Məhkəmə qərarları › İş №2(067)-2319/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2319/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2319/2022 06.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində 06 sentyabr 2022-ci ildə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Sığorta Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il tarixdə baş vermiş yol -nəqliyyat hadisəsi nəticəsində X1 dəyən az ağır dərəcəli zərərə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 1500 AZN (bir min beş yüz manat) sığota ödənişi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35.40 manat məbləğin Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə idarə etdiyi “Mazda-3” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Hacıbəyov küçəsi ilə 9-cu mikrorayon dairəsi istiqamətində hərəkətdə olarkən Yol hərəkəti qaydasını pozaraq yolun sol hissəsi ilə keçən piyada X3 vurmuş və nəticədə piyada X5 hadisə yerində az ağır dərəcəli xəsarət almışdır. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh avtomobili etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Xaçmaz Şəhər Məhkəməsi 1(060)-439/2016 saylı hökmündə öz əksini tapmışdır. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən az ağır dərəcəli xəsarətə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 30%-ni təşkil edir. X4 vurduğu az ağır dərəcəli xəsarətə görə 1500 (bir min beş yüz manat 0 qəpik) manat sığorta ödənişi təyin olunmuşdur. PAT **********9 saylı sığorta Müqaviləsinin 034206 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 1500 (bir min beş yüz manat 0 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Göstərilənlərə əsasən qeyd olunan yol nəqliyyat hadisəs nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 1500 (bir min beş yüz manat 0 qəpik) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Cavabdeh avtomobili etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçı Sığorta Şirkəti məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarına onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh onun oğludur. İddianı qəbul etmir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin xərcləri və ona dəymiş ziyan tərəflərindən ödənilmişdir. Zərərçəkmiş şəxs Azərin onlardan əlavə tələbi olmamışdır. Hadisə nəticəsində oğlu təqsirli bilinərək barəsində hökm oxunmuşdur. Həmin hökmə əsasən oğlu bir il azadlıqdan məhrum olunmuşdur. Ona görədə hazırki tələb üzrə sığorta ödənişinin oğlundan tələb olunması əsassızdır. Zərərçəkmiş şəxsin sığorta şirkətindən ödəniş alması barədə məlumatı olmamışdır. Məhkəmə cavabdehin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 034206 nömrəli sığorta aktından müəyyən olunur ki, Mazda 3 markalı 99 HK533 dövlət qeydiyyat nişanlı avtomobilə görə sığorta ödənişinin məbləği 55000 manat təşkil edir. İş materiallarında olan PAT **********9 saylı sığorta Müqaviləsindən müəyyən olunur ki, 034206 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 1500 (bir min beş yüz manat 0 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. İş materiallarında olan hökmdən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 128, 221.1 234.1 və 263-1.1-ci maddələrin ilə təqsirli bilinərək 1(bir) il müddətinə azadlıqdan məhrum edilmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxs (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-cı maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmində ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrinin, mexanizmlərin, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən, və i.a istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə bocludurlar, bu şərtlə ki, zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin olduğu müddət ərzində baş verən hadisə və yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istsmar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1500 manat məbləğində pul və ödənilmiş 35,40 manat dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar