Məhkəmə qərarları › İş №2(067)-2393/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2393/2021

23.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2393/2021 23.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçı cavabdehlər Xaçmaz Rayon 1 saylı Notariat Ofisi, Cavabdeh2 və Cavabdeh1 qarşı notariat əməliyyatının düzgün hesab edilməməsi və Cavabdeh2 adına miras qalmış əməliyyatın düzgün hesab edilməməsi və Cavabdeh2 adına miras qalmış əmlaka mülkiyyət hüququnun qeydiyyatı haqqında çıxarışın etibarsız sayılması və onların yaratdığı hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı cavabdehlər Xaçmaz Rayon 1 saylı Notariat Ofisi, Cavabdeh2 və Cavabdeh1 qarşı notariat əməliyyatının düzgün hesab edilməməsi və Cavabdeh2 adına miras qalmış əməliyyatın düzgün hesab edilməməsi və Cavabdeh2 adına miras qalmış əmlaka mülkiyyət hüququnun qeydiyyatı haqqında çıxarışın etibarsız sayılması və onların yaratdığı hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim ki, miras 2001-ci il tarixdə iddiaçının anası X1 ölümündən sonra açılmış və 2006-cı ildə miras əmlaka dair Cavabdeh2 adına şəhadətnamə verilmişdir.Başqa sözlə iddiaçının mırasın qəbul edilməsinin qanunvericiliklə müəyyən edilmiş müddətini ötürməsi mübahisəsizdir və iddiaçı özü də iddia ərizəsində bu halı qeyd etmişdir. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Qanunvericiliyin qeyd edilən normasının məzmunundan da görünür ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün ilk növbədə mirasın qəbul edilməsi müddətinin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etməli olduğu halda, qeyd edilən qaydaya riayət etmədən birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, mirasın qəbul edilməsi müddətinin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etdikdən sonra hazırkı iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı cavabdehlər Xaçmaz Rayon 1 saylı Notariat Ofisi, Cavabdeh2 və Cavabdeh1 qarşı notariat əməliyyatının düzgün hesab edilməməsi və Cavabdeh2 adına miras qalmış əməliyyatın düzgün hesab edilməməsi və Cavabdeh2 adına miras qalmış əmlaka mülkiyyət hüququnun qeydiyyatı haqqında çıxarışın etibarsız sayılması və onların yaratdığı hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, mirasın qəbul edilməsi müddətinin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etdikdən sonra hazırkı iddia ərizəsi ilə təkrar müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar