Məhkəmə qərarları › İş №2(067)-2581/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2581/2021

01.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2581/2021 01.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi ilə, İddiaçı X1 nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X1 cavabdeh "xxxx" ASC-nə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 məhkəmədə iddia qaldıraraq cavabdeh “X6” MMC-dən maddi ziyana görə 5000 manat və mənəvi ziyana görə 3000 manat, cəmi 8000 manat və ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin və 30 manat Dövlət rüsumu pulun alınaraq oan verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-i üzrə verilmiş 12.06.2013-cü il tarixli 28 k əmrinə əsasən həmin müəssisəyə logistika bölməsində fəhlə vəzifəsində işə qəbul edilmiş və 11 oktyabr 2019-cu il tarixədək həmin işdə çalışmışdır. 14 iyul 2015-ci il tarixdə o, cavabdeh müəssisədə paketləmə sexində işlədiyi zaman iş yerinə kimsə yeşikdə yığılan və əvvəlcədən qapaq bağlama hissəsindən sınmış və zibil kisəsinə atılmamış şüşə bankalarını göndərmə makina xəttində vasitəçi ilə gətirib onun qabagına qoymuş, o, həmin yeşikdən bankanı götürmək istədikdə sol əlinin 3, 4, 5-ci barmaqlarının iç səthini dərindən kəsilmiş, yaralardan güclü qanaxma başlamış və onu müəssisənin maşınında sürücü Vahid, X2 müaşayiəti ilə ilə Xaçmaz şəhəri, Nərimanov prospektində yerləşən “X8 Klinikasına” gətirmişlər. Burada həkim Əhməd Əhmədov tərəfindən kəsilən yaralara tikişlər qoyulmuş və bundan sonra onu müəssisənin işçiləri gətirdikləri avtomaşını ilə evinə aparmışlar. Qanunvericiliyə əsasən müəssisədə hər hansı bədbəxt hadisə baş verərsə bu barədə istehsalatda bədbəxt hadisə barədə rəsmi akt tərtib edilməlidir. Lakin cavabdeh müəssisənin rəhbərliyi onunla bağlı baş vermiş istehsalatda bədbəxt hadisəni ört-basdır etmək məqsədi ilə bunu rəmiləşdirməmiş, hadisənin izini-tozunu itirmək üçün onu Dövlət Xəstəxanasına aparmayıb, X9 aparmışlar. 2005-ci ildən 2014-cü ilə kimi cavabdeh müəssisəsində həkim ştatı mövcud olmuş və bu vəzifədə həmin dövrdə müəssisənin müdiri olmuş Əmir Zeynalzadənin həyatyoldaşı işləyirdi. Əmir Zeynalzadə Bakı şəhərində “Azərsun” şirkətində daha yüksək vəzfəyə təyin olunduqdan sonra onun yerinə Rüstəm Rüstəmov təyin edildi və müəssisədə həkim ştatı ləğv olundu. Bədəxt hadisədən sonra o, 3 gün ev şəraitində müalicə almış və hər gün “X3” gedərək yaraların sarğısını dəyişmişdir. Hadisənin 4-cü günü işə çıxmışdır. Sözsüz ki, yaralarında sarğılar qalırdı və o, əvvəlki işində, yəni paketləmə sexində işini davam etdirmişdir. Hadisədən 6 il müddət keçmiş olsa da, sol əlinin yara yerləri tam sağalmamış bu günki gündə də sol əli ilə sərbəst iş görə bilmir. Payız-qış aylarında isə ağrılar onu dahada narahat edir. Cavabdeh müəssisəsi onunla bağlı baş vermiş istehsalatda bədbəxt hadisəni ört-bastır etməklə bərabər ona heç bir konpensasiya ödəməmişdir. Cavabdeh müəssisədə onunla bağlı istehsalatda bədbəxt hadisə baş veridiyi tarixdən bir gün əvvəl, yəni 13 iyul 2015-ci il tarixdə Xaçmaz rayon Məhkəməsində atası Nümayəndə1 cavabdeh “X6" ASC-nə işə bərpa işinə baxılırdı. Hesab edir ki, onunla baş vermiş istehsalatda bədbəxt hadisə ilə atası Nümayəndə1 cavabdehə qarşı məhkəmədə araşdırılan mülki işlə səbəbli əlaqə vardır, yəni kimlərinsə sifarişi ilə hadisə vaxtı qabağın əvvəlcədən ağızları sındırılmış şüşə bankaları qoumuqlar ki, o, həmin bankaları götürəndə əli kəsilsin. Çünki paketləmə sexinə bankalar yoxlanışdan keçib gəlir və hər hansı qüsuru olan banka buraxılmamalıdır. Nə qədər ki, paketləmə sexinə agzı sınmış şüşə bankası buraxılıb və nəticədə sol əlinin barmaqları kəsilmişdir, Bunu o, cavabdeh müəssisəsinin rəhbərliyinin atası Nümayəndə1 görə ona qarşı quraşdırılmış plandır. Yuxarıda göstərilən istehsalatda bədbəxt hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Dəymiş maddi ziyanı o, 5000 manat, mənəvi ziyanı 3000 manat qiymətləndirir. O, cavabdehlə aralarında olan mübahisəni məhkəmədən kənar həll edilməsi üçün mediasiyaya müraciət etmiş, lakin mübahisə həmin təsisatda öz həllini tapmamış və mediator Şahin Mütəllimov tərəfindən ona 16 avqust 2021-ci il tarixli 2021- 000286 saylı arayış verilmişdir. Odur kı, cavabdeh onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabehin nümayəndəsi iddianı qəbul etməyərək sübutların mövcud olmaması əsası ilə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə ilə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ verilmir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyulmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3.-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ilə bağlı iddiaçıya zəruri sübutların təqdim edilməsi təklif olunsa da iddiaçı iddia tələbi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar