Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-319/2021 26.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X7, İddiaçı Cavabdeh və cavabdehin vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi və ya torpaq sahəsinin adına rəsmiləşdirilməsi tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehə verdiyi 10.000 (on min) manat pulun qaytarılması və ya 3.52 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilmısi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehə məxsus mübahisəli torpaq sahəsi 1998-ci ildən onun istifadəsindədir. Həmin torpaqdan 1998-ci ildən 2004-cü ilədək icarə müqaviləsinə əsasən istifadə etmişdir. 2004-cü ildə cavabdeh həmin torpaq sahəsinin Dövlət Aktının əslini ona vermişdir, onlar X9 alqı-satqı etmişlər və o, torpağın pulunu cavabdehə ödəmişdir. Dəfələrlə cavabdehdən notariusa gedib alqı-satqı etməyi tələb etsə də, o, kürəkəninin həbsdə olduğunu bildirərək, bundan yayınmışdır. Hazırda torpaq sahəsi onun istifadəsindədir. Bunu inzibati Ərazi Dairəsi və Bələdiyyə də sübut edə bilər. 2019-cu ildə məlum olmuşdur ki, cavabdeh saxta yolla sənəd düzəldərək, torpaq sahəsini Xaçmaz rayonu, Nağıoba kənd sakini X1. Bu dələduzluqdur və cavabdeh torpaq alan şəxsi də aldatmışdır. Cavabdeh torpaq sahəsini satmağına dair İƏD-də bağlanmış müqaviləyə də imza atmışdır. Müqavilədəki imzanın cavabdehə məxsus olmasının müəyyən edilməsi üçün ekspertiza keçirilməsi zəruridir. Buna görə də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı cavabdehin 2004-cü ildə oğlunu evləndirmək istədiyini, buna görə də, torpaq sahəsini ona satmaq istədiyini, torpağı almağı ona təklif etdiyini, özünün isə cavabında torpağı almaq istədiyini bildirdiyini göstərmişdir. O vaxtlar yerli icra hakimiyyəti orqanları alqı-satqı aparırdlar. O, bu yolla cavabdehin pulunu ödəyib mübahisəli torpaq sahəsini ondan satın almışdır. Sonra məlum olmuşdur ki, alqı-satqı rəsmiləşdirilməlidir. O, dəfələrlə alqı-satqını rəsmiləşdirmək üçün cavabdehin yanına getdmiş, lakin o, hər dəfə onu yubatmışdır. Sonra ona məlum olmuşdur ki, torpağın sənədinin əsli onda ola-ola cavabdeh hansısa yolla mülkiyyət sənədi əldə edib torpağı Qızbəs Pirverdiyevaya satmışdır. O, məhkəmədə cavabdehin hansı yolla torpağı həmin şəxsə satdığının araşdırılması üçün iddia qaldırmışdır. Bu günədək torpaq sahəsi onun istifadəsindədir. O, oraya xeyli xərc çəkmişdir, orada təsərrüfatı, mal-qarası vardır. Cavabdehin və ailə üzvlərinin isə ayağı belə həmin torpaq sahəsinə dəyməyib, onlar torpaq qonşularının kim olduğunu belə bilmirlər. Qeyd olunanlar əlaqədar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehə torpaq sahəsini satın almaq üçün 1400 ABŞ dolları və hazırkı pula nisbətdə 10000 manat məbləğində pul vermişdir. Manatla olan pullar o vaxtın 500, 1000 manatlıq əskinasları olmuşdur. Cavabdehin torpağından istifadə etdiyim müddətdə hər hektara görə 90 manatdan hər ildə subsidiya almışam, lakin iki ildir ki, subsidiya almır. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddianın dəlillərinə etiraz edərək, 1998-ci ildə Dövlət tərəfindən kənd sakinlərinə, o cümlədən onlara da torpaq sahələrinin paylanıldığını, iddiaçının bir çox torpaq sahələrindən, həmçinin, onun torpağından da istifadə etdiyini, lakin hər dəfə onun qapısını gedəndə torpağa görə ona heç nə vermədiyini, 2004-cü ildə isə torpaq sahəsini iddiaçıya 10 il müddətinə icarəyə verdiyini və o, 10 il icarə haqqı kimi ona 1400 ABŞ dolları məbləğində pul verdiyini, 2014-cü ildə müqavilənin müddətinin başa çatdığını göstərmişdir. O, torpağın mülkiyyət sənədini də iddiaçıya vermişdir ki, torpaqdan istifadəyə görə Dövlət tərəfindən ayrılan subsidiyanı ala bilsin. İcarə müqaviləsinin müddəti başa çatandan sonra mülkiyyət sənədinin əslini iddiaçıdan istəyəndə, o, sənədi verməmiş və torpağa gübrə verib, xərc qoyduğunu bildirmişdir. O, isə öz növbəsində torpağa gübrə veribsə, subsidiyanı da özünün aldığını bildirmişdir. Sonradan məhkəmədə alqı-satqı ilə əlaqədar işə baxılanda alqı-satqı müqaviləsinin bağlanmadığı və iddiaçının ona pul vermədiyi müəyyən olundu. O, kənd icra nümayəndəliyində torpaq sahəmin icarəyə verilməsi ilə bağlı iddiaçı ilə razılığa gəlmiş və sənədi imzalamışdır, amma sonradan bilmişdir ki, sənəddə guya onun torpaq sahəsini bağışladığı göstərilmişdir, lakin onun heç vaxt belə fikri olmamışdır. 2014-cü ildə icarə müqaviləsinin müddəti bitəndən sonra iddiaçıdan torpağından çıxmasını tələb edəndə o, bildirmişdir ki, o, torpağa gübrə verib və buna görə də çıxmaqdan imtina etmişdir. İddiaçı 2014-cü ildən 2018-ci ilədək torpaq sahəsindən istifadə etmiş, pul verməmişdir. 2018-ci ildə o, iddiaçıya torpaq sahəsini satmaq istədiyini demişdir, o, da 3 gün vaxt verməyi xahiş etmiş, onlar da vaxt vermişlər. Lakin sonradan iddiaçının onları yubatdığını görmüşlər. Bundan sonra arvadı ölmüş və o, borca düşərək, ünvanlı sosial yardım almaq üçün Dövlət Aktını iddiaçıdan istəmişdir. İddiaçı aktı vermədiyindən o, polis şəbəsinə müraciət etmiş və sonra torpağın sənədini əldə edərək Qızbəs Pirverdiyevaya satmışdır. O, Dövlət Aktının əslini iddiaçıya torpaqdan istifadəyə görə Dövlət tərəfindən ayrılan subsidiyanı alması üçün vermişdir. İddiaçının təqdim etdiyi sənədə imza etmişdir, ailə üzvləri imza etməmişlər. O, bunu icarə müqaviləsi kimi imzalamışdır, bağışlama yazıldığını bilməmişdir.Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X8 ifadəsində bildirmişdir ki, bədbəxt hadisənin nəticəsində kanalizasiya qapağı uşağın ayağının üzərinə düşüb. Hətta hadisə baş verən gün düzgün olaraq Xaçmaz MRX-nin bədbəxt hadisələr kitabında qeydə alınıb. Delikt mülki hüquq pozuntusudur, delikt qəsd və ya ehtiyatsızlıqdan ola bilər. Qeyd olunanlarla əlaqədar iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili X8 torpaq sahəsi ilə bağlı iddiaya məhkəmə tərəfindən artıq baxıldığı və iddiaçının iddiasının təmin edilmədiyini, MPM-nin 82-ci maddəsinə əsasən qeyd olunan qətnamə ilə müəyyən olunan halların yenidən sübuta ehtiyacı olmadığını, lakin bu gün də iddiaçının alqı-satqının mövcudluğu barədə özündə olan sənədə istinad edib, cavabdehə pul ödədiyini, İddiaçının torpaq sahəsindən istifadə etdiyi müddətdə ildə 300 manatdan artıq subsidiya aldığını və 16 il ərzində onun cavabdehin torpağından istifadə etdiyini, əkin əkib xeyli gəlir götürdüyünü bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə tərəflərin fikrini dinləyib Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar hazırki mübahisə üzrə torpağa mülkiyyət hüququna dair paylı mülkiyyətində olan torpaq sahəsinin hər hansı bir hissəsindən cavabdehin qanunsuz və əsassız olaraq istifadə etməsini sübutetmə yükü iddiaçının üzərinə, bunun əksinə sübutetmə yükü isə cavabdehin üzərinə düşür.. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli Xaçmaz rayonu, Dədəli İƏV-nin Bostançı kənd nümayəndəsi tərəfindən təsdiq olunmuş əlyazmada göstərilmişdir ki, Cavabdeh İddiaçı Xaçmaz rayonu, Bostançı kəndi ərazisində yerləşən 3.52 ha torpaq sahəsinə görə pul almış, torpaq sahəsini iddiaçıya bağışlamışdır. Lakin, işdə olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)- 2493/2019 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı Xaçmaz rayonu, Bostançı kəndi ərazisində yerləşən 3.52 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-3241 saylı qərarından müəyyən olunur ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(105)-418/2020 saylı qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-2493/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-2493/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qeyd edilən qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(105)- 418/2020 saylı qətnaməsindən iddiaçı tərəfindənverilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(105)- 418/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarında mübahisə predmeti olan Xaçmaz rayonu, Bostançı kəndi ərazisində yerləşən 3.52 ha torpaq sahəsinə görə tərəflər arasında heç bir yazılı müqavilə öhdəliyinin yaranmadığı göstərilmişdir. Başqa sözlə, həmin torpaq sahəsinə dair cavabdehin iddiaçı qarşısında öhdəliklərini şərtləndirən yazılı müqavilənin bağlanmadığı qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Məhkəmə göstərilənlərə əsasən, hesab edir ki, cavabdehin mübahisəli torpaq sahəsinə görə iddiaçı qarşısında heç bir öhdəlik münasibəti yaranmadığından iddia tələbinin mübahisəli torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə dair hissəsi əsaslı sayıla bilməz. Həmçinin, işin hallarından və tərəflərin qarşılıqlı münasibətlərindən cavabdehin mübahisəli torpaq sahəsini iddiaçıya icarəyə vermək niyyəti ilə həmin torpaq sahəsini onun istifadəsinə verdiyi müəyyən olunur. Cavabdeh buna görə iddiaçıdan 1400 ABŞ dolları məbləğində pul aldığını etiraf etmişdir. İddiaçı tərəfindən torpaq sahəsinin faktiki olaraq ona bağışlanmasına görə 10000 (on min) manat məbləğində pulun cavabdehə ödənilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı işin hallarından mübahisə predmeti olan Xaçmaz rayonu, Bostançı kəndi ərazisində yerləşən 3.52 ha torpaq sahəsinin uzun müddət ərzində iddiaçının istifadəsində olduğu və onun həmin torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə etdiyi, subsidiyalar aldığı, torpağın faydalı xassələrindən yararlandığı müəyyən olunur. Buna görə də, məhkəmə iddia tələbini Xaçmaz rayonu, Bostançı kəndi ərazisində yerləşən 3.52 ha torpaq sahəsinə görə ödənilmiş pulun qaytarılmasına dair hissədə də əsaslı hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi və torpaq sahəsinin adına rəsmiləşdirilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı pul tələbi və ya torpaq sahəsinin adına rəsmiləşdirilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-319/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-319/2021
26.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver