Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-24/2023 28.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh qanunsuz sahibliyindən özbaşına olaraq istifadə etdiyi torpaq sahəsini istifadəsinə qaytarmaqla zərərin əvəzi olaraq cavabdehdən 35000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, işə əlavə edilmiş Məhkəmə İşlərinin Elektron İdarəetmə Sistemindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7.-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Cavabdeh vəfat etdiyindən iş üzrə icraata xitam veriməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-24/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-24/2023
28.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver