Məhkəmə qərarları › İş №2(067)-2701/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2701/2022

31.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2701/2022 31.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Mən, Xaçmaz rayon məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı yeni əmlak icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyənetdim: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı yeni əmlak icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisi ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsi əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisi ünvan 1 ünvanında qeydiyyatda olduğundan İddiaçı ona qarşı əmlak icarə müqaviləsinin bağlanması öhdliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi Bakı şəhəri Yasamal rayon məhkəməsinə verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq Qəraraaldım: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı yeni əmlak icarə müqaviləsinin bağlanması öhdliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsi ilə aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar