Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2584/2021 14.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1, ƏlCavabdeh3 Mizalı qızı və X1 qarşı mənzilin özəlləşdirilməsinin və çıxarışın etibarsız hesab edilməsi, mənzilə köçürmə tələbinə dair iş üzrə iddiasının mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1, ƏlCavabdeh3 Mizalı qızı və X1 qarşı mənzilin özəlləşdirilməsinin və çıxarışın etibarsız hesab edilməsi, mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçılardan İddiaçı3 tərəfindən ödənilmiş dövlət rüsumu Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə ödənilmiş, iddiaçı İddiaçı1 tərəfindən dövlət rüsumu ödənilməmişdir. Həmçinin, İddiaçı2 tərəfindən dövlət rüsumunu ödəməkdən azad olunmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bununla yanaşı iddia ərizəsindən müəyyən olunur ki, cavabdehlər Bakı şəhəri, Nəsimi rayonu, Xətai rayonu və Binəqədi rayonunda qeydiyyatdadırlar. Hazırkı iddia tələbi mənzilə mülkiyyət hüququnun tanınması barədə deyil və iddia ərizəsində belə tələb göstərilməmişdir. Tələb özəlləşdirmənin və çıxarışın etibarsız hesab edilməsi, alqı-satqı müqavilələrinin, həmin müqavilələrə əsasən verilmiş çıxarışların ləğv edilməsi və mənzilə köçürülmə barədədir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaya cavabdehlərdən birinin qeydiyyat ünvanı üzrə aidiyyəti məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının MPM-nin 108.3.-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsi ilə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçılara göstərilən nöqsanları aradan qaldırmaqla iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1, ƏlCavabdeh3 Mizalı qızı və X1 qarşı mənzilin özəlləşdirilməsinin və çıxarışın etibarsız hesab edilməsi, mənzilə köçürmə tələbinə dair iddia ərizələri və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara göstərilən nöqsanları aradan qaldırmaqla iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2584/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2584/2021
14.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver