Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2382/2023 03.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı Xaçmaz RPŞ-nin əməkdaşı Ədalət Musayevə qarşı tələblərinin təmin olunması, tələbini cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına dair qətnamə qəbul edilməsina dair iddia ərizəsinə baxaraq, müəyyən etdim: İddiaçı Xaçmaz RPŞ-nin əməkdaşı Ədalət Musayevə qarşı tələblərinin təmin olunması, tələbini cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına dair qətnamə qəbul edilməsina dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərkən müəyyən etdim ki, həmin ərizəyə məhkəmə qaydasında baxılması yolverilməzdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırki tələbi ilə bağlı qardaşının rüşvət verərək qanunvericiliyin tələblərini pozduğuna görə, barəsində rüşvət vermə maddəsi ilə cinayət işinin açılmasını və qanunamüvafiq tədbir görülməsini və s. tələblərlə məhkəmə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, göstərilən tələblər üzrə araşdırmanın aparılması məhkəmənin səlahiyyətlərinə aid deyil və bununla bağlı müvafiq Azərbaycan Respublikası Baş Prokurorluğuna və ya Daxili İşlər Nazirliyinə müraciət edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı qardaşının rüşvət verərək qanunvericiliyin tələblərini pozduğuna görə, barəsində rüşvət vermə maddəsi ilə cinayət işinin açılmasını və qanunamüvafiq tədbir görülməsini və s. tələblərə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İddiaçıya izah olunmalıdır ki, hazırki tələbi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna və ya Daxili İşlər Nazirliyinə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım İddiaçı qardaşının rüşvət verərək qanunvericiliyin tələblərini pozduğuna görə, barəsində rüşvət vermə maddəsi ilə cinayət işinin açılmasını və qanunamüvafiq tədbir görülməsini və s. tələblərə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah olunsun ki, hazırki tələbi ilə bağlı olaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna və ya Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2382/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2382/2023
03.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver