Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2397/2020 11.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı sənədlərin təqdim edilməsi və Cavabdeh ASC-nin Xaçmaz RQİİ-nin hərəkətsizliyindən törədilmiş vəzifə saxtakarlığı faktlarının araşdırılması tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehnə qarşı sənədlərin təqdim edilməsi və Cavabdeh ASC-nin Xaçmaz RQİİ-nin hərəkətsizliyindən törədilmiş vəzifə saxtakarlığı faktlarının araşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mahiyyətindən müəyyən olunur ki, iddianın mahiyyəti Cavabdeh ASC-nin Xaçmaz RQİİ-nin vəzifəli şəxslərinin qanunsuz hətrəkətlərinin araşdırılması ilə bağlıdır. Qanunvericilikdə cinayət mühakimə icraatı qaydasında araşdırılmalı olan halın mülki iddia icraatı qaydasında araşdırılması nəzərdə tutulmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya qeyd edilən məsələnin araşdırılması ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.2.-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsi baxılmaq üçün qəbul edilməkdən imtina edildiyinə görə iddiaçının xx.xx.2020-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdehnə qarşı sənədlərin təqdim edilməsi və Cavabdeh ASC-nin Xaçmaz RQİİ-nin hərəkətsizliyindən törədilmiş vəzifə saxtakarlığı faktlarının araşdırılması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya Cavabdeh ASC-nin Xaçmaz RQİİ-nin hərəkətsizliyindən törədilmiş vəzifə saxtakarlığı faktlarının araşdırılması barədə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ izah edilsin. İddia ərizəsi baxılmaq üçün qəbul edilməkdən imtina edildiyinə görə iddiaçının xx.xx.2020-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov,
Məhkəmə qərarları › İş №2(067)-2397/2020
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2397/2020
11.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver