Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2823/2024 06.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdim: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni araşdıraraq müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3 və 152.1.1.-ci maddələrinə uyğun tərtib edilməmişdir. İddia ərizəsində iddiaçının tələbi dəqiq şəkildə ifadə olunmamışdır. Belə ki, iddia ərizəsinin tələb hissəsində Xaçmaz rayonu, Şimali qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzrə payların naturada müəyyən edilərək bölgünün tanınması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, iddiaçı iddia ərizəsinin tələbini dəqiq və aydın şəkildə ifadə etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, göstərilən nöqsanları aradan qaldırmaqla iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2823/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2823/2024
06.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver