Məhkəmə qərarları › İş №2(067)-2254/2020

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2254/2020

25.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2254/2020 25.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, Cavabdeh X1 nümayəndəsi, eyni zamanda cavabdeh X7 iştirakı ilə İddiaçı X4 və X12 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçıməhkəmədə iddia qaldıraraq cavabdehlərdən 35200 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, bu iddiaya artıq bir dəfə baxılıb, yenidən baxıla bilməz. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Xacmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-356 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, X1, X7, X2, X8, X9, X13 və X3 İddiaçı məxsus Xaçmaz rayonu Aşağı Zeyid kəndində yerləşən yaşayış evindən çıxarılmaları, mübahisəli evə dair sənədlərin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı 1600 ABŞ dolları məbləğində pul və pulun onda saxlanıldığı 22 il müddət üçün illik 5% olmaqla 1760 ABŞ dolları məbləğində pul, cəmi 3360 ABŞ dolları məbləğində pulun qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatlatutularaq X12 verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(105)-1589/2020 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(067)-356/2020 nömrəli qətnaməsi qismən ləğv edilmişdir. İddiacı İddiaçı cavabdehlər X4, X12, X5, X14, X15, X16 və X6 qarşı evdən çıxarılma, sənədlərin ona geri qaytarılması və pul tələbinə dair ilkin iddia qismən təmin edilmiş, X7 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmişdir. X10, X17, X11, X18, X19, X20 və X3iddiacı İddiaçı məxsus Xaçmaz rayonu Aşağı Zeyid kəndində yerləşən yaşayış evindən çıxarılmaları, mübahisəli evə dair qeydiyyat vəsiqəsinin və texzniki pasportun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İddianın qalan hissəsi isə təmin edilməmişdir. İddiaçı 1600 ABŞ dolları məbləğində pul qətnamənin icra ediləcəyi gün ABŞ dollarının azərbaycan manatına məzənnə nisbətində manatla tutularaq X12 verilməsi qət edilmişdir. Göründüyü kimi hazırki iddia üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə müvafiq olaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X4 və X12 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar