Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2345/2021 28.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, İddiaçı2, İddiaçılar İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cavabdeh qarşı “Əqdin etibarsız hesab edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7 ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2018-ci tarixli, 4Ə-700 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestrindən Cavabdeh adına verilmiş 17 mart 2021-ci tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək göstərdi ki, iddiaçılar İddiaçı2, İddiaçı1 və azyaşlı uşaqları X12 və X3 şəhəri, Aşıq Ələsgər küçəsi 45 ünvanında yaşayırlar və həmin ünvanda qeydiyyatdadırlar. Onlar həmin ünvanda yaşayan vaxtlarda X6 ilə Cavabdeh arasında daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə iddiaçılara məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəsindən 0.01704 ha torpaq sahəsi X4 verdiyi və Xaçmaz rayon 1 saylı Dövlət notariat kontorunda təsdiq edilmiş 11 iyul 2017-ci il tarixli, 4Ə-1474 reyestr nömrəli bağışlanma müqaviləsinə və 7E-16241 reyestr nömrəli bölgü planına əsasən İddiaçı2 adına özgəninkiləşdirilmiş, yerdə qalan 0.04296 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə X4 adına dövlət reyestrindən 25.01.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********70-10301 reyestr nömrəli çıxarış işlənmişdir. Bundan əlavə X6 adına olan 0.04296 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini Xaçmaz rayonu 1 saylı Dövlət notariat kontorunda təsdiq edilmiş 05 aprel 2018-ci tarixli, 4Ə-700 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirmiş və həmin bağışlama müqaviləsi əsasında Cavabdeh adına 17 mart 2021-ci tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış işlənmişdir. X1 ilə Cavabdeh arasında daşınmaz əmlakın bağışlanmasına dair müqavilə bağlanarkən iddiaçılar İddiaçı2 və İddiaçı1 razılığı alınmamışdır. 16 fevral 2019-cu il tarixdə X6 vəfat etmişdir. X2 bağışlama müqaviləsinə əsasən torpaq sahəsini və evini Cavabdeh adına özgəninkiləşdirilməsi və dövlət reyestrindən Cavabdeh adına reyestrdən çıxarış sənədi verilməsindən iddiaçıların məlumatı olmamışdır. Yalnız 2021-ci ilin iyun ayında müvafiq sorğu ilə sənədlərin alınmasından sonra bu proseslərin həyata keçirildiyi iddiaçılara məlum olmuşdur. Daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı bağışlama müqaviləsi bağlanarkən müqavilənin etibarlı olması üçün həmin əmlakda qeydiyyatda olan şəxslərin razılığı tələb olunur. Mübahisələndirilən bağışlama müqaviləsi bağlanarkən qanun pozuntusuna yol verilməklə notariusa təqdim edilmiş arayışda bağışlanan ünvanda bir nəfərinmülkiyyətçinin qeydiyyatda olduğu göstərilmişdir. İddia ərizəsinə əlavə olunmuş arayışla da təsdiq olunur ki, iddiaçılar həmin ünvanda qeydiyyatdadırlar. Həmçinin iddiaçıların şəxsiyyət vəsiqələri ilə də bağışlama müqaviləsi bağlanmamışdan əvvəl və həmin dövrdə də iddiaçılar qeyd olunan ünvanda qeydiyyatda olmuşlar. Beləliklə hesab edir ki, mübahisələndirilən müqavilə rəsmiləşdirilərkən iddiaçıların razılığı alınmadığından həmin müqavilə qanunsuz bağlanmış əqd olduğundan etibarsız hesab edilməli və həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarış ləğv ededilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini, X7 ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2018-ci tarixli, 4Ə-700 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestrindən Cavabdeh adma verilmiş 17 mart 2021-ci tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən İddiaçı2 iddiasını müdafiə edərək eyni məzmunlu izahat verməklə iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, mərhum X8 onun nənəsi olmuşdur. İş üzrə İddiaçı2 onun əmisi oğludur. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsi mərhum X18ya məxsus olmuşdur. X18 Xaçmaz rayon 1 saylı Notariat Kontorunda təsdiq edilmiş 11 iyul 2017-ci il tarixli, 4Ə-1474 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən və 7E-16241 reyestr nömrəli bölgü planına əsasən özünə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəsindən 0.01704 ha torpaq sahəsini İddiaçı2 bağışlamış, yerdə qalan 0.04296 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə X5 adına dövlət reyestrindən çıxarış işlənmişdir. Sonradan nənəsi Zina Xaçmaz rayon 1 saylı Notariat Kontorunda təsdiq edilmiş 05 aprel 2018-ci tarixli, 4Ə-700 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özünə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini və evin yerləşdiyi 0,04296 ha torpaq sahəsini ona bağışlamışdır. Həmin bağışlama müqaviləsi əsasında qeyd olunan daşınmaz əmlaklara mülkiyyət hüququna dair onun adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi verilmişdir. X18 mülkiyyətçi olaraq əmlakınının bir hissəsini öz iradə ifadəsi əsasında iddiaçılardan İddiaçı2, bir hissəsini isə ona bağışlamışdır. Hesab edir ki, mülkiyyətçi olan X18 öz əmlakı üzərində müstəqil sərəncam vermək hüququna malik olan şəxs olmuşdur və belə olduğu halda o, əmlakını bağışlayaraq sərəncam hüququnu həyata keçirərkən özgəninkiləşdirdiyi evdə qeydiyyatda olan şəxslərin razılığının alınmasına zərurət olmamışdır. Belə hesab edir ki, əmlakların ona bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə həmin qənaətə aşağıda sadalanan sübutların məcmusuna əsasən gəlir: Belə ki, iş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iş üzrə Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 25 yanvar 2018-ci il tarixli, **********70-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz şəhəri, Aşıq Ələskər küçəsi 45 nömrəli yaşayış evi və evin yerləşdiyi 0,04296 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X2 mülkiyyətində olmuşdur. İş materiallarında olan 05 aprel 2018-ci il tarixli, 4Ə-700 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviəsinin surətindən görünür ki, X6 xüsusi mülkiyyətinə aid Xaçmaz şəhəri, Aşıq Ələskər küçəsi 45 nömrəli yaşayış evini və evin yerləşdiyi 0,04296 ha həyətyanı torpaq sahəsini Cavabdeh bağışlamışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli, **********50 nömrəli məktubdan görünür ki, 19 iyun 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X2 mülkiyyətində olmuşdur. Həmin yaşayış evinin yerləşdiri 0,06 ha həyətyanı torpaq sahəsindən 0.01704 ha torpaq sahəsi X4 verdiyi, Xaçmaz rayonu 1 saylı Dövlət notariat kontorunda təsdiq edilmiş 11 iyul 2017-ci il tarixli, 4Ə-1474 reyestr nömrəli bağışlanma müqaviləsinə və 7E-16241 reyestr nömrəli bölgü planına əsasən İddiaçı2 adına özgəninkiləşdirilmiş, yerdə qalan 0.04296 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə X4 adına dövlət reyestrindən 25.01.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********70-10301 reyestr nömrəli çıxarış işlənmişdir. Bundan əlavə X6 adına olan 0.04296 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini Xaçmaz rayonu 1 saylı Dövlət notariat kontorunda təsdiq edilmiş 05 aprel 2018-ci tarixli, 4Ə-700 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirmiş və və həmin bağışlama müqaviləsi əsasında həmin əmlaklara dair Cavabdeh adına 17 mart 2021-ci tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış işlənmişdir. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli və AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən və Xaçmaz rayon Polis Şöbəsinin 27.10.2021-ci il taixli məktubundan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 13 mart 2015-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadırlar. Tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, Xaçmaz şəhəri, Aşıq Ələskər küçəsi 45 nömrəli yaşayış evi və evin yerləşdiyi 0,04296 ha həyətyanı torpaq sahəsi X2 xüsusi mülkiyyətinə aid əmlak olmuş, sonuncu həmin əmlakları 05 aprel 2018-ci il tarixdə hazırda iş üzrə cavabdeh olan nəvəsi Cavabdeh bağışlamış, həmin bağışlama müqaviləsi əsasında Cavabdeh 17 mart 2021-ci il tarixdə həmin əmlaklara mülkiyyət hüququna dair adına reyestrdən çıxarış sənədi almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edır ki, bağışlama müqaviləsi təsdiq edildiyi zaman Xaçmaz şəhəri, Aşıq Ələskər küçəsi 45 nömrəli yaşayış evi və evin yerləşdiyi 0,04296 ha həyətyanı torpaq sahəsi X2 xüsusi mülkiyyətinə aid əmlak olduğundan həmin vaxt sonuncunun bağışladığı əmlaklar üzərində öz mülahizəsinə əsasən sahiblik etmək, onun barəsində sərəncam vermək və ondan istifadə etmək hüququ olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, X2 xüsusi mülkiyyətinə aid Xaçmaz şəhəri, Aşıq Ələskər küçəsi 45 nömrəli yaşayış evi və evin yerləşdiyi 0,04296 ha həyətyanı torpaq sahəsini nəvəsi- iş üzrə Cavabdeh bağışlayarkən bağışlanmış evdə qeydiyyatda olan iddiaçılar İddiaçı2 və İddiaçı1 razılığının alınmaması halı Zina Paşayevanın xüsusi mülkiyyətinə aid əmlak üzərində öz mülahizəsinə əsasən müstəqil sərəncam vermək hüququnun məhdudlaşdırılmasına və bağışlama müqaviləsinin etibarsız sayılmasına əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notariat hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqındakı iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəziyyətindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. İş üzrə tədqiq edilmiş sənədlərdən, tərəflərin izahatlarından müəyyən olunur ki, hədiyyə vermiş mərhum X6 05 aprel 2018-ci il tarixdə Xaçmaz şəhəri, Aşıq Ələskər küçəsi 45 nömrəli yaşayış evi və evin yerləşdiyi 0,04296 ha həyətyanı torpaq sahəsini razılıq ifadəsi əsasında nəvəsi- iş üzrə Cavabdeh notarial qaydada bağışlamış, hədiyyə alan- iş üzrə Cavabdeh ona bağışlanılan əmlakları qəbul etmiş, həmin müqavilə tərəflərin istəyi əsasında təsdiqlənməklə müvafiq qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəsilində əqdlərin etibarsızlığının əsasları göstərilmiş və həmin əsaslarda qanunda başqa hal müəyyən edilməmişdirsə qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqdin etibarsızlığı nəzərdə tutulmuşdur.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 339-347-ci maddələri). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, mübahisələndirilən bağışlama müqaviləsi rəsmiləşdirilərkən bağışlanılan əmlak olan- Xaçmaz şəhəri, Aşıq Ələskər küçəsi 45 nömrəli yaşayış evində qeydiyyatda olan iddiaçılar İddiaçı2 və İddiaçı1 razılığının alınmaması halı yuxarıda istinad olunan əqdlərin etibarsızlığına dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəsili ilə müəyyən edilmiş əqdlərin etibarsızlığına səbəb olan əsaslardan hər hansı birinə aid deyildir. Bundan savayı məhkəmə araşdırması zamanı mübahisələndirilən bağışlama müqaviləsi üzrə notariat əməliyyatı aparılarkən hər hansı neqativ hallara, əqdin (bağışlama müqaviləsinin) qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət edilməməklə bağlanması halına, habelə hər hansı mühüm əhəmiyyət kəsb edən digər qanun pozuntularına yol verilmədiyi müəyyən edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hədiyyə verən tərəfindən hədiyyə edilmiş daşınmaz əşyalar hədiyyə alan tərəfindən qəbul edilmiş, bağışlama müqaviləsi notarial qaydada təsdiqlənmiş, bağışlama müqavisi bağlandığı zaman hədiyyə verənlə hədiyyə alan arasında hər hansı öhdəlik və şərt olmamışdır və sonradan həmin müqavilə əsasında yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi hədiyyə alanın mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərinin əsası kimi göstərdikləri Xaçmaz şəhəri, Aşıq Ələskər küçəsi 45 nömrəli yaşayış evi və evin yerləşdiyi 0,04296 ha həyətyanı torpaq sahəsinin evin mülkiyyətçisi olmuş X6 tərəfindən nəvəsi- Cavabdeh bağışlanması barədə əqd (bağışlama müqaviləsi) notariat kontorunda rəsmiləşdirilərkən onların razılıqlarının alınmaması halı həmin müqavilənin etibarsız sayılması üçün əsas olmadığından iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı2 iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədiyi 10 manat rüsumu tələb etmədiyinə görə dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cavabdeh qarşı X7 ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2018-ci tarixli, 4Ə-700 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh adına verilmiş 17 mart 2021-ci tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiaları təmin edilməsin. İddiaçı2 iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədiyi 10 manat rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №2(067)-2345/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2345/2021
28.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver