Məhkəmə qərarları › İş №2(067)-2364/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2364/2022

21.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2364/2022 21.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə və qeyrilərinə qarşı çıxarışın və onun əsasında aparılmış digər sənədlərin etibarsız hesab edilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək kommersiya obyektinin tikintisi məqsədi ilə Cavabdeh2 0,05 ha torpaq sahəsinin satılmasını təsdiq edən Şabran (keçmiş Dəvəçi) rayon Sincanboyad bələdiyyəsinin 20 sentyabr 2005-ci il tarixli, 24 nömrəli qərarı əsasında hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydin, həmin qeydə uyğun olaraq aparılmış sonrakı qeydlərin, eləcə də həmin qeyd əsasında verilmiş MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın və həmin çıxarışda göstərilmiş qeydin və digər qeydlərin etibarsız hesab edlməsi və iddiaçıya dəymiş ümumilikdə 15000 (on beş min) manatın cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddianın əsasını Şabran (keçmiş Dəvəçi) rayon Sincanboyad bələdiyyəsinin 20 sentyabr 2005-ci il tarixli, 24 nömrəli qərarı əsasında Cavabdeh2 0,05 ha torpaq sahəsinin satılması əsasında hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydin, həmin qeydə uyğun olaraq aparılmış sonrakı qeydlərin, eləcə də həmin qeyd əsasında verilmiş MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın və həmin çıxarışda göstərilmiş qeydin və digər qeydlərin etibarsız hesab edilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən tələblərə baxılması ümumi məhkəmələrin səlahiyyətinə aid deyildir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarının 17-ci bəndində qeyd olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Hazırki işdən görünür ki, mübahisələndirilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydlərin, çıxarış və çıxarışda aparılmış qeydlərin əsasını mülki-hüquqi əqdləri (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) deyil, Cavabdeh2 0,05 ha torpaq sahəsinin satılması barədə Şabran (keçmiş Dəvəçi) rayon Sincanboyad bələdiyyəsinin 20 sentyabr 2005-ci il tarixli, 24 nömrəli qərarı olan inzibati akt təşkil edir. Bununla da müəyyən edilir ki, hazırkı tələb ilk növbədə inzibati orqanın qəbul etdiyi qərarın, bunun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin, çıxarışın etibarsız hesab edilməsi və inzibati aktın qəbulu ilə bağlı tələb olduğundan həmin tələbə inzibati icraatda baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçının etibarsızlığını tələbi etdiyi reyestrdə aparılmış qeydlərin və Çıxarışın əsasını Cavabdeh2 0,05 ha torpaq sahəsinin satılması barədə Şabran (keçmiş Dəvəçi) rayon Sincanboyad bələdiyyəsinin 20 sentyabr 2005-ci il tarixli, 24 nömrəli qərarı təşkil edir. Məhz bundan sonra qeydlərin və çıxarışın etibarsız hesab edilməsi ilə bağlı məsələ həllini tapa bilər. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən inzibati aktı mübahisələndirməli, bundan sonra əvvəlcə qeydiyyatı aparmış və çıxarışı vermiş orqana müraciət olunmalı, müsbət cavab alınmadıqda isə müvafiq inzibati məhkəməyə müraciət edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxıla bilməz. Azərbaycan Respublikasının MPM-ninm 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ona görə də hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalı, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah edilməlidir ki, dövlət reyestrində qeydiyyatın aparılmasına əsas olan inzibati akt mübahisələndirildikdən sonra daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və verilmiş çıxarışların etibarsız hesab edilməsi ilə bağlı əvvəlcə müvafiq qeydiyyat orqanına, müsbət cavab alınmadıqda isə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək kommersiya obyektinin tikintisi məqsədi ilə Cavabdeh2 0,05 ha torpaq sahəsinin satılmasını təsdiq edən Şabran (keçmiş Dəvəçi) rayon Sincanboyad bələdiyyəsinin 20 sentyabr 2005-ci il tarixli, 24 nömrəli qərarı əsasında hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydin, həminqeydə uyğun olaraq aparılmış sonrakı qeydlərin, eləcə də həmin qeyd əsasında verilmiş MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın və həmin çıxarışda göstərilmiş qeydin və digər qeydlərin etibarsız hesab edlməsi və iddiaçıya dəymiş ümumilikdə 15000 (on beş min) manatın cavabdehlərdən müştərək qaydada tutulması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı qaytarılsın. İddiaçı izah edilsin ki, dövlət reyestrində qeydiyyatın aparılmasına əsas olan inzibati akt mübahisələndirildikdən sonra daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və verilmiş çıxarışın etibarsız hesab edilməsi ilə bağlı əvvəlcə müvafiq qeydiyyat orqanına, müsbət cavab alınmadıqda isə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar