Məhkəmə qərarları › İş №2(067)-274/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-274/2020

29.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-274/2020 29.06.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «Paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN-2645 seriyalı, 30209018 kodlu dövlət aktında göstərilmiş 1,00 ha torpaq sahəsindən onun payına düşən 0,25 ha hissənin ayrılması, ona naturada təhkim edilməsi və həmin hissəyə adına mülkiyyət sənədinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, 1-ci Cavabdeh1 onun doğma anası, 2-ci Cavabdeh2 isə doğma qardaşıdır. Xaçmaz rayon X1 xx xxxxxx 1996-cıiltarixli, 12 saylı qərarına əsasən mərhum atası X3, anası Cavabdeh1, qardaşı Cavabdeh2 və onun paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Yergüc kəndi ərazisindən cəmi 1,00 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə onların mülkiyyət hüquqları torpağa mülkiyyət hüququna dair JN-2645 seriyalı, 30209018 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Həmin 1,00 ha torpaq sahəsindən onun payına düşən hissə 0,25 ha təşkil edir. Lakin ona düşən 0,25 ha torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, mülkiyyətlərinə verilmiş 1,00 ha pay torpaq sahəsi bütövlükdə cavabdehlərin istifadəsində olmaqla onlar həmin torpaq sahəsinə sahiblik edirlər. Dəfələrlə cavabdehlərdən ona düşən 0,25 ha torpaq sahəsini ayıraraq onun istifadəsinə vermələrini xahiş etsə də cavabdehlər bundan imtina etmiş və onu torpaq sahəsinə buraxmamışlar. O, öz torpaq payını ayırmaqla payına düşən hissədən istifadə etmək və mülkiyyəti kimi həmin hissəyə dair sərəncam vermək istəyir. Torpaq payının ayrılıb ona verilməsi ilə bağlı cavabdehlərlə aralarında ümumi razılığa gələbilmədiklərindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini, torpağa mülkiyyət hüququna dairJN-2645 seriyalı, 30209018 kodlu dövlət aktında göstərilmiş 1,00 ha torpaq sahəsindən onun payına düşən 0,25 ha hissənin ayrılması, ona naturada təhkim edilməsi və həmin hissəyə adına mülkiyyət sənədinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərdi ki, İddiaçı onun doğma qızıdır. Xaçmaz rayon X1 xx xxxxxx 1996-cı il tarixli, 12 saylı qərarına əsasən mərhum əri X3, onun, oğlu Cavabdeh2 və qızı İddiaçı paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Yergüc kəndi ərazisindən cəmi 1,00 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə onların mülkiyyət hüquqları torpağa mülkiyyət hüququna dair JN-2645 seriyalı, 30209018 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Hazırda iddiaçı olan qızı İddiaçı məhkəmədə ona və oğlu Cavabdeh2 qarşı iddia qaldıraraq torpağa mülkiyyət hüququna dair JN-2645 seriyalı, 30209018 kodlu dövlət aktında göstərilmiş 1,00 ha torpaq sahəsindən onun payına düşən 0,25 ha hissənin ayrılması, ona naturada təhkim edilməsi və həmin hissəyə adına mülkiyyət sənədinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Hazırda iddiaçının payına düşən 0,25 ha hissədə torpaq sahəsinin mütəxəssislər tərəfindən ölçmə işləri aparılaraq qanuna müvafiq qaydada ayrılıb iddiaçıya verilməsinə heç bir etiraz etmir. Məhkəmə iclasında dindirilən digər Cavabdeh2 iddianı qəbul edərək Cavabdeh1 izahatı ilə eyni məhmunlu izahat verməklə iddianın təmin olunmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Xaçmaz rayonunun Yergüc kəndində qeydiyyatdadır. İş materiallarında olan AZEseriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Xaçmaz rayonunun Yergüc kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünürki, cavabdeh Rzayev X4 rayonunun Yergüc kəndində qeydiyyatdadır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-2645 seriyalı, 30209018 kodlu dövlət aktının surətindən görünür ki, Xaçmaz rayon X1 xx xxxxxx 1996-cı il tarixli, 12 saylı qərarına əsasən X3, Cavabdeh1, Cavabdeh2 və Qayıbova (Rzayeva) Ülkər Tağı qızının paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Yergüc kəndi ərazisindən cəmi 1,00 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2013-cü il tarixli, 621845 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 1,00 ha pay torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən olmuş X5 xx xxxxxx 2013-cü ildə vəfat etmişdir. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həmin qərardada əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Xəyyam İsgəndərovun xx xxx 2020-ci il tarixli, 2958 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, «xxxxxxxx» MMC-nin mütəxəssis rəyinə əsasən, torpağa mülkiyyət hüququna dair JN-2645 seriyalı, 30209018 kodlu dövlət aktına əsasən X3, Cavabdeh1, Cavabdeh2 və Qayıbova (Rzayeva) Ülkər Tağı qızının paylı mülkiyyətlərinə verilmiş, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən cəmi 1,00 ha torpaq sahəsindən iddiaçının payına düşən 0,25 ha hissədə torpaq sahəsinin naturada ayrılaraq iddiaçıya verilməsi mümkündür. Payın ayrılması mütəxəssis rəyinə əlavə edilmiş cədvəl 1-də verilmiş ölçülərdə və xəritə 1-də çəkilmiş cizgilərdə mümkündür. İş materiallarında olan «xxxxxxxx» MMC-nin mütəxəssis rəyinin surətindən müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair JN-2645 seriyalı, 30209018 kodlu dövlət aktına əsasən X3, Cavabdeh1, Cavabdeh2 və Qayıbova (Rzayeva) Ülkər Tağı qızının paylı mülkiyyətlərinə verilmiş, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən cəmi 1,00 ha torpaq sahəsindən iddiaçının payına düşən 0,25 ha hissədə torpaq sahəsinin naturada ayrılaraq iddiaçıya verilməsi mümkündür. (xəritə 1). Payın ayrılması cədvəl 1-də verilmiş ölçüdə və xəritə 1-də verilmiş cizgilərdə mümkündür. Mütəxəssis rəyində torpaq sahəsinin sənəd üzrə koordinatlarından müəyyən olunur ki, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən ümumilikdə 1,00 ha torpaq sahəsi natura şəklində 1-2 nöqtədə 225,41 metr, 2-3 nöqtələrdə 44,15 metr, 3-4 nöqtələrdə 222,9 metr, 1-4 nöqtələrdə 44,12 metr ölçülər daxilində yerləşir. Həmin mütəxəssis rəyində olan torpaq sahəsinin xəritədə yerləşməsinə (xəritə-1) dair cizgilərdən və döngə nöqtələri arasındakı məsafələrdən (cədvəl 1) müəyyən olunur ki, İddiaçı payına düşən 0,25 ha torpaq sahəsinin «torpağa mülkiyyət hüququna dair» JN-2645 seriyalı, 30209018 kodlu dövlət aktının 2776 cizgi nömrəsi ilə qeyd edilmiş qonşu torpaq mülkiyyətçisi tərəfindən 1-2 nöqtələrdə 11 metr, 2-3 nöqtələrdə 227,27 metr, 3-4 nöqtələrdə 11 metr, 1-4 nöqtələrdə 227,27 metr ölçülər daxilində (11 metr eni, 227,27 metr uzunu olmaqla) natura şəklində ayrılması məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcələnin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcələnin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcələnin 213.5-si maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və ya bütün mülkiyyətçilərin razılaşması müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşma əsasında onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məhkəmə araşdırması tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, iş üzrə cavabdehlərdən Cavabdeh1 İddiaçı doğma anası, Cavabdeh2 isə iddiaçının doğma qardaşıdır. Xaçmaz rayon X1 xx xxxxxx 1996-cı il tarixli, 12 saylı qərarına əsasən iddiaçının mərhum atası X3, anası Cavabdeh1, qardaşı Cavabdeh2 və iddiaçının özünün paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Yergüc kəndi ərazisindən cəmi 1,00 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə iddiaçının və ailə üzvlərinin mülkiyyət hüquqları torpağa mülkiyyət hüququna dair JN-2645 seriyalı, 30209018 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Həmin 1,00 ha torpaq sahəsindən iddiaçının payına düşən hissə 0,25 ha təşkil edir. Lakin ona düşən 0,25 ha torpaq sahəsindən torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, mülkiyyətlərinə verilmiş 1,00 ha pay torpaq sahəsi bütövlükdə cavabdehlərin istifadəsində olmaqla onlar həmin torpaq sahəsinə sahiblik edirlər. İddiaçı cavabdehlərdən ona düşən 0,25 ha torpaq sahəsini ayıraraq onun istifadəsinə vermələrini xahiş etsə də cavabdehlər bundan imtina etmiş və onu torpaq sahəsinə buraxmamışlar. Torpaq payının ayrılıb ona verilməsi ilə bağlı cavabdehlərlə aralarında ümumi razılığa gələ bilmədiklərindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, torpaq payının ayrılıb verilməsi ilə bağlı tərəflər arasında ümumi razılıq əldə olunmamışdır. Bunun nəticəsində isə iddiaçının özünə məxsus əmlaka öz mülahizəsinə əsasən sahiblik etmək, onun barəsində sərəncam vermək və ondan istifadə etmək hüquqları pozulur. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə paylı mülkiyyət olan Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 1,00 ha torpaq sahəsində bütün mülkiyyətçilərin payları bərabər hesab edilməli, torpaq sahəsindən iddiaçının payına düşən hissə payçılar arasında bərabər hesablanmaqla müəyyən edilməli və iddiaçının payına pay torpaq sahəsindən düşən hissənin həcmi 0,25 ha təşkil etməlidir. Yuxarıda sadalananlardan və iş materiallarından göründüyü kimi İddiaçı ümumi mülkiyyətdən tələb etdiyi 0,25 ha pay torpaq sahəsi üzərində istifadə və sərəncam vermək, həmçinin mülkiyyət hüququ qanunidir və onun həmin hüquqları dövlət tərəfindən qorunur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməklə torpağa mülkiyyət hüququna dair JN-2645 seriyalı, 30209018 kodlu dövlət aktında göstərilən Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən, ümumi mülkiyyət olan cəmi 1,00 ha pay torpaq sahəsindən İddiaçı payının 0,25 ha həcmdə olması müəyyən edilməli, iddiaçının payına düşən 0,25 ha hissə «torpağa mülkiyyət hüququna dair» JN-2645 seriyalı, 30209018 kodlu dövlət aktının 2776 cizgi nömrəsi ilə qeyd edilmiş qonşu torpaq mülkiyyətçisi tərəfindən 11 metr eni, 227,27 metr uzunu olmaqla natura şəklində ayrılaraq iddiaçıya təhkim edilməli. ayrılmış hissəyə dair iddiaçının adına mülkiyyət hüququnu təsdiq edən reyestr sənədi verilməlidir. Azərbaycan Respublikası MPM-nin 117-ci maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab «AZ34CTRE ******************** nömrəli hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-2645 seriyalı, 30209018 kodlu dövlət aktında göstərilən Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən, ümumi mülkiyyət olan cəmi 1,00 ha pay torpaq sahəsindən İddiaçı payına düşən 0,25 ha hissədə torpaq sahəsi həmin dövlət aktının 2776 cizgi nömrəsi ilə qeyd edilmiş qonşu torpaq mülkiyyətçisi tərəfindən 11 metr eni, 227,27 metr uzunu olmaqla natura şəklində ayrılaraq iddiaçıya təhkim edilsin və ayrılmış həmin hissəyə dair İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən reyestr sənədi verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFTBİKCTREAZ 22, hesab «AZ34CTRE ******************** nömrəli hesabına keçirilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar