Məhkəmə qərarları › İş №2(067)-2426/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2426/2021

07.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2426/2021 07.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı əmlak mübahisələri tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsi tərəfindən onun əmlakı olan Nissan X-TRAİL minik markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobilinin üstünə qoyulan məhdudiyyəti götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Rabitəbank ASC-nin Xaçmaz filialı ilə onun arasında bağlanmış müqaviləyə əsasən 20.02.2013-cü il tarixdə müəyyən məbləğ kredit şərti ilə almışdır. 25.01.2014-cü il tarixdə kreditini bağlayaraq yenidən Rabitəbank ASC-nin Xaçmaz filialından kredin almışdır. Kredit müqaviləsinə əsasən məbləğin cədvəldə hər aylıq ödənişi göstərilən məbləği gecikdirmədən ödəniş edirdi. Lakin müəyyən problemlər nəticəsində ödənişində gecikmələr oldu. Hər ay ödəniş edirdi, lakin kredit cədvəlində göstərilən məbləğnin yarısını və yaxud üçdə birini qərəzli şəkildə ödəməktən imtina etməmişdir. Hər ay cədvəl gününə uyğun olaraq ödənişləri olub. Lakin ödənişlər ola-ola Rabitəbank ASC- nin Xaçmaz filialı onu məhkəməyə verərək onun əmlakı olan Nissan X-TRAİL minik markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobilinə Xaçmaz rayon məhkəməsinin qərardadı ilə məhdudiyyət qoyulmuşdur. Halbu ki, o, cənab Prezidentin fərmanına əsasən restrukrizasiyaya düşmüşdür. Lakin Rabitəbank ASC-nin Xaçmaz filialı onu rəsmi olaraq çağırmamışdır. Buna baxmayaraq o, hər ay Rabitəbank ASC-nin Xaçmaz filialına ödəniş edir. Hesab edir ki, onun əmlakı olan Nissan X-TRAİL minik markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobilinin üstündən məhdidiyyət götürülməlidir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, banka olan ödənişlərini edir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanladıraraq, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə iş materiallarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, iddiaçı Cavabdeh ASC-yə qarşı iddia qaldıraraq, əmlakın üzərinə qoyulmuş məhdudiyyətin götürülməsini tələb edir, halbuki qeyd olunan məhdudiyyət Cavabdeh ASC tərəfindən qoyulmadığından, bank tərəfindən də götürülə bilməz. Bununla da, iddiaçı iddia tələbini düzgün olmayan cavabdehə yönəldiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, İddiaçı Cavabdeh ASC-nə qarşı əmlak tələbinə dair iddiası rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar