Məhkəmə qərarları › İş №2(067)-3041/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3041/2025

31.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3041/2025 31.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilərək ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq torpağa mülkiyyət hüququna dair JN-0098 saylı, 30213078 kodlu dövlət aktına əsasən cavabdehin, üçüncü şəxslərin və onların birgə mülkiyyətlərində olan Xaçmaz rayonu, Həsənqala kəndində yerləşən 1,61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən paylarının müəyyən edilməsi və naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, üçüncü şəxslər X7 və X3 onların ailə üzvləri olmuşdur. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998ci il tarixli, 12 saylı qərarı ilə ailə üzvləri Cavabdeh, X4, X2, (hal hazırda X5) və onlara Əliyeva (Qurbanova) Mirvari Bayraməli qızma, Cavabdeh Xaçmaz rayonu, Həsənqala kənd ərazisində JN-0098 KOD 30213078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Hüquqları torpağa mülkiyyət hüququna dair JN-0098 saylı, 30213078 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Hər bir mülkiyyətçinin payı 0,522 ha təşkil edir. 12 may 2005-ci il tarixdən İddiaçı1 ilə Cavabdeh arasında nikah pozulmuş və X1 “Əliyeva” soyadını qəbul etmişdir. Hal-hazırda onlar Xaçmaz rayonu, Ağyazı Buduq kəndində yaşayırlar. Cavabdeh onların qeyd olunan torpaq sahəsindən istifadə etməyinə mane olur. Bu səbəbdən də, həmin torpaq sahəsində istifadə etmələri qeyri-mümkün olmuşdur. Torpaq sahəsindən paylarının ayrılması barədə cavabdehlə razılığa gəlmək mümkün deyildir. Ona görə də, paylarının ayrılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Torpağa mülkiyyət hüququna dair JN- 0098 saylı aktda göstərilən 2,61 ha torpaq sahəsindən paylarının ümumi razılaşma əsasında ayrılaraq istifadələrinə verilməsi üçün cavabdehə və üçüncü şəxslərə rəsmi ərizə ilə müraciət etmişlər. Lakin bu vaxta qədər heç bir cavab verilməmişdir. Bundan əvvəl isə Cavabdeh ünvanladığı məlumat ilə onlara pay verməyəcəyini, əmlak tələb etmək hüquqlarının olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-10 saylı, 19 aprel 2023-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və digərlərinə qarşı ümumi paylı mülkiyyətdən payın naturada ayrılması və sair tələbinə dair iddiası təmin olunmuş, torpağa mülkiyyət hüququna dair JN- 0098 nömrəli 30213078 kodlu dövlət aktına əsasən Xaçmaz rayonunun Həsənqala kəndində yerləşən paylı (birgə) mülkiyyətdə olan 2,61 ha torpaq sahəsinə münasibətdə iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin payı 1/5 və 1/5 olmaqla, birlikdə payları 2/5 hissədə müəyyən edilmiş və həmin hissədə həmin torpaq sahəsindən paylarının naturada ayrılması qət edilmişdir. Göründüyü kimi hazırki iddia üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə müvafiq olaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilərək ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin hazırlıq icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar