Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2741/2021 30.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Mən, Xaçmaz rayon məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu, İddiaçı Polad qızının cavabdeh X6 oğluna qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ələbinə dair ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı Polad qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X6 oğlundan iki uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 750 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən müəyyən olunur ki, cavabdeh X1 rayonu Yuxarı Ləğər kəndində yaşayır. AR-sı MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. AR-sı MPM-nin 152.1.3-cü maddəsi əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iş materiallarından müəyyən olunur ki, cavabdeh X1 rayonu Yuxarı Ləğər kəndində qeydiyyatda olduğundan İddiaçı Polad qızının ona qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası Qusar rayon məhkəməsinə verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı Polad qızının cavabdeh X6 oğluna qarşı maddi və mənəvi zərərin əvəzinin tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2741/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2741/2021
30.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver