Məhkəmə qərarları › İş №2(067)-2331/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2331/2023

28.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2331/2023 28.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1 ilə, İddiaçı Cavabdeh qarşı payın ayrılması və naturada bölgü tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci il tarixli JN-41A KOD 30220028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Xaçmaz rayonu, Qoçaqlı kəndində ümumi birgə 0.15 ha fərdi yaşayış təyinatlı torpaq sahəsindən onun payına düşən 0.05 torpaq sahəsinin və xx.xx.1998-ci il tarixli JN-041B KOD 30220028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Xaçmaz rayonu, Qoçaqlı kəndındə ümumi birgə 0.10 ha fərdi yaşayış təyinatlı torpaq sahəsindən onun payına düşən 0.03 ha torpaq sahəsinin ayrılaraq, naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6.-cımaddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki,iddia baxılmamış saxlanılmalıdır. AR MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı payın ayrılması və naturada bölgü tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah olunsun ki, ərizə ilə məhkəməyə yenidən müraciət etməyə hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar