Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2614/2023 22.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı payın ayrılması və naturada bölünməsi tələbinə dair iddia ərizəsinə baxaraq müəyyən etdim: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 qarşı payın ayrılması və naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı tərəfindən dövlət rüsumu tam şəkildə ödənilməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu Xaçmaz Rayon Məhkəməsinə ödənilməli olduğu halda, İddiaçı 50 manat dövlət rüsumu Xaçmaz Rayon Məhkəməsinə, 50 manat rüsumu isə mediasiyaya ödəmişdir. Halbuki, bu kateqoriya işlər üzrə mediasiya prosedurandan keçməsinə hər hansı bir hüquqi əsas mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5.-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manatdır. Hesab edirəm ki, dövlət rüsumu tam ödənilmədiyindən, yəni 100 manat ödənilməli olduğu halda 50 manat ödənildiyindən iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı payın ayrılması və naturada bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, göstərilən noqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə eyni iddia tələbi ilə müraciət etmək hüququ saxlanılır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2614/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2614/2023
22.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver