Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2520/2021 28.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı əqdin etibarlı sayılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə sonunculara məxsus Xaçmaz rayonunun Ağaşirin-oba kəndində yerləşən JN 00,30 saylı, 30213058 kodlu Dövlət Aktında nəzərdə tutulmuş 1,63 ha ümumi torpaq sahəsinin 00,30 saylı qeyd edilmiş cizgisində nəzərdə tutulmuş 8415,63 ha hissəsinə dair aralarında 2004-cü ilin sentyabr ayında bağlanmış alqı-satqının etibarlı sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2004-cü ilin sonlarında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 sonunculara məxsus Xaçmaz rayonunun Ağaşirin-oba kəndində yerləşən JN 0030 saylı, 30213058 kodlu Dövlət Aktında nəzərdə tutulmuş 1,63 ha ümumi torpaq sahəsinin 0,30 saylı qeyd edilmiş cizgisində nəzərdə tutulmuş 8415,63 ha hissəsini 15000000 köhnə azərbaycan manatına satın almışdır. Cavabdehlər pulu ondan almış, torpaq sahəsini ona təhvil vermişlər. Lakin həmin torpaq sahəsinin sənədlərində uyğunsuzluqlar olduğuna görə alqı-satqını rəsmiləşdirə bilməmişlər. Cavabdehlərlə razılaşmaları əsasında alqı-satqının rəsmiləşdirilməsini cavabdehlər öz üzərlərinə götürərək qısa müddət ərzində notariat kontoruna gedib aralarında bağlanmış əqdi rəsmiləşdirəcəklərinə söz vermişlər. O, cavabdehlərə etibar etdiyi üçün onlara inanmış və alqı-satqının rəsmiləşdirilməsi üçün zəruri olan sənədləri hazırlayaraq əqdin rəsmiləşdirilməsi üçün onlara vaxt vermişdir, lakin hazırkı vaxtadək cavabdehlər notariat kontoruna gedib əqdi rəsmiləşdirməkdən müxtəlif bəhanələrlə yayınırlar. Hazırda ona məlum olmuşdur ki, cavabdehlər alqı-satqını rəsmiləşdirməkdən qəsdən boyun qaçırırlar. Ona görə də iddiaçı hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq torpaq sahəsinin pulunu cavabdehlərin hər birinə onların evində həm onun, həm də cavabdehləri tanıyan X3 və X1 yanında verdiyini, 2004-cü ildən cavabdehlərdən satın aldığı torpağın vergilərini də köçürərək torpaq sahəsindən öz torpağı kimi istifadə etdiyini, iddiası ilə bağlı məhkəməyə şahidlərini təqdim etdiyini, başqa təqdim edəcəyi sübutun olmadığını göstərmişdir. Göstərilənlərə əsasən iddiaçl iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri təqdim edilməsi üçün Xaçmaz rayon İHB-nın Çinartala kənd İƏD üzrə nümayəndəliyinə təqdim edilmiş, lakin cavabdehlərin məlum olan son yaşayış yerləri olan Xaçmaz rayonunun Pirqulu-oba kəndində yaşamamaları və olduqları yerlərin məlum olmaması barədə qeyd aparılmaqla, məhkəmə bildirişləri geri qaytarılmışdır. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 iddiaçı və cavabdehləri əvvəldən tanıdığını, tərəflərlə qohumluğu, ədavəti və düşmənçiliyi olmadığını göstərmişdir. 2004-cü ilin sonlarında iddiaçı cavabdehlərdən onlara məxsus Xaçmaz rayonunun Ağaşirin-oba kəndində yerləşən JN 0030 saylı, 30213058 kodlu Dövlət Aktında nəzərdə tutulmuş 1,63 ha ümumi torpaq sahəsindən 0,30 saylı qeyd edilmiş cizgisində nəzərdə tutulmuş 8415,63 ha hissəsini 15000000 köhnə azərbaycan manatına satın almışdır. Cavabdehlər pulu iddiaçıdan onun və Əskər Hümmətyarovun yanında almış, torpaq sahəsini iddiaçıya təhvil vermişlər. Lakin həmin vaxt torpaq sahəsinin sənədlərində uyğunsuzluqlar olduğuna görə onlar alqı-satqını rəsmiləşdirə bilməmişlər. İddiaçı cavabdehlərlə razılaşmışdır ki, alqısatqının rəsmiləşdirilməsini cavabdehlər edəcəklər və qısa müddət ərzində notariat kontoruna gedib aralarında bağlanmış əqdi rəsmiləşdirəcəklər. Bunun üçün iddiaçı cavabdehlərə vaxt vermişdir. Lakin hazırkı vaxtadək cavabdehlər notariat kontoruna gedib əqdi rəsmiləşdirməkdən müxtəlif bəhanələrlə yayınırlar. Torpaq sahələrinin 2004-cü ildən iddiaçının istifadəsində olduğunu təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 iddiaçı və cavabdehləri əvvəldən tanıdığını, tərəflərlə qohumluğu, ədavəti və düşmənçiliyi olmadığını göstərmişdir. 2004-cü ilin sonlarında iddiaçı cavabdehlərdən onlara məxsus Xaçmaz rayonunun Ağaşirin-oba kəndində yerləşən JN 0030 saylı, 30213058 kodlu Dövlət Aktında nəzərdə tutulmuş 1,63 ha ümumi torpaq sahəsindən 0,30 saylı qeyd edilmiş cizgisində nəzərdə tutulmuş 8415,63 ha hissəsini 15000000 köhnə azərbaycan manatına satın almışdır. Cavabdehlər pulu iddiaçıdan onun və X3 yanında almış, torpaq sahəsini iddiaçıya təhvil vermişlər. Lakin həmin vaxt torpaq sahəsinin sənədlərində uyğunsuzluqlar olduğuna görə onlar alqı-satqını rəsmiləşdirə bilməmişlər. İddiaçı cavabdehlərlə razılaşmışdır ki, alqı-satqının rəsmiləşdirilməsini cavabdehlər edəcəklər və qısa müddət ərzində notariat kontoruna gedib aralarında bağlanmış əqdi rəsmiləşdirəcəklər. Bunun üçün iddiaçı cavabdehlərə vaxt vermişdir. Lakin hazırkı vaxtadək cavabdehlər notariat kontoruna gedib əqdi rəsmiləşdirməkdən müxtəlif bəhanələrlə yayınırlar. Torpaq sahələrinin 2004-cü ildən iddiaçının istifadəsində olduğunu təsdiq edir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə mübahisələndirilən pay torpaq sahəsinin alqı-satqısına dair cavabdehlə aralarında əqdin bağlandığını və həmin əqdin etibarlı hesab edilməsi üçün qanunvericilikdə müəyyən olunmuş əsasların mövcud olduğunu sübutetmə yükü iddiaçının üzərinə düşür. İş materiallarında olan JN 0030 saylı, 30213058 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayonunun Ağaşirin-oba kəndində yerləşən 1,63 ha ümumi torpaq sahəsinin mülkityyətçiləri Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5dır. İş materiallarında olan Cavabdeh1 tərəfindən imzalanmış 21.11.2010-cu il tarixli iltizamdan müəyyən olunur ki, o, 15000000 köhnə azərbaycan manatını, yəni 1500 manat (min beş yüz) manat pulu İddiaçı X1 və X3 yanında almışdır. İş materiallarında olan 30.08.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 20 (iyirmi) manat dövlət rüsumu köçürülmüşdür. A.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il tarixli qərarında izah edilir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsepsual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna blər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Məhkəmə şərh olunanlara əsasən və konkret işin hallarını tədqiq edərək hesab edir ki, tərəflər arasındakı alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması mübahisəli torpaq sahələrinə alqısatqı müqaviləsinin etibarlı hesab edilməməsi üçün əsas ola bilməz. Belə olan halda iddiaçının qeyd olunan torpaq sahəsinə münasibətdə pozulmuş hüquqları bərpa edilə bilər. İddiaçının izahatından və şahidlərin ifadələrindən müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehlər arasında Xaçmaz rayonunun Ağaşirin-oba kəndində yerləşən JN 00,30 saylı, 30213058 kodlu Dövlət Aktında nəzərdə tutulmuş 1,63 ha ümumi torpaq sahəsinin 00,30 saylı qeyd edilmiş cizgisində nəzərdə tutulmuş 8415,63 ha hissəsinə dair 2004-cü ilin sentyabr ayında torpaq sahəsinin alqı-satqısına dair əqd bağlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmə əqdi etibarlı saya bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib, əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendum ilə qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Avropa Məhkəməsinin presedentini Konvensiya müddəalarının şərhi kimi qəbul etsək, göstərilən şərhlərə Konvensiyanın tərkib hissəsi kimi baxılmalıdır. Belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında bütün məhkəmələr Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarını Konvensiyanın mətni ilə yanaşı, həmçinin Avropa Məhkəməsinin qərarlarında ona verilən şərhə uyğun tətbiq etməlidir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi özünün “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə işdə olan sübutların məcmusuna hüquqi qiymət verərkən, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməli və İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında Xaçmaz rayonunun Ağaşirin-oba kəndində yerləşən JN 00,30 saylı, 30213058 kodlu Dövlət Aktında nəzərdə tutulmuş 1,63 ha ümumi torpaq sahəsinin 00,30 saylı qeyd edilmiş cizgisində nəzərdə tutulmuş 8415,63 ha hissəsinin alqı-satqısına dair 2004-cü ilin sentyabr ayında bağlanmış əqd etibarlı hesab edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-cı, 241- 242-ci, 244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında Xaçmaz rayonunun Ağaşirin-oba kəndində yerləşən JN 00,30 saylı, 30213058 kodlu Dövlət Aktında nəzərdə tutulmuş 1,63 ha ümumi torpaq sahəsinin 00,30 saylı qeyd edilmiş cizgisində nəzərdə tutulmuş 8415,63 ha hissəsinin alqı-satqısına dair 2004-cü ilin sentyabr ayında bağlanmış əqd etibarlı hesab edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2520/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2520/2021
28.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver