Məhkəmə qərarları › İş №2(067)-253/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-253/2023

15.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-253/2023 15.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Quba Regional X2 Cavabdeh qarşı özbaşına tutlmuş meşə fondu torpağının qadağa qoyulması,ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Quba Regional X4 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Xudat şəhəri Xəzər küç.ev 6 ünvanında yaşayan Cavabdeh oğlunun Xudat meşəbəyliyinin 1 saylı dolayının 18-ci kvartalında özbaşına tutduğu(zəbt etdiyi) 0,60 hektar meşə fondu torpağının istifadəsinə qadağan qoyulması, ərzinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Quba Regional X4nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsədə onlar məhkəmə hazırlıq iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı Quba Regional X2 Cavabdeh qarşı özbaşına tutlmuş meşə fondu torpağının qadağa qoyulması,ərazinin boşaldılıb əvvəlki vaziyyətinə qaytarılaraq təhvil verilməsi tələbinə dair iddia baxılmamış saxlanılmalıdır. MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Quba Regional X2 Cavabdeh qarşı özbaşına tutlmuş meşə fondu torpağının qadağa qoyulması,ərazinin boşaldılıb əvvəlki vaziyyətinə qaytarılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah olunsun ki, ərizə ilə məhkəməyə yenidən müraciət etməyə hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar