Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2380/2024 22.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, İddiaçılar Nümayəndə1 Kazım oğlunun, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması və sair tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçılar Nümayəndə1 Kazım oğlu, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçılar bir-biri ilə əlaqədar olmayan bir neçə tələbə dair iddiasını bir ərizədə irəli sürmüşdür. İddia ərizəsindən görünür ki, iddiaçılar torpaq sahəsinin naturada ayrılması tələbini, eyni zamanda torpaq sahəsinin onlara təhkim edilməsi və çıxarışın verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların hazırki halda torpaq sahəsinin naturada ayrılması tələbi ilə bərabər torpaq sahəsinin onlara təhkim edilməsi və çıxarışın verilməsinə dair iddiasına bir icraatda baxıla bilməz. AR MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. AR MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, AR MPM-nin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalı, habelə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 151-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar Nümayəndə1 Kazım oğlunun, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması və sair tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçılara göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. xx.xx.2023-ci il tarixdə ********** №-li qəbzlə ödənilmiş 100 manat, xx.xx.2023 ********** №-li qəbzlə ödənilmiş 100 manat, xx.xx.2023-cü il tarixdə ********** №-li qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçılara geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2380/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2380/2024
22.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver