Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2980/2023 27.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı Xaçmaz RPŞ-nin X3rşı tələblərinin təmin olunmasına iddia ərizəsinə baxaraq, müəyyən etdim: İddiaçı Xaçmaz RPŞ-nin X3rşı tələblərinin təmin olunması dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərkən müəyyən etdim ki, həmin ərizəyə məhkəmə qaydasında baxılması yolverilməzdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırki tələbi ilə bağlı X6 tərəfindən tələbinin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, göstərilən tələblər üzrə araşdırmanın aparılması məhkəmənin səlahiyyətlərinə aid deyil və X1suz hərəkətlərindən müvafiq Azərbaycan Respublikası Baş Prokurorluğuna və ya Daxili İşlər Nazirliyinə müraciət edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İddiaçıya izah olunmalıdır ki, hazırki tələbi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna və ya Daxili İşlər Nazirliyinə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım İddiaçı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah olunsun ki, hazırki tələbi ilə bağlı olaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna və ya Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2980/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2980/2023
27.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver