayaraq «İsif» kimi yazılmışdır. Bu hal vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı zamanı atasının adının düzgün olmayaraq Yazılması səbəbindən baş vermişdir. Əvvəllər bunlara əhəmiyyət verməsə də hazırda zərurət yarandığından o, Maraqlı şəxsnə müraciət edərək vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyata düzəliş edilməsini xahiş etmişdir. Lakin qeydiyyat şöbəsi tərəfindən müraciətinin müsbət həlli mümkün olmamış və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini, mərhum atası X7 ilə anası X5 arasında olan nikaha dair xx xxxxxxxx 1963-cü il tarixli, 352277 nömrəli evlənmə haqqında şəhadətnamədə və onun adına yazılmış xx xxxxxx 1969-cu il tarixli, ******* nömrəli doğum haqqında şəhadətnamədə atasının adının Qeydiyyat orqanı tərəfindən «Yusif» yazılmalı olduğu halda düzgün olmayaraq «İsif» kimi yazılmaqla vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Maraqlı şəxs səlahiyyətli nümayəndəsi X14 izahatında göstərdi ki, Ərizəçi Qeydiyyat Şöbəsinə müraciət edərək mərhum valideynlərinə məxsus evlənmək haqqında şəhadətnamədə və özünə məxsus doğum haqqında şəhadətnamədə ata adının İsifdən Yusifə düzəliş edilməsini xahiş etmişdir. Lakin vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyata düzəliş edilməsi üçün kifayət qədər əsas olmadığından ərizəçinin müraciətinin həlli mümkün olmamış və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizənin təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X4 göstərdi ki, iş üzrə Ərizəçi onun qohumudur. Ərizəçinin atası X7 olmuş və o, xx xxxxxxxx 2005-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin valideynlərinin nikah şəhadətnaməsində və ərizəçinin doğum haqqında şəhadətnaməsində həqiqətən ərizəçinin atasının adı Yusif olduğu halda düzgün olmayaraq «İsif kimi yazılmışdır. Ərizəçi həmin sənədlərdə düzəliş edilməsi məsələsini digər qaydada həll edə bilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin digər qohumu Ərzumanov Qurbəddin Nöhbala oğlu şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Mülki işə əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatları barədə elektron portaldan çıxarışdın görünür ki, ərizəçinin şəxsiyyəti Ərizəçi olmaqla Xaçmaz rayonunun Nağı-oba kəndində qeydiyyatdadır. Mülki işə əlavə xx xxxxxxxx 1963-cü il tarixli, İ-İE seriyalı, 352277 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin valideynləri xx xxxxxxx 1963cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. İstinad olunan evlənmək haqqında şəhadətnamədən müəyyən olunur ki, həmin şəhadətnamədə ərizəçinin atasının adı «Yusif» olduğu halda «İsif» kimi yazılmışdır. Mülki işə əlavə olunmuş xx xxxxxx 1969-cu il tarixli, AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1969-cu ildə Xaçmaz rayonunun Nağı-oba kəndində anadan olmuşdur. İstinad olunan doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, həmin şəhadətnamədə ərizəçinin atasının adı «Yusif» olduğu halda «İsif» kimi yazılmışdır. Mülki işə əlavə olunmuş xx xxxxxxx 2005-ci il tarixli, AZ-İ seriyalı, 156626 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin atası X7 xx xxxxxxxx 2005-ci ildə Xaçmaz rayonunun Nağı-oba kəndində vəfat etmişdir. Mülki işə əlavə edilmiş Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli, 310 saylı məktubdan görünür ki, Ərizəçi Maraqlı şəxsnə müraciət edərək mərhum valideynlərinə məxsus evlənmək haqqında şəhadətnamədə və özünə məxsus doğum haqqında şəhadətnamədə ata adının İsifdən Yusifə düzəliş edilməsini xahiş etmişdir. Lakin vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyata düzəliş edilməsi üçün kifayət qədər əsas olmadığı bildirilməklə ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, mülki iş üzrə toplanmış sənədləri hərtərəfli tədqiq edib belə bir nəticəyə gəlir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi atası X7 olmuşdur. Ərizəçinin X1r. Yusif Muradxanov xx xxxxxxxx 2005-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin valideynləri xx xxxxxxx 1963-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Lakin nikah rəsmiləşdirilərkən evlənmək haqqında şəhadətnamədə Qeydiyyat orqanı tərəfindən ərizəçinin atasının adı «Yusif» yazılmalı olduğu halda düzgün olmayaraq «İsif» kimi qeyd olunmuşdur. Bu səbəbdən də ərizəçinin adına Qeydiyyat orqanı tərəfindən doğum haqqında şəhadətnamə yazılarkən həmin doğum haqqında şəhadətnamədə ata adı «Yusif» yazılmalı olduğu halda düzgün olmayaraq «İsif» kimi yazılmış və həmin doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi verilərkən şəxsiyyət vəsiqəsində də ərizəçinin atasının adı doğum şəhadətnaməsinə uyğun olaraq düzgün olmayaraq «İsif» kimi yazılmışdır. Bu hal vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı zamanı ərizəçinin atasının adının düzgün olmayaraq yazılması səbəbindən baş vermişdir. Hal-hazırda zərurət yarandığından Ərizəçi Maraqlı şəxsnə müraciət edərək vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyata düzəliş edilməsini xahiş etmişdir. Lakin qeydiyyat şöbəsi tərəfindən müraciətinin müsbət həlli mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir Həmin Məcəllənin 307.1.7-ci maddəsinə əsasən məhkəmə digər işlərlə yanaşı vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək, hazırki iş üzrə hüquq haqqında mübahisə olmamasını, müvafiq düzəlişin edilməsinə müvafiq icra hakimiyyəti tərəfindən imtina olunduğunu, həmçinin iş üzrə tədqiq edilmiş bütün sübutları və ərizəçinin xahişini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin mərhum atası X7 ilə anası X5 arasında olan nikaha dair xx xxxxxxxx 1963-cü il tarixli, 352277 nömrəli evlənmə haqqında şəhadətnamədə və ərizəçinin adına yazılmış xx xxxxxx 1969-cu il tarixli, ******* nömrəli doğum haqqında şəhadətnamədə atasının adının Qeydiyyat orqanı tərəfindən «Yusif» yazılmalı olduğu halda düzgün olmayaraq «İsif» kimi yazılmaqla vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı kitablarında qeydlərin düzgün olmaması müəyyən edilməli və qeyd olunan evlənmək haqqında və doğum haqqında şəhadətnamələrin qeydiyyatı kitablarında “İsif“ adına düzəliş edilərək ərizəçinin atasının adı “Yusif” kimi yazılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307, 339, 341 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi mərhum atası X7 ilə anası X5 arasında olan nikaha dair xx xxxxxxxx 1963-cü il tarixli, 352277 nömrəli evlənmə haqqında şəhadətnamədə və ərizəçinin adına yazılmış xx xxxxxx 1969-cu il tarixli, ******* nömrəli doğum haqqında şəhadətnamədə atasının adının Qeydiyyat orqanı tərəfindən «Yusif» yazılmalı olduğu halda düzgün olmayaraq «İsif» kimi yazılmaqla vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı kitablarında qeydlərin düzgün olmaması müəyyən edilməli və qeyd olunan evlənmək haqqında və doğum haqqında şəhadətnamələrin qeydiyyatı kitablarında “İsif“ adına düzəliş edilərək ərizəçinin atasının adı "Yusif" kimi yazılsın. Qətnamə düzəlişin edilməsi və yeni nikah və doğum haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-2225/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2225/2020
05.11.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver