Məhkəmə qərarları › İş №2(067)-2465/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2465/2024

31.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2465/2024 31.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu İddiaçı1, İddiaçı2 QİZİ, MUSTAFA KAZİM SALƏDDİN OĞLU Cavabdeh1 KAZİM OĞLU, Cavabdeh2 KAZİM QİZİ, Cavabdeh3 KAZİM QİZİ qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı1, İddiaçı2 QİZİ, MUSTAFA KAZİM SALƏDDİN OĞLU Cavabdeh1 KAZİM OĞLU, Cavabdeh2 KAZİM QİZİ, Cavabdeh3 KAZİM QİZİ oğluna qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalanmağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi üç nəfər iddiaçı tərəfindən verildiyindən, lakin bir nəfər tərəfindən imzalandığından iddia ərizəsinin icraata qəbul edilməsi mümkün deyil. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı1, İddiaçı2 QİZİ, MUSTAFA KAZİM SALƏDDİN OĞLU torpaq sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar