Məhkəmə qərarları › İş №2(067)-2342/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2342/2021

16.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2342/2021 16.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı Nəriman oğlunun iştirakı ilə, İddiaçı Nəriman oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X17, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, X18, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, X4, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30, Cavabdeh31, Cavabdeh32, Cavabdeh33, Cavabdeh34, Cavabdeh35, Cavabdeh36, Cavabdeh37, Cavabdeh38, Cavabdeh39, Cavabdeh40, Cavabdeh41, Cavabdeh42 və Cavabdeh43 qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki işə 16 sentyabr 2021ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Nəriman oğlu məhkəmədə iddia qaldıraraq, cavabdehlərin **********53 reyestr nömrəli, **********31 reyestr nömrəli, **********72 reyestr nömrəli, **********02 reyestr nömrəli, **********62 reyestr nömrəli, **********34 reyestr nömrəli, **********86 reyestr nömrəli, **********03 reyestr nömrəli, **********11 reyestr nömrəli mülkivvət sənədlərində göstərilən torpaq sahəsini, JN-0002 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-221 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-111 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-0034 savlı dövlət aktında göstərilən torpaq sahəsini, JN-102 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-106 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-0059 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-1101 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-214 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-213 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-0041 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-0033 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN- 0046 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-0066 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN- 0065 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN- 0014 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-0089 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-0072 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN- 0097 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-130 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-0037 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-0049 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-0099 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-0061 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-0010 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-118 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-0006 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-0065 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-106 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-110 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-0034 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-133 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-132 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-0008 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-0040 saylı dövlət aktında göstərilən torpaq sahəsini, JN-0084 saylı dövlət aktında göstərilən torpaq sahəsini və JN-129 saylı dövlət aktında göstərilən torpaq sahələrini 15 mart 2004-cü il tarixdə onlara satmalarına dair aralarında baş tutmuş əqdin etibarlı hesab edilməsi və torpaq sahələrinə mülkiyyət, hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Nəriman oğlu iddiasını onunla əsaslandırmışdır ki, onun Xaçmaz rayonunun Şimali kəndində təsərrüfatı vardır. Cavabdehlər Xaçmaz rayonunun Şimali kənd sakinləri idilər. 2004-cü ilin mart ayında cavabdehlər ona özlərinə məxsus Xaçmaz rayonunun Şimali, Tel və Nabran kəndlərində yerləşən pay torpaq sahələrini, satdıqlarını bildirdilər. Məhz buna görə o, cavabdehlərin yanına qedərək bununla əlaqədar maraqlanmışdır. Cavabdehlər özlərinə məxsus pay torpaq sahələrini satmaq fikrində olduqlarını bildirmişlər. Pay torpaq sahəsini təcili olaraq satmaqda məqsədlərini özlərinə münasib yerdən pay torpaq sahəsini almaq fikirləri olduğu ilə izah etmişlər. Cavabdehlərin satdığı pay torpaq sahələri bir ərazini əhatə etdiyi və onun təsərrüfatına yaxın olduğu üçün pay torpaq sahəsini almaq fikirinə düşmüşdür. Cavabdehlərlə qarşılıqlı olaraq qiymət razılaşmışlar. Razılaşmaya əsasən hər bir hektar üçün o, cavabdehlərə 3.000 ABŞ dolları ödəməli idi. O, razılaşdıqları məbləği şahidlərin iştirakı ilə razılaşdıqları gün, yəni 15 mart 2004-cü il tarixdə cavabdehlərə ödəmiş və satılan pay-torpaq sahələrini satın almış, həmçinin, cavabdehlərlə aralarında pay torpaqlarının alqı-satqısına dair əqd baş tutmuşdur. Cavabdehlərlə razılaşmaları əsasında onlar alqı-satqının rəsimləşdirilməsini öz üzərlərinə götürərək, qısa müddət ərzində notariat kontoruna gedib aralarında bağlanmış əqdin rəsmiləşdirəcəyini vəd etmişlər. O, cavabdehlərə etibar etdiyi üçün onlara inanmış və alqısatqının rəsmiləşdirilməsi üçün zəruri olan sənədələri hazırlayaraq əqdin rəsmiləşdirilməsi üçün onlara vaxt vermişdir. Lakin sonradan torpaqları ona satmış şəxslərdən bir necəsi vəfat etdiyindən alqı-satqının rəsmiləşdirilməsi baş tutmamış və cavabdehlər zəruri sənədləri hazırlayaraq vərəsəlik məsələləri ilə məşğul olmaqla satdıqları torpaq sahələrini adlarına rəsmiləşdirməkdən yayınmışlar. Torpaqları ona satmış cavabdehlərin dövlət aktlarında adlarında və soyadlarında uyğunsuzluq yarandığından onlar dövlət aktlarını yeniləyərək mülkiyyət sənədləri (çıxarışlar) almışlar. Lakin yeni mülkiyyət sənədlərini almaqlarına baxmayaraq bu günə kimi satın aldıqları pay torpaq sahələrini onun adına rəsmiləşdirməkdən yayınırlar. O, cavabdehlərə hər dəfə bu barədə müraciət etmiş, lakin nəticəsi olmamışdır. Satın aldığı pay torpaq sahələri 2001-ci ilin yanvar ayından etibarən onun istifadəsindədirlər. Həmin vaxt qüvvədə olmuş AR MM-nin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat, qaydasında təsdiqlənməsi tələb olunan əqdin tamamilə və qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırarsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdin etibarlı saymaq ixtiyarı vardır. O, notarial qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etmişdir. Lakin cavabdehlərin hərəkətləri nəticəsində faktiki olaraq aralarında baş tutulmuş əqd rəsmiləşdirilmədən qalmışdır. Cavabdehlər üzərlərinə götürdükləri öhtəlikləri icra etməmələrinə görə onun hüquqları pozulmuşdur. Ona görə də hazırkıiddia ərizə ilə məhkəməyə müraciət etməli olmuş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Nəriman oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq torpaq sahələrinin pulunu cavabdehlərin hər birinə onların evində həmin vaxt onların həmkəndliləri olmuş X21 və X26 yanında verdiyini, 2004-cü ildən cavabdehlərdən satın aldığı torpağın vergilərini köçürərək torpaq sahəsindən öz torpağı kimi istifadə etdiyini, torpaq sahələrinə dair heç kimin tələbi olmadığını, iddiası ilə bağlı məhkəməyə şahidlərini təqdim etdiyini, başqa təqdim edəcəyi sübutunun olmadığını bildirərək, ididianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X17, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, X18, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, X4, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30, Cavabdeh31, Cavabdeh32, Cavabdeh33, Cavabdeh34, Cavabdeh35, Cavabdeh36, Cavabdeh37, Cavabdeh38, Cavabdeh39, Cavabdeh40, Cavabdeh41, Cavabdeh42 və Cavabdeh43 iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iddiaçının fikrini dinləyib Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X27 ifadə verərək göstərmişdir ki, İddiaçı Nəriman oğlu tanışıdır, həmçinin cavabdehlər də həmkəndlisi olmuşlar. Onun tərəflərlə qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. İddiaçının Xaçmaz rayonunun Şimali kəndində təsərrüfatı vardır. Cavabdehlər də Şimali kənd sakinləridir. 2004-cü ilin mart ayında iddiaçı cavabdehlərin özlərinə məxsus Xaçmaz rayonunun Şimali, Tel və Nabran kəndlərində yerləşən pay torpaq sahələrini satdıqlarını öyrənib onların yanına getmişdir. Cavabdehlərin satdıqları pay torpaq sahələri bir ərazini əhatə etdiyi və təsərrüfatına yaxın olduğu üçün iddiaçı pay torpaq sahələrini almaq qərarına gəlmişdir. O, cavabdehlərlə qarşılıqlı olaraq hər bir hektar torpağın qiymətini 3000 ABŞ dollarına razılaşmışdır. Bu söhbət onun yanında olmuşdur. İddiaçı razılaşdıqları məbləği X26 və onun yanında 15 mart 2004-cü il tarixdə cavabdehlərə ödəmiş və satılan pay torpaq sahələrini satın almışdır. Həmin ildən pay torpaq sahələri iddiaçının istifadəsində və sahibliyindədir. İddiaçı cavabdehlərlə qısa müddət ərzində notariat kontoruna gedib aralarında bağlanmış əqdi rəsmiləşdirəcəklərini razılaşdırmışdır, lakin hazırkı vaxtadək cavabdehlər notariat kontoruna gedib əqdi rəsimləşdirməkdən müxtəlif bəhanələrlə yayınırlar. Məhkəmə iclasında şahid qismində dindirilən X31 ifadə verərək göstərmişdir ki, İddiaçı Nəriman oğlu tanışıdır, həmçinin cavabdehlər də həmkəndlisi olmuşlar. Onun tərəflərlə qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. İddiaçının Xaçmaz rayonunun Şimali kəndində təsərrüfatı vardır. Cavabdehlər də Şimali kənd sakinləridir. 2004-cü ilin mart ayında cavabdehlərin özlərinə məxsus Xaçmaz rayonunun Şimali, Tel və Nabran kəndlərində yerləşən pay torpaq sahələrini satdıqlarını öyrənib iddiaçı cavabdehlərin yanına getmişdir. Cavabdehlərin satdıqları pay torpaq sahələri bir ərazini əhatə etdiyi üçün təsərrüfatına yaxın olduğu üçün iddiaçı pay torpaq sahələrini almaq qərarına gəlmişdir. O, cavabdehlərlə qarşılıqlı olaraq hər bir hektar torpağın qiymətini 3000 ABŞ dollarına razılaşmışdır. Bu söhbət onun yanında olmuşdur. İddiaçı razılaşdıqları məbləği X27, oğlunun və onun yanında 15 mart 2004-cü il tarixdə cavabdehlərə ödəmiş və satılan pay torpaq sahələrini satın almışdır. Həmin ildən pay torpaq sahələri iddiaçının istifadəsində və sahibliyindədir. İddiaçı cavabdehlərlə razılaşmışdı ki, cavabdehlər qısa müddət ərzində notariat kontoruna gedib aralarında bağlanmış əqdi rəsmiləşdirəcəklər, lakin hazırkı vaxtadək cavabdehlər notariat kontoruna gedib əqdi rəsimləşdirməkdən müxtəlif bəhanələrlə yayınırar. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X17, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, X18, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, X4, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30, Cavabdeh31, Cavabdeh32, Cavabdeh33, Cavabdeh34, Cavabdeh35, Cavabdeh36, Cavabdeh37, Cavabdeh38, Cavabdeh39, Cavabdeh40, Cavabdeh41, Cavabdeh42, Cavabdeh43 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri təqdim edilməsi üçün Xaçmaz rayon İHB-nın Şimali kənd İƏD üzrə nümayəndəliyinə təqdim edilmiş, lakin cavabdehlərin məlum olan son yaşayış yerləri olan Xaçmaz rayonunun Şimali kəndində yaşamamaları bə olduqları yerlərin məlum olmaması barədə qeyd aparılmaqla, məhkəmə bildirişləri geri qaytarılmışdır. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Sıfırbıyovnanın, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X14, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, X15, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, X2, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30, Cavabdeh31, Cavabdeh32, Cavabdeh33, Cavabdeh34, Cavabdeh35, Cavabdeh36, Cavabdeh37, Cavabdeh38, Cavabdeh39, Cavabdeh40, Cavabdeh41, Cavabdeh42, Cavabdeh43 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə Xaçmaz rayonunun Şimali, Tel və Nabran kəndlərində yerləşən pay torpaq sahələrininin alqı-satqısına dair tərəflərin aralarında15 mart 2004-cü il tarixdə baş tutmuş əqdin etibarlı hesab edilməsi üçün əsasların olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iş materiallarında olan JN-0097 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayonun AİK-nın 26.12.1998ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh11 Xaçmaz rayonunun Şimali kəndində 0.28 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-213 seriyalı 30216018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh34 Xaçmaz rayonunun Nabran kəndində 0.28 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-0072 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh12 qızına Xaçmaz rayonunun Şimali kəndində 0.56 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 0**********62 saylı çıxarışdan və AA seriyalı 579543 saylı Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonunun Şimali kəndi ərazisində yerləşən 1.12 ha torpaq sahəsi Cavabdeh6 məxsusdur. İş materiallarında olan DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********34 saylı çıxarışdan və AA seriyalı 579456 saylı Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonunun Şimali kəndində yerləşən 1.6817 ha torpaq sahəsi Cavabdeh5 məxsusdur. İş materiallarında olan DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********86 saylı çıxarışdan və AA seriyalı 579230 saylı Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonunun Şimali kəndində yerləşən 1.1211 ha torpaq sahəsi Cavabdeh4 məxsusdur. İş materiallarında olan DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********03 saylı çıxarışdan və AA seriyalı 578797 saylı Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonunun Tel kəndindən yerləşən 0.28 ha torpaq sahəsi Cavabdeh35 məxsusdur. İş materiallarında olan DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********72 saylı çıxarışdan və AA seriyalı 579627 saylı Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonunun Şimali kəndindən yertləşən 1.4014 ha torpaq sahəsi Cavabdeh7 məxsusdur. İş materiallarında olan DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********02 saylı çıxarışdan və AA seriyalı 579458 saylı Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonunun Şimali kəndində yerləşən 1.40 ha torpaq sahəsi X17 məxsusdur. İş materiallarında olan DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********53 saylı çıxarışdan və AA seriyalı 579231 saylı Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonunun Şimali kəndindən yerləşən 0,8408 ha torpaq sahəsi Cavabdeh2 məxsusdur. İş materiallarında olan DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən **********31 saylı çıxarışdan və AA seriyalı 579457 saylı Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonunun Şimali kəndindən verilmiş 0.56 ha torpaq sahəsi Cavabdeh1 məxsusdur. İş materiallarında olan DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarışdan və AA seriyalı 007820 saylı Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonunun Tel kəndindən yerləşən 1.0273 ha torpaq sahəsi Cavabdeh3 məxsusdur. İş materiallarında olan JN-0041 seriyalı 30216028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh39 Xaçmaz rayonunun Tel kəndində 0.28 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-0033 seriyalı 30216028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə X28 Xaçmaz rayonunun Tel kəndindən 1.34 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-0084 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh23 Xaçmaz rayonunun Şimali kəndindən verilmiş 1.40 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-132 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh27 Xaçmaz rayonunun Şimali kəndində 0.28 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-133 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh28 Xaçmaz rayonunun Şimali kəndində 0.28 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-0008 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayonunun AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh26 Xaçmaz rayonunun Şimali kəndindən 0.56 ha torpaq sahəsi ayrılmışdır İş materiallarında olan JN-0046 seriyalı 30216028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh38 Xaçmaz rayonunun Tel kəndindən verilmiş 1.89 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-0006 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh18 Xaçmaz rayonunun Şimali kəndindən 0.28 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-129 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh22 Xaçmaz rayonunun Şimali kəndindən 0.28 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-0099 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayonunun AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh41 Xaçmaz rayonunun Şimali kəndində 0.56 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-130 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh10 Xaçmaz rayonunun Şimali kəndindən verilmiş 0.28 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-0065 seriyalı 30216028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh32 Xaçmaz rayonunun Tel kəndindən 0.28 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-0037 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh9 Xaçmaz rayonunun Şimali kəndində 1.68 ha torpaq sahəsi məxsusdur. İş materiallarında olan JN-0014 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə X18 Xaçmaz rayonunun Şimali kəndində 0.84 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-0066 seriyalı 30216028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh36 Xaçmaz rayonunun Tel kəndində 1.09 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-0089 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh14 Xaçmaz rayonunun Şimali kəndindən 0.28 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-0010 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh15 Xaçmaz rayonunun Şimali kəndindən 1.12 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-0061 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayonunun AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh21 Xaçmaz rayonunun Şimali kəndində 1.40 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-0049 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh42 Xaçmaz rayonunun Şimali kəndində 0.28 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-118 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayonunun AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh19 Xaçmaz rayonunun Şimali kəndində 1.40 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-0065 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə X9 Xaçmaz rayonunun Şimali kəndində 1.40 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-214 seriyalı 30216018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh33 Xaçmaz rayonunun Nabran kəndində 0,28 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-0040 seriyalı 30216028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh37 Xaçmaz rayonunun Tel kəndində 0,45 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-0016 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə X5 Xaçmaz rayonunun Şimali kəndində 1,12 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-0043 seriyalı 30216028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə X1 Xaçmaz rayonunun Tel kəndində 0.56 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-110 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh29 Xaçmaz rayonunun Şimali kəndində 0.84 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-0059 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə X3 Xaçmaz rayonunun Şimali kəndində 1.12 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-106 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh16 Xaçmaz rayonunun Şimali kəndində 0.56 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-102 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə X8 Xaçmaz rayonunun Şimali kəndində 0.28 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-0034 seriyalı 30216028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh30 Xaçmaz rayonunun Tel kəndində 0.34 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-111 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə X6 Xaçmaz rayonunun Şimali kəndində 1.12 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-221 seriyalı 30216018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə Atluxanov Yarəhməd Atluxanoviçə Xaçmaz rayonunun Nabran kəndində 0,28 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-0002 seriyalı 30216037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 26.12.1998-ci il tarixli 14 saylı qərarı ilə X10 Xaçmaz rayonunun Şimali kəndində 0,28 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan 05.08.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 20 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmə əqdi etibarlı saya bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib, əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendum ilə qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Avropa Məhkəməsinin presedentini Konvensiya müddəalarının şərhi kimi qəbul etsək, göstərilən şərhlərə Konvensiyanın tərkib hissəsi kimi baxılmalıdır. Belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında bütün məhkəmələr Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarını Konvensiyanın mətni ilə yanaşı, həmçinin Avropa Məhkəməsinin qərarlarında ona verilən şərhə uyğun tətbiq etməlidir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi özünün “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun F.Hüseynovun və A.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il tarixli qərarında izah edilir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsepsual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna blər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Konstitusiya Məhkəməsinin həmin qərarında qeyd edilir ki, belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin özünə məxsus torpaq sahəsini satın almaq barədə sonuncu ilə razılığa gəldikdən sonra notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etdiyindən, cavabdehlər isə əqdi notarial qaydada təsdiq etmədiklərindən, həmin əqd də iddiaçının tələbi ilə etibarlı hesab edilməlidir. Bütün yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X17, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, X18, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, X4, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30, Cavabdeh31, Cavabdeh32, Cavabdeh33, Cavabdeh34, Cavabdeh35, Cavabdeh36, Cavabdeh37, Cavabdeh38, Cavabdeh39, Cavabdeh40, Cavabdeh41, Cavabdeh42, Cavabdeh43 məxsus Xaçmaz rayonunun Şimali, Tel və Nabran kəndlərində yerləşən pay torpaq sahələrinin alqı-satqısına dair cavabdehlərlə İddiaçı Nəriman oğlu ilə aralarında 15 mart 2004-cü il tarixdə baş tutmuş əqd etibarlı hesab edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-cı, 241- 242-ci, 244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Xaçmaz rayonunun Şimali, Tel və Nabran kəndlərində yerləşən pay torpaq sahələrinin alqı-satqısına dair İddiaçı Nəriman oğlu və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X22, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, X23, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, X7, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30, Cavabdeh31, Cavabdeh32, Cavabdeh33, Cavabdeh34, Cavabdeh35, Cavabdeh36, Cavabdeh37, Cavabdeh38, Cavabdeh39, Cavabdeh40, Cavabdeh41, Cavabdeh42 və Cavabdeh43 arasında 15 mart 2004-cü il tarixdə baş tutmuş əqdlər etibarlı hesab edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar