Məhkəmə qərarları › İş №2(067)-31/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-31/2020

23.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-31/2020 23.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, İddiaçı və Cavabdeh vəkili X2 iştirakları ilə, İddiaçıCavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Xaçmaz şəhərində Xaçmaz Rayon Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı 20440 (iyirmi min dörd yüz qırx) manat məbləğində əsas borcun, 10000 (on min) manat məbləğində mənəvi ziyana görə təzminatın və 30 (otuz) manat dövlət rüsumunun barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2014-cü ildə Cavabdeh mülkiyyətində olan və Xaçmaz şəhəri, Mehmandarov küçəsi, 37 ünvanında yerləşən evini satmaq istəmiş və 2014-cü ilin oktyabr ayında o, həmin evə baxaraq bəyənmiş və cavabdehlə aralarında həmin evin 14000 (on dörd min) ABŞ dollarına alqı-satqısı barədə razılıq əldə etmişlər. xx xxxxxx 2014-cü il tarixdə onunla cavabdeh arasında beh müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 6000 (altı min) manat məbləğində nağd qaydada pulu beh olaraq ödəmişdir. Həmin müqaviləyə əsasən cavabdeh xx.xx.2015-ci il tarixədək mənzili onun adına sənədləşdirməyi öhdəsinə götürmüşdür. Aralarında olan razılaşmaya görə qalan 8000 (səkkiz min) manat məbləğində pulu alqı-satqı müqaviləsi bağlanan vaxt cavabdehə ödəməli idi. Lakin behi alıb evə ailə üzvlərini köçürdükdən sonra cavabdeh “xxxxxxxxxxx” ASC-yə kredit borcu olduğunu bildirmiş, həmin borcu bağladıqdan sonra bu evi onun adına keçirə biləcəyini, lakin krediti bağlamağa maddi imkanının olmadığını bildirmişdir. Ona görə də, həmin krediti qalan borc qədərində ödəməyi xahiş etmiş, borcu ödədikdən sonra evi onun adına rəsmiləşdirəcəyini bildirmişdir. O, etiraz etməmiş və 2014-2016-cı illər ərzində cavabdehin banka yaranmış borclarından, ümumilikdə, 7840 (yeddi min səkkiz yüz qırx) manat məbləğində pulu Banka köçürmüşdür. Bu ödənişlərdən sonra da cavabdeh müxtəlif bəhanələrlə onun iş yerinə gələrək, evin sənədlərinə görə dövlət rüsumları ödəmək bəhanəsi ilə ondan 120, 70, 200, 20 və s. manat məbləğində pul vəsaiti almış, nəticədə o, 14000 manata razılaşdırılmış evə görə artıqlaması ilə pul ödəmiş, lakin cavabdeh evi onun adına rəsmiləşdirməmiş, əksinə evin pulunu tam olaraq ondan almasına baxmayaraq, onun ailə üzvləri ilə birlikdə evdən çıxarılması barədə iddia qaldırmış, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, onun əqdin etibarlı hesab edilməsinə dair iddiası rədd edilmişdir. Buna görə də, o, cavabdehə qarşı iddia qaldırmışdır. Cavabdeh 6000 manat pulu ondan evi adına keçirəcəyi adı ilə beh şəklində almış, lakin evi adına sənədləşdirməmiş, aralarındakı razılaşmanın şərtlərini pozmuşdur. Buna görə də, cavabdeh behin 2 mislini, yəni 12000 manat məbləğində pulu ona qaytarmalıdır. O, cavabdehin banka olan borcuna görə 7840 (yeddi min səkkiz yüz qırx) manat məbləğində pulu Banka köçürdüyü üçün həmin pulu, həmçinin ayrı-ayrı vaxtlarda ondan aldığı 500 manat pulu, cəmi 20440 (iyirmi min dörd yüz qırx) manat məbləğində puluda cavabdeh ona qaytarmalı, 10000 (on min) manat məbləğində mənəvi ziyanı da ona ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddianın dəlillərini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili X5 iddianın dəlillərinə etiraz edərək, tərəflər arasında bağlanmış beh müqaviləsi üzrə cavabdehin müqavilədə nəzərdə tutulmuş müddətdə, yəni xx.xx.2015-ci il tarixədək ödənişlər etmədiyini, bu halın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunduğunu bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını və cavabdehin vəkilinin fikrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2014-cü il tarixli beh müqaviləsindən müəyyən olunur ki, Cavabdeh və İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2015-ci il tarixədək notariat qaydasında rəsmiləşdirməklə 14000 (on dörd min) manata satışı barədə razılaşmışlar və ilkin olaraq İddiaçı Cavabdeh 6000 (altı min) manat məbləğində pul ödəmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-191/2020 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, qətnamədə tərəflər arasında evin alqı-satqısı barədə ilkin razılaşma əldə olunduğu və buna görə Cavabdeh İddiaçı beh alaraq, onu İddiaçı istifadəsinə verməsi, lakin beh müqaviləsində nəzərdə tutulmuş tarixə - xx.xx.2015-ci il tarixədək İddiaçı tərəfindən ödənişlərintam həyata keçirilmədiyi, buna görə də Cavabdeh İddiaçı evdən çıxmasını tələb etməsi halı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, beh müqaviləsi üzrə müqavilənin icra edilməməsi üçün məhz iddiaçının məsuliyyət daşıdığı, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə ödənişlərin tam həyata keçirilmədiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən iddia tələbi 12000 manat məbləğində beh məbləğinin qaytarılmasına dair hissədə əsaslı hesab edilə bilməz. Qeyd edilənlərlə yanaşı iddiaçı tərəfindən cavabdehin banka olan borcuna görə 7840 (yeddi min səkkiz yüz qırx) manat məbləğində pulu Banka köçürməsi, həmçinin ayrı-ayrı vaxtlarda ondan 500 manat məbləğində pul alması və mənəvi zərərə məruz qalmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, cavabdeh X1 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri məhkəmə qaydasında müəyyən olunduğundan, onun vurulmuş zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmışdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxxxx 2008-ci il tarixli Qərarının 1-ci bəndində də məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Mülki Məcəllənin İX bölməsinin (mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın .2-ci bəndinə əsasən «Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvesiya»-nın müddəaları və X9 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab kecirməsinə ifadə edir. Göründüyü kimi, Qərarın 2-ci bəndinin mənasına görə şəxsin hüquq və azadlıqlarının pozulması nəticəsində onun mənəvi sarsıntı və iztirab kecirməsi vahid kontekstdə olmalı, yəni, şəxsin öz hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntının kecirməsi ilə bərabər, eyni zamanda onun müəyyən iztirablara məruz qalması müəyyən edilməlidir. Şəxsin öz hüquqlarının pozulmasına qarşı mənfi reaksiya formalarının (mənəvi sarsıntının və iztirabın) bir toplum şəklində mövcud olması, biri digərini tamamlaması mülki mübahisələrin baxılması zamanı «mənəvi zərərin» mövcud olması qənaətinə gəlməyə əsas verir. Plenumun Qərarında daha sonra mənəvi sarsıntının və iztirabın hüquqi anlayışı verilməklə göstərilir ki, zərərcəkən fiziki şəxsin mənəvi sarsıntı kecirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüüründa müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab kecirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab cəkməsi anlaşılır. Yəni, zərərcəkmiş şəxsin mənəvi zərərə məruz qalmasının müəyyən edilməsi ücün, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, eyni zamanda, bu mənfi psixi reaksiya nəticəsində onun sağlamlığının pozulması, bunun nəticəsində sonuncunun fiziki əzab cəkməsi müəyyən edilməlidir. Qərarda o, da qeyd olunmuşdur ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərcəkənin mənəvi sarsıntı və iztirabla məruz qalmasının nədə ifadə olunmasını, bunlar hansı şəraitdə və hansı hərəkət nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini zərərcəkən şəxsin hansı mənəvi sarsıntı və iztirab kecirməsini, zərərcəkənin bunların hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə araşdırmasının nəticəsi olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının maddi və mənəvi zərərə məruz qalması, bundan başqa, vahid kontekstdə həm mənəvi sarsıntı kecirməsi, həmdə ki, mənəvi iztirablara məruz qalması sübuta yetirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, hər bir mənəvi stressin, emosional gərginliyin kecirilməsi nəticə etibarı ilə şəxsin daha dərin psixoloji məhrumiyyətlərinə səbəb olan mənəvi iztirablarla nəticələnmədikdə, onun mənəvi zərərlə üzləşməsindən söhbət gedə bilməz. Başqa bir sözlə, şəxsin hər bir emosional stressin və gərginliyin kecirməsi onun mənəvi zərərə məruz qaldığına dəlalət etmir. Mənəvi zərərin vurulması şəxsiyyətin mənəvi komponentinə elə bir ağır və bir cox hallarda bərpaedilməz ziyanın vurulmasını nəzərədə tutur ki, bu halda şəxs nəinki emosional gərginlik halını kecirir və bu halda qalmaqda davam edir, eyni zamanda bu mənfi psixi reaksiya nəticəsində onun sağlamlığının pozulması, bunun nəticəsində sonuncunun fiziki əzab cəkməsi halları müşahidə edilir. Məhkəmə nəzərə alır ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının maddi və mənəvi zərərə məruz qalması, bundan başqa maddi, fiziki və mənəvi sarsıntılar keçirməsi sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X9 Məhkəməsi «X3rşı» xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə iddianın dəlillərinə münasibət bildirərək hesab edir ki, iddianın dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunduğuna görə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məhkəmə xərci iddiaçıya aid edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar